quranm◉

Surə An-Nisa 4:46

مِّنَ ٱلَّذِينَ هَادُواْ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعۡنَا وَعَصَيۡنَا وَٱسۡمَعۡ غَيۡرَ مُسۡمَعٖ وَرَٰعِنَا لَيَّۢا بِأَلۡسِنَتِهِمۡ وَطَعۡنٗا فِي ٱلدِّينِۚ وَلَوۡ أَنَّهُمۡ قَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَا وَٱسۡمَعۡ وَٱنظُرۡنَا لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَقۡوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا ﴿٤٦﴾

◉

Tərcümə

Yəhudilərdən bəziləri kəl­mələrin ye­rini dəyişdirir, dillə­ri­ni əyə­rək və di­nə tənə vura­raq: “Eşitdik və asi ol­duq”, “eşit, eşitməz olasan” və “raina!”– deyirlər. Əgər on­lar: “Eşit­dik və ita­ət etdik!”, “eşit” və “bizə nəzər yetir!”– de­səydilər, əlbəttə, onlar üçün da­ha xe­yirli və daha doğru olar­dı. La­kin Allah onları küfr­lə­rinə gö­rə lə­nət­lədi. Onlar olduqca az ina­nırlar.
— Alikhan Musayev
Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, - deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lə’nətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞