quranm◉

Surə Al-Baqarah 2:235

وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا عَرَّضۡتُم بِهِۦ مِنۡ خِطۡبَةِ ٱلنِّسَآءِ أَوۡ أَكۡنَنتُمۡ فِيٓ أَنفُسِكُمۡۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ سَتَذۡكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُواْ قَوۡلٗا مَّعۡرُوفٗاۚ وَلَا تَعۡزِمُواْ عُقۡدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبۡلُغَ ٱلۡكِتَٰبُ أَجَلَهُۥۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِيٓ أَنفُسِكُمۡ فَٱحۡذَرُوهُۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ﴿٢٣٥﴾

◉

Tərcümə

Qadınlara elçi göndər­mək istə­yi­nizi üstüörtülü bildirmək­də və ya ürəyi­nizdə giz­lət­­məkdə si­zə heç bir günah yox­dur. Allah bi­lir ki, siz on­ları xatır­la­ya­caq­sı­nız. Lakin on­lar­la gizlicə sözləşmə­yin, onlara yal­nız şəriətə müva­fiq qay­da üzrə söz deyin. Göz­lə­mə vaxtı başa çatanadək ni­kah bağlamayın. Bi­lin ki, Allah sizin kön­lünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah çox bağışla­yandır, rəhmli­dir!
— Alikhan Musayev
(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə müddətində) onlarla gizlində və’dələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞