quranm◉

Hizb 37

Range
from 25:53 to 26:180
Surahs covered
Tərcümə
205 Tərcümə

◉

25:53

وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا ﴿53﴾

Birinin suyu dadlı və şi­rin, digə­rininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və ke­çilməz sədd qo­yan Odur.

25:54

وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا ﴿54﴾

Sudan insan yaradan, ona qan qo­humları və sonradan qo­hum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadir­dir.

25:55

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا ﴿55﴾

Onlar Allahı qoyub öz­lə­rinə nə xe­yir, nə də zərər verə bil­mə­yənlərə ibadət edir­lər. Ka­fir öz Rəbbinə qarşı şey­tana kö­mək­çi­dir.

25:56

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ﴿56﴾

Biz səni ancaq müjdə ve­rən və xəbərdarlıq edən kimi gön­dər­dik.

25:57

قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا ﴿57﴾

De: “Mən bunun əvə­zi­nə sizdən heç bir mükafat istə­mi­rəm. Tək­cə onu is­təyirəm ki, insanlar Rəbbinə tərəf apa­ran bir yol tut­sun­lar”.

25:58

وَتَوَكَّلۡ عَلَى ٱلۡحَيِّ ٱلَّذِي لَا يَمُوتُ وَسَبِّحۡ بِحَمۡدِهِۦۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ﴿58﴾

Ölməz, əbə­di Yaşayana təvəkkül et və Onu həmd-səna ilə tə­rif­­lə. Onun Öz qullarının günahlarından agah ol­ma­sı ki­fayətdir.

25:59

ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ ٱلرَّحۡمَٰنُ فَسۡـَٔلۡ بِهِۦ خَبِيرٗا ﴿59﴾

O, göyləri, yeri və on­la­rın ara­sın­dakıları altı gündə ya­ratdı, son­ra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu bi­lən­dən so­ruş!

25:60

وَإِذَا قِيلَ لَهُمُ ٱسۡجُدُواْۤ لِلرَّحۡمَٰنِ قَالُواْ وَمَا ٱلرَّحۡمَٰنُ أَنَسۡجُدُ لِمَا تَأۡمُرُنَا وَزَادَهُمۡ نُفُورٗا۩ ﴿60﴾

Onlara: “Mərhəmətli Alla­ha səc­də edin!”– deyildikdə: “Mər­hə­mətli Allah nədir? Mə­gər bizə əmr etdiyin şeyə səc­də et­mə­li­yik?”– deyərlər. Bu da onların nif­rə­tini artırar.

25:61

تَبَارَكَ ٱلَّذِي جَعَلَ فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَجَعَلَ فِيهَا سِرَٰجٗا وَقَمَرٗا مُّنِيرٗا ﴿61﴾

Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay ya­ra­dan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.

25:62

وَهُوَ ٱلَّذِي جَعَلَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ خِلۡفَةٗ لِّمَنۡ أَرَادَ أَن يَذَّكَّرَ أَوۡ أَرَادَ شُكُورٗا ﴿62﴾

Yada salmaq və şükür etmək is­təyənlər üçün gecə ilə gün­dü­zü bir-bi­rinin ardınca gətirən Odur.

25:63

وَعِبَادُ ٱلرَّحۡمَٰنِ ٱلَّذِينَ يَمۡشُونَ عَلَى ٱلۡأَرۡضِ هَوۡنٗا وَإِذَا خَاطَبَهُمُ ٱلۡجَٰهِلُونَ قَالُواْ سَلَٰمٗا ﴿63﴾

Mərhəmətli Allahın qul­la­rı o kəs­lərdir ki, onlar yer üzün­də tə­vazökar­lıqla gə­zər, cahil­lər onlara söz atdqda: “Sa­­lam!”– deyib keçərlər.

25:64

وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمۡ سُجَّدٗا وَقِيَٰمٗا ﴿64﴾

Onlar gecələrini Rəbbi üçün səc­dədə və qiyamda ke­çi­rərlər.

25:65

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصۡرِفۡ عَنَّا عَذَابَ جَهَنَّمَۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ﴿65﴾

Onlar deyərlər: “Ey Rəb­bimiz! Cə­hənnəm əzabını biz­dən uzaq elə. Doğ­rusu, onun əzabı həmişəlikdir.

25:66

إِنَّهَا سَآءَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا ﴿66﴾

Həqiqətən, ora nə pis məs­kən, ne­cə də pis iqamət­gah­dır!”

25:67

وَٱلَّذِينَ إِذَآ أَنفَقُواْ لَمۡ يُسۡرِفُواْ وَلَمۡ يَقۡتُرُواْ وَكَانَ بَيۡنَ ذَٰلِكَ قَوَامٗا ﴿67﴾

Onlar mallarını xərclə­dik­də nə is­rafçılıq, nə də xə­sis­lik edər, bunların arasında orta bir yol tutarlar.

25:68

وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا ﴿68﴾

Onlar Allahla yanaşı baş­qa mə­buda yalvarmaz, Alla­hın ha­ram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bu­nu edən kim­sə cəzalandı­rılar.

25:69

يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا ﴿69﴾

Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zə­lil olub əbədi qalar.

25:70

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿70﴾

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­­lidir!

25:71

وَمَن تَابَ وَعَمِلَ صَٰلِحٗا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابٗا ﴿71﴾

Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Alla­ha tə­rəf qayıtmış olar.

25:72

وَٱلَّذِينَ لَا يَشۡهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّواْ بِٱللَّغۡوِ مَرُّواْ كِرَامٗا ﴿72﴾

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəl­dik­də oradan ləyaqətlə ötüb keçərlər.

25:73

وَٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَمۡ يَخِرُّواْ عَلَيۡهَا صُمّٗا وَعُمۡيَانٗا ﴿73﴾

Onlara Rəbbinin ayələri xatır­lan­dı­ğı zaman o ayələrə qarşı kar və kor ki­mi davran­mazlar.

25:74

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبۡ لَنَا مِنۡ أَزۡوَٰجِنَا وَذُرِّيَّـٰتِنَا قُرَّةَ أَعۡيُنٖ وَٱجۡعَلۡنَا لِلۡمُتَّقِينَ إِمَامًا ﴿74﴾

Onlar deyərlər: “Ey Rəb­bimiz! Bi­zə gözümüzün ay­dın­lığı olan zövcələr və övladlar bəxş et və bizi müttə­qi­lə­rə imam et!”

25:75

أُوْلَـٰٓئِكَ يُجۡزَوۡنَ ٱلۡغُرۡفَةَ بِمَا صَبَرُواْ وَيُلَقَّوۡنَ فِيهَا تَحِيَّةٗ وَسَلَٰمًا ﴿75﴾

Onlar səbir etdiklərinə gö­rə Cən­nətdə olan yüksək mə­qam­la mü­kafatlan­dırılacaq, orada xeyir-dua ilə, salamla qarşıla­na­caqlar.

25:76

خَٰلِدِينَ فِيهَاۚ حَسُنَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا ﴿76﴾

Onlar orada əbədi qala­caqlar. Ora nə gözəl məskən, necə də gö­zəl iqa­mət­gahdır!

25:77

قُلۡ مَا يَعۡبَؤُاْ بِكُمۡ رَبِّي لَوۡلَا دُعَآؤُكُمۡۖ فَقَدۡ كَذَّبۡتُمۡ فَسَوۡفَ يَكُونُ لِزَامَۢا ﴿77﴾

De: “Əgər yalvarma­ğı­nız olma­saydı, Rəbbim sizə diqqət ye­tir­­məzdi. Siz haqqı yalan say­dınız. Ona görə də əzab sizi ra­hat bu­rax­mayacaq!”

26:1

طسٓمٓ ﴿1﴾

Ta. Sin. Mim.

26:2

تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ﴿2﴾

Bunlar aydın Kitabın ayə­ləridir.

26:3

لَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ ﴿3﴾

Onların iman gətirmə­di­yinə görə özünü həlakmı edə­cəksən?

26:4

إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةٗ فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ ﴿4﴾

Biz istəsəydik, göydən on­lara elə bir əlamət göndə­rərdik ki, onun önün­də başları itaət­karlıqla əyilərdi.

26:5

وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ ﴿5﴾

Mərhəmətli Allahdan on­lara elə bir ayə gəlməz ki, on­dan üz çe­virməsinlər.

26:6

فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿6﴾

Onlar ayələri uydurma say­dılar. Məs­xərəyə qoyduqla­rı­nın xə­bəri onlara ye­tişəcək.

26:7

أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ ﴿7﴾

Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdi­yimizi gör­mür­lər?

26:8

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿8﴾

Həqiqətən də, bunda bir əlamət var. Lakin onların ək­sə­riy­yəti mö­min olmadı.

26:9

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿9﴾

Bəli, sənin Rəbbin Qüd­rətlidir, Rəhm­lidir.

26:10

وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿10﴾

Bir zaman Rəbbin Mu­saya de­mişdi: “Get o zalım qöv­mün –

26:11

قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ ﴿11﴾

Firon xalqının yanına! Onlar qorx­murlarmı?”

26:12

قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ﴿12﴾

Musa dedi: “Ey Rəbbim! Qor­xu­ram ki, onlar məni ya­lançı he­sab edə­lər,

26:13

وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ ﴿13﴾

belə olduqda ürəyim sı­xı­lar, dilim də söz tutmaz. Buna görə Ha­runa da vəhy göndər.

26:14

وَلَهُمۡ عَلَيَّ ذَنۢبٞ فَأَخَافُ أَن يَقۡتُلُونِ ﴿14﴾

Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öl­dü­rə­cəklərindən qorxu­ram”.

26:15

قَالَ كَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ ﴿15﴾

Allah dedi: “Xeyr, bu müm­kün de­yil! İkiniz də möcü­zə­lə­ri­miz­lə onların yanına ge­din! Şübhəsiz ki, Biz də sizin­ləyik, hər şeyi eşi­dirik.

26:16

فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿16﴾

Fironun yanına gedib de­yin: “Biz aləmlərin Rəbbinin el­çi­lə­ri­yik!

26:17

أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿17﴾

İsrail oğullarını bizimlə göndər!”

26:18

قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدٗا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ ﴿18﴾

Firon dedi: “Biz səni kör­pə ikən himayəmizə alıb böyütmə­dik­mi? Sən öm­rünün bəzi illərini bizimlə ya­şamadınmı?

26:19

وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ﴿19﴾

Elədiyin pis əməli də elə­din. Doğ­rudan da, sən bir nan­kor­san!”

26:20

قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ﴿20﴾

Musa dedi: “Mən onu edəndə na­dan olmuşam.

26:21

فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ ﴿21﴾

Mən sizdən qorxduğum üçün ya­nı­nızdan qaçıb get­dim. Am­ma son­ra­dan Rəbbim mə­nə hökmranlıq verdi və məni el­çi­lər­dən et­di.

26:22

وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿22﴾

Başıma qaxdığın o ne­mə­tin də İs­rail oğullarını özünə kölə et­məyindir”.

26:23

قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿23﴾

Firon dedi: “Aləmlərin Rəbbi nə­dir?”

26:24

قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿24﴾

Musa dedi: “Əgər yə­qin­liklə ina­nırsınızsa, bilin ki, O, göylə­rin, yerin və onların ara­sında olanların Rəbbidir!”

26:25

قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ ﴿25﴾

Firon ətrafındakılara de­di: “Onun nə danışdığını eşit­mir­si­niz­mi?”

26:26

قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ﴿26﴾

Musa dedi: “O sizin də, ulu baba­larınızın da Rəbbi­dir!”

26:27

قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ ﴿27﴾

Firon dedi: “Sizə gön­də­rilmiş bu elçi, sözsüz ki, dəli­dir!”

26:28

قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ﴿28﴾

Musa dedi: “Əgər anla­yır­sınızsa, bilin ki, O, şərqin, qər­bin və bunların arasında olan­ların Rəbbidir!”

26:29

قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ ﴿29﴾

Firon dedi: “Əgər mən­dən baş­qa­sına sitayiş etsən, sə­ni məh­busların ya­nına ata­ram!”

26:30

قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ ﴿30﴾

Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”

26:31

قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿31﴾

Firon dedi: “Əgər doğru danı­şan­lardansansa, göstər onu!”

26:32

فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ ﴿32﴾

Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çev­rildi.

26:33

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّـٰظِرِينَ ﴿33﴾

Əlini qoynundan çıxar­dan kimi o, baxanların gözü qa­ba­ğın­da ağap­paq nur saçan bir əl oldu.

26:34

قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ ﴿34﴾

Firon ətrafındakı zadə­ganlara de­di: “Həqiqətən də, bu, bi­lik­li bir sehr­bazdır!

26:35

يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ ﴿35﴾

O öz sehri ilə sizi torpa­ğınızdan çıxartmaq istəyir. Nə təklif edir­siniz?”

26:36

قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ﴿36﴾

Onlar dedilər: “Onu qar­daşı ilə bir qədər gözlət və şə­hə­r­lə­rə adam yığanlar gön­dər ki,

26:37

يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ ﴿37﴾

bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.

26:38

فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ ﴿38﴾

Beləliklə, sehrbazlar bəl­li bir gü­nün müəyyən edilmiş vax­tın­da toplan­dı­lar.

26:39

وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ ﴿39﴾

Camaata deyildi: “Siz də yığışırsı­nızmı?

26:40

لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ﴿40﴾

Əgər sehrbazlar qalib gəl­sələr, ola bilsin ki, biz də on­la­ra ta­be olaq”.

26:41

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ ﴿41﴾

Sehrbazlar gələn kimi Fi­rona de­di­lər: “Əgər qalib gəl­sək, bi­zə mükafat ve­riləcəkmi?”

26:42

قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ ﴿42﴾

Firon dedi: “Bəli! Belə ola­cağı təq­dirdə sizi özümə yaxın adam­lardan edə­cəyəm”.

26:43

قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ ﴿43﴾

Musa onlara dedi: “Nə ata­caqsı­nızsa, atın!”

26:44

فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ ﴿44﴾

Onlar iplərini və əsa­ları­nı ye­rə atıb: “Fironun qüdrə­ti­nə and ol­sun ki, biz qalib gə­lə­cəyik!”– dedilər.

26:45

فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ ﴿45﴾

Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şey­ləri ud­du.

26:46

فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ ﴿46﴾

Sehrbazlar səcdəyə qa­pan­dılar

26:47

قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿47﴾

və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –

26:48

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ ﴿48﴾

Musanın və Harunun Rəb­binə!”

26:49

قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ﴿49﴾

Firon dedi: “Mən sizə izin vermə­mişdən əvvəl siz ona iman­mı gə­tir­di­niz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyü­yü­nüz­dür. Tez­liklə biləcəksi­niz! Mən sizin əllərinizi və ayaq­la­rınızı çar­paz kəs­dirib ha­mınızı çar­mıxa çəkdi­rə­cəyəm”.

26:50

قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ﴿50﴾

Onlar dedilər: “Zərər yox, biz on­suz da öz Rəbbi­mizə qa­yı­da­cağıq.

26:51

إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ ﴿51﴾

Biz Firon xalqı arasın­dan ilk iman gətirənlər ol­duğu­mu­za gö­rə Rəbbi­miz­dən günah­la­rımızı bağışlayacağını umu­ruq”.

26:52

وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ ﴿52﴾

Biz Musaya: “Qullarım­la birlikdə gecə yola çıx. Çünki siz tə­qib oluna­caq­sı­nız”– deyə vəhy etdik.

26:53

فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ﴿53﴾

Firon şəhərlərə əsgər top­layanlar göndərdi.

26:54

إِنَّ هَـٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ ﴿54﴾

O dedi: “Bunlar kiçik bir dəstədir.

26:55

وَإِنَّهُمۡ لَنَا لَغَآئِظُونَ ﴿55﴾

Onlar bizi qəzəbləndir­mişlər.

26:56

وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ ﴿56﴾

Biz hamımız ayıq-sayıq olmalı­yıq”.

26:57

فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّـٰتٖ وَعُيُونٖ ﴿57﴾

Biz o zalım tay­fanı bağ­lar­dan və çeşmələrdən çıxartdıq;

26:58

وَكُنُوزٖ وَمَقَامٖ كَرِيمٖ ﴿58﴾

xəzinələrdən və gözəl yerlərdən də qovduq.

26:59

كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿59﴾

Beləcə, Biz İsrail oğul­la­rını o yer­lərə varis etdik.

26:60

فَأَتۡبَعُوهُم مُّشۡرِقِينَ ﴿60﴾

Günəş üfüqdən qalxar­kən Firon öz əsgərləri ilə on­ları təqib et­mə­yə başladı­lar.

26:61

فَلَمَّا تَرَـٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ ﴿61﴾

İki dəstə bir-birini gö­rün­cə Musa­nın səhabələri: “Biz ya­­xa­la­nacağıq!”– de­dilər.

26:62

قَالَ كَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ ﴿62﴾

Musa dedi: “Xeyr, Rəb­bim mə­nim­lədir. O mənə doğ­ru yol gös­tərə­cək­!”

26:63

فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ ﴿63﴾

Biz Musaya: “Əsanla də­nizə vur!”– deyə vəhy etdik. Də­niz dər­hal ya­rıldı, on iki yol açıl­dı və hər biri nəhəng bir dağ ki­mi oldu.

26:64

وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ ﴿64﴾

O birilərini də ora ya­xın­laşdır­dıq.

26:65

وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ ﴿65﴾

Musa və onunla birlikdə olan­la­rın hamısını xilas etdik.

26:66

ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ﴿66﴾

O birilərini isə suya qərq etdik.

26:67

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿67﴾

Şübhəsiz ki, bu heka­yətdə bir ibrət vardır. Lakin onların çoxu iman gə­tir­mə­di.

26:68

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿68﴾

Həqiqətən, sənin Rəbbin Qüdrət­lidir, Rəhmlidir.

26:69

وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ إِبۡرَٰهِيمَ ﴿69﴾

Onlara İbrahimin əh­va­latını da oxu.

26:70

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ ﴿70﴾

Bir zaman o öz atasına və tayfa­sına: “Nəyə ibadət edir­si­niz?”– demiş­di.

26:71

قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ ﴿71﴾

Onlar dedilər: “Biz büt­lə­rə iba­dət edir və onlara tapın­maq­da davam edi­rik”.

26:72

قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ ﴿72﴾

O dedi: “Onlara yalvar­dığınız za­man sizi eşidirlərmi?

26:73

أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ ﴿73﴾

Yaxud sizə xeyir və ya zərər ve­rirlərmi?”

26:74

قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ ﴿74﴾

Onlar dedilər: “Xeyr, am­ma biz öz atalarımızın belə et­dik­lə­ri­ni gör­dük”.

26:75

قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ ﴿75﴾

O dedi: “Siz nəyə ibadət et­diyi­ni­zi görürsünüzmü –

26:76

أَنتُمۡ وَءَابَآؤُكُمُ ٱلۡأَقۡدَمُونَ ﴿76﴾

həm siz, həm də ulu ba­balarınız?

26:77

فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ ﴿77﴾

Aləmlərin Rəbbindən baş­qa, on­ların hamısı mənim düş­mə­nim­dir.

26:78

ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ ﴿78﴾

O Rəbb ki, məni yarat­mış və mə­ni doğru yola yö­nəlt­miş­dir;

26:79

وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ ﴿79﴾

O Rəbb ki, məni yedirdir və içir­dir;

26:80

وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ ﴿80﴾

O Rəbb ki, xəstələndi­yim zaman mənə şəfa verir;

26:81

وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ ﴿81﴾

O Rəbb ki, məni öldü­rə­cək, son­ra dirildəcəkdir;

26:82

وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ ﴿82﴾

O Rəbb ki, Haqq-hesab günü xə­talarımı bağışlayaca­ğı­nı On­dan umu­ram.

26:83

رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّـٰلِحِينَ ﴿83﴾

Ey Rəbbim! Mənə hik­mət ver və məni əməlisalehlə­rə qo­vuş­dur!

26:84

وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ ﴿84﴾

Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yax­şı ad qis­mət elə!

26:85

وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ﴿85﴾

Məni Nəim bağının va­rislərin­dən et!

26:86

وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ﴿86﴾

Atamı bağışla! Çünki o, azmış­lar­­dandır.

26:87

وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ ﴿87﴾

Onların dirildiləcəyi gün məni rüsvay etmə!

26:88

يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ ﴿88﴾

O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda ver­ər.

26:89

إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ ﴿89﴾

Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən baş­qa!”

26:90

وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ ﴿90﴾

Cənnət müttəqilərə ya­xın­laşdı­rı­lar.

26:91

وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ ﴿91﴾

Cəhənnəm də azğınlara göstəri­lər.

26:92

وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ ﴿92﴾

Onlara deyilər: “Hanı si­zin ibadət etdikləriniz –

26:93

مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ ﴿93﴾

Allahdan başqa pənah apar­dıqla­rı­nız? Onlar sizə kö­mək edə bilərlər­mi, ya­xud öz­lərinə köməkləri dəyə bilər­mi?”

26:94

فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ ﴿94﴾

Onlar azğınlarla birlik­də Cəhən­nə­mə atılarlar,

26:95

وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ ﴿95﴾

İblisin bütün əsgərləri də, həmçinin.

26:96

قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ ﴿96﴾

Onlar orada höcətləşə­rək deyər­lər:

26:97

تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ ﴿97﴾

“Allaha and olsun ki, biz açıq-ay­dın azğınlıq içində idik –

26:98

إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿98﴾

o vaxt ki, biz sizi aləm­lərin Rəb­binə tay tuturduq.

26:99

وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ ﴿99﴾

Bizi ancaq günahkarlar azdırdı.

26:100

فَمَا لَنَا مِن شَٰفِعِينَ ﴿100﴾

İndi isə bizim nə şə­fa­ət­çi­ləri­miz,

26:101

وَلَا صَدِيقٍ حَمِيمٖ ﴿101﴾

nə də bizə canıyanan bir dos­tu­muz var!

26:102

فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿102﴾

Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olar­dıq!”

26:103

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿103﴾

Şübhəsiz ki, bunda bir ibrət var­dır. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi.

26:104

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿104﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.

26:105

كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ ﴿105﴾

Nuh tayfası da elçiləri yalançı saydı.

26:106

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ ﴿106﴾

O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorx­mur­su­nuz?

26:107

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿107﴾

Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir el­çi­yəm.

26:108

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿108﴾

Allahdan qorxun və mə­nə itaət edin.

26:109

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿109﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:110

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿110﴾

Allahdan qorxun və mə­nə itaət edin!”

26:111

قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ ﴿111﴾

Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu hal­da biz sənə ina­narıqmı?”

26:112

قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿112﴾

Nuh dedi: “Mən on­la­rın nə et­dik­lərini bilmirəm!

26:113

إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ ﴿113﴾

Onların haqq-hesabı yal­nız Rəb­bimə aiddir. Kaş başa dü­şəy­di­niz!

26:114

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ ﴿114﴾

Mən iman gətirənləri qovan de­yiləm.

26:115

إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ ﴿115﴾

Mən yalnız açıq-aşkar bir qor­xudanam”.

26:116

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ ﴿116﴾

Onlar dedilər: “Ey Nuh! Əgər də­vətinə son qoymasan, müt­ləq daşqalaq ediləcəksən”.

26:117

قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ ﴿117﴾

Nuh dedi: “Ey Rəbbim! Qöv­müm məni yalançı hesab etdi.

26:118

فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿118﴾

Mənimlə onların ara­sın­da qəti hökm ver, məni və mə­nimlə bir­lik­də olan möminləri əzabdan qurtar!”

26:119

فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ﴿119﴾

Biz onu və onunla bir­likdə olan­ları yüklü gəmidə xi­las et­dik.

26:120

ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ ﴿120﴾

Yerdə qalanları isə su­ya qərq et­dik.

26:121

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿121﴾

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi.

26:122

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿122﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.

26:123

كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ ﴿123﴾

Ad tayfası da elçiləri yalançı saydı.

26:124

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ ﴿124﴾

O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorx­mur­su­nuz?

26:125

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿125﴾

Həqiqətən, mən sizin üçün eti­bar etməli olduğunuz bir el­çi­yəm.

26:126

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿126﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:127

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿127﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:128

أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ ﴿128﴾

Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurur­sunuz (hündür bi­nalarmı tikir­siniz)?

26:129

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ ﴿129﴾

Sanki əbədi qalacaq­sı­nız deyə qalalarmı tikir­siniz?

26:130

وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ ﴿130﴾

Bir kəsi yaxaladığınız za­man qəd­dar hökmdar kimi ya­xa­la­yır­sı­nız?

26:131

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿131﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:132

وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ ﴿132﴾

Bildiyiniz nemətləri si­zə verən­dən qorxun.

26:133

أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ ﴿133﴾

O sizə heyvanat və oğul-uşaq ver­di,

26:134

وَجَنَّـٰتٖ وَعُيُونٍ ﴿134﴾

üstəlik bağlar və çeş­mə­lər də əta etdi.

26:135

إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ﴿135﴾

Mən sizə üz verəcək bö­yük gü­nün əzabından qor­xu­ram”.

26:136

قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ ﴿136﴾

Onlar dedilər: “Bizə öyüd-nə­si­hət versən də, ver­mə­sən də, bi­zim üçün birdir.

26:137

إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ ﴿137﴾

Bu, yalnız və yalnız əv­vəlkilərin adətidir.

26:138

وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ﴿138﴾

Biz əzaba düçar olan da deyi­lik”.

26:139

فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿139﴾

Onlar onu yalançı say­dılar. Biz də onları məhv et­dik. Şüb­hə­siz ki, bun­da bir ibrət var. Lakin onların əksə­riy­yəti iman gə­tir­mədi.

26:140

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿140﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.

26:141

كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ ﴿141﴾

Səmud tayfası da elçi­ləri yalan­çı saydı.

26:142

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ﴿142﴾

O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmur­su­nuz?

26:143

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿143﴾

Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.

26:144

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿144﴾

Allahdan qorxun və mə­nə itaət edin.

26:145

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿145﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fatım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:146

أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ ﴿146﴾

Məgər siz burada olan­ların için­də sərbəst buraxıla­caq­sı­nız?

26:147

فِي جَنَّـٰتٖ وَعُيُونٖ ﴿147﴾

Bağlar və bulaqlar için­də,

26:148

وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ ﴿148﴾

əkinlər və yumşaq mey­vəli xur­malıqlar içində arxa­yın­lıqla qa­lacaqsınız?

26:149

وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ ﴿149﴾

Dağlardan məharətlə ev­lər yo­nub düzəldəcəksiniz?

26:150

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿150﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:151

وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ ﴿151﴾

Həddi aşanların əmri­nə tabe ol­mayın.

26:152

ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ﴿152﴾

Onlar yer üzündə fə­sad törədir və özlərini günahdan tə­miz­lə­mirlər”.

26:153

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ﴿153﴾

Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən.

26:154

مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿154﴾

Sən də bizim kimi an­caq bir in­sansan. Əgər doğru da­nı­şan­lar­dan­san­sa, bizə bir möcüzə göstər”.

26:155

قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ ﴿155﴾

Saleh dedi: “Möcüzə bu dişi də­vədir! Onun da, sizin də mü­əy­yən edil­miş vaxtlarda su içmək haqqınız var­dır. (Bir gün o su iç­məli, bir gün də siz su içməlisiniz).

26:156

وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ ﴿156﴾

Ona heç bir pislik et­mə­yin, yox­sa böyük günün əzabı sizi ya­xalayar”.

26:157

فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ ﴿157﴾

Onlar dəvə­nin diz və­tə­rini kəs­dilər, sonra da peş­man ol­du­lar.

26:158

فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿158﴾

Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət var­dır. La­kin onların əksəriy­yəti yenə iman gətirmədi.

26:159

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿159﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.

26:160

كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ ﴿160﴾

Lut tayfası da elçiləri yalançı saydı.

26:161

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ ﴿161﴾

O vaxt qardaşları Lut onlara de­di: “Məgər qorx­mur­sunuz?

26:162

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿162﴾

Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.

26:163

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿163﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:164

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿164﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:165

أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ ﴿165﴾

Doğrudanmı siz insan­lar içində ancaq kişilərlə ya­xın­lıq edir

26:166

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ ﴿166﴾

və Rəbbinizin sizin üçün yarat­dığı qadınlarınızı tərk edir­si­niz? Siz, hə­qiqətən də, həddi aşan adamlarsı­nız”.

26:167

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ ﴿167﴾

Onlar dedilər: “Ey Lut! Əgər dəvətinə son qoyma­san, müt­ləq qovu­lan­lardan ola­caq­san!”

26:168

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ ﴿168﴾

O dedi: “Mən sizin əməl­lərinizə nifrət edən­lərdə­nəm.

26:169

رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ ﴿169﴾

Ey Rəbbim! Məni və ailə­mi on­ların tutduqları işdən xi­las et!”

26:170

فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ﴿170﴾

Biz onu və onun bütün ailəsini xilas etdik.

26:171

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ﴿171﴾

Geridə qalanlar arasın­dakı yaşlı qadından başqa.

26:172

ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ﴿172﴾

Sonra da o birilərini yerlə yeksan etdik.

26:173

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ﴿173﴾

Biz onların üstünə daş­lardan ya­ğış yağdırdıq. Qorxu­dulan­la­rın yağışı nə yaman imiş!

26:174

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿174﴾

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi.

26:175

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿175﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.

26:176

كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ ﴿176﴾

Əykə əhli də elçiləri ya­lançı saydı.

26:177

إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ ﴿177﴾

O vaxt Şueyb on­lara de­di: “Mə­gər qorxmur­sunuz?

26:178

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿178﴾

Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.

26:179

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿179﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:180

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿180﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.