quranm◉

Dua for mercy and guidance

From: 7:155, 7:156 · Speaker: Musa

7:155

وَٱخۡتَارَ مُوسَىٰ قَوۡمَهُۥ سَبۡعِينَ رَجُلٗا لِّمِيقَٰتِنَاۖ فَلَمَّآ أَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ قَالَ رَبِّ لَوۡ شِئۡتَ أَهۡلَكۡتَهُم مِّن قَبۡلُ وَإِيَّـٰيَۖ أَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآۖ إِنۡ هِيَ إِلَّا فِتۡنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهۡدِي مَن تَشَآءُۖ أَنتَ وَلِيُّنَا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَاۖ وَأَنتَ خَيۡرُ ٱلۡغَٰفِرِينَ ﴿155﴾

Read ayah ◉

7:156

وَٱكۡتُبۡ لَنَا فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ إِنَّا هُدۡنَآ إِلَيۡكَۚ قَالَ عَذَابِيٓ أُصِيبُ بِهِۦ مَنۡ أَشَآءُۖ وَرَحۡمَتِي وَسِعَتۡ كُلَّ شَيۡءٖۚ فَسَأَكۡتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤۡمِنُونَ ﴿156﴾

Read ayah ◉

Translation

Musa Bizim təyin et­di­yi­miz vaxt üçün tayfasından yetmiş ki­şi seçdi. On­ları zəl­zə­lə yaxala­dıqda o dedi: “Ey Rəb­bim! Əgər is­tə­səydin, bun­dan əvvəl on­ları da, məni də məhv edərdin. Özü­müz­dən olan sə­fehlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Bu, yalnız Sə­nin sınağındır. Sən onunla istədiyini az­ğınlığa aparır, is­tə­­diyini də doğru yola yö­nəl­dir­sən. Sən bizim Himayə­çi­mizsən! Bi­zi bağışla və bizə rəhm et! Axı Sən ba­ğış­la­yanla­rın ən yax­şısı­san.
— Alikhan Musayev
Musa Bizim (Sina dağında) tə’yin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mö’təbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!
— Azerbaijani
Bizim üçün bu dün­ya­da da yax­şı­lıq yaz, axirətdə də. Həqi­qə­tən, biz, Sənə üz tut­duq!” Allah dedi: “İstədi­yi­mi əza­bı­ma düçar edi­rəm. Mərhə­mə­tim isə hər şeyi əhatə edir. Mən onu Allah­dan qor­xan, zə­kat verən və ayələrimizə iman gətirənlər üçün yaza­ca­ğam.
— Alikhan Musayev
Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam!
— Azerbaijani