quranm◉

Surə Yusuf 12:36

وَدَخَلَ مَعَهُ ٱلسِّجۡنَ فَتَيَانِۖ قَالَ أَحَدُهُمَآ إِنِّيٓ أَرَىٰنِيٓ أَعۡصِرُ خَمۡرٗاۖ وَقَالَ ٱلۡأٓخَرُ إِنِّيٓ أَرَىٰنِيٓ أَحۡمِلُ فَوۡقَ رَأۡسِي خُبۡزٗا تَأۡكُلُ ٱلطَّيۡرُ مِنۡهُۖ نَبِّئۡنَا بِتَأۡوِيلِهِۦٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ ﴿٣٦﴾

◉

Tərcümə

Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri de­di: “Mən yuxuda gör­düm ki, üzümdən şərab sıxı­ram”. Di­gəri isə be­lə dedi: “Mən gör­düm ki, başımın üs­tündə çörək apa­rı­ram, quş­lar da ondan dim­dik­ləyib yeyir. Bunun yozumu­nu bizə bildir. Hə­qi­­qə­tən, biz səni yaxşı adam hesab edirik”.
— Alikhan Musayev
Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞