quranm◉

Səhifə 116

Range
from 5:46 to 5:50
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

5:46

وَقَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِۖ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَ فِيهِ هُدٗى وَنُورٞ وَمُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِ وَهُدٗى وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ﴿46﴾

Onların ardınca Mər­yəm oğ­lu İsa­nı özündən əvvəlki Töv­ratı təsdiqləyici olaraq gön­dər­dik. Ona içərisində hida­yət və nur olan, özündən əvvəlki Töv­ratı təs­diqləyən, müttəqi­lər üçün doğ­ru yol göstərən və öyüd-nəsihət olan İncili verdik.

5:47

وَلۡيَحۡكُمۡ أَهۡلُ ٱلۡإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ﴿47﴾

Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanun­ları ilə hökm ver­sin. Allahın na­zil etdiyi ilə hökm ver­­məyənlər – məhz onlar fa­siqdirlər.

5:48

وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ فَٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ عَمَّا جَآءَكَ مِنَ ٱلۡحَقِّۚ لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ﴿48﴾

Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver. Sə­nə gələn haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şə­riət və bir yol tə­yin etdik. Allah is­təsəydi, sizi tək bir üm­mət edərdi. Fəqət bu fərqli şə­riətlər və yollar, sizə verdikləri ilə sizi im­tahan etməsi üçün­dür. Elə isə yax­şı iş­lər görməkdə bir-birinizlə yarı­şın. Ha­mınızın dönüşü Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­dir.

5:49

وَأَنِ ٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ وَٱحۡذَرۡهُمۡ أَن يَفۡتِنُوكَ عَنۢ بَعۡضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيۡكَۖ فَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمۡ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعۡضِ ذُنُوبِهِمۡۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ لَفَٰسِقُونَ ﴿49﴾

Onların arasında Alla­hın na­zil etdiyi ilə hökm ver və onla­rın is­tək­ləri­nə uyma. Onlardan ehti­yat et ki, Alla­hın sənə nazil et­diyi hökm­lərin bəzi­sindən səni sap­dırma­sınlar. Əgər on­lar üz dön­dər­sələr, bil ki, Allah onla­rı bəzi günahlarına gö­rə mü­si­bə­tə dü­çar etmək istəyir. Hə­qi­qə­tən, insanların çoxu fa­siq­lər­dir.

5:50

أَفَحُكۡمَ ٱلۡجَٰهِلِيَّةِ يَبۡغُونَۚ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ حُكۡمٗا لِّقَوۡمٖ يُوقِنُونَ ﴿50﴾

Yoxsa onlar cahiliyyət dövrü­nün hök­mü­nü istəyirlər? Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan da­ha yaxşı hökm ve­rən kim­ ola bi­lər?