quranm◉

Səhifə 120

Range
from 5:71 to 5:76
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

5:71

وَحَسِبُوٓاْ أَلَّا تَكُونَ فِتۡنَةٞ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيۡهِمۡ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٞ مِّنۡهُمۡۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ﴿71﴾

Onlar müsibət gəl­məyə­cə­yini gü­man etdilər, beləliklə də kor və kar ol­dular. Sonra Allah on­ların tövbələrini qə­bul etdi. Da­ha sonra isə onlardan bir ço­xu yenə kor və kar oldular. Allah onların nə et­diklərini görür.

5:72

لَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ ﴿72﴾

“Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldu­lar. Məsih isə de­mişdir: “Ey İsrail oğul­ları! Rəb­bim və Rəbbiniz olan Alla­ha iba­dət edin! Həqiqətən də, Allaha şə­rik qo­şan kimsəyə, Allah Cən­nə­ti haram etmişdir və onun gedəcəyi yer Od­dur. Za­­lımlara kömək edən olmaya­caqdır”.

5:73

لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٖۘ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّآ إِلَٰهٞ وَٰحِدٞۚ وَإِن لَّمۡ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٌ ﴿73﴾

“Allah üç­lü­yün üçün­cü­sü­dür!”– deyən­lər ar­tıq kafir ol­du­lar. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Əgər onlar de­dik­lərinə son qoy­masalar, on­lar­dan kafir olan­lara mütləq ağ­rılı-acılı bir əzab toxuna­caqdır.

5:74

أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسۡتَغۡفِرُونَهُۥۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿74﴾

Onlar Allaha tövbə edib On­dan ba­ğışlanma diləməyə­cək­lər­mi­? Allah ki Ba­ğış­layan­dır, Rəhm­lidir.

5:75

مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ ﴿75﴾

Məryəm oğlu Məsih an­caq bir el­çidir, ondan əvvəl də el­çi­lər gəlib get­mişlər. Onun anası isə Allaha sidq ürək­dən inanan bir qa­dın idi. Hər ikisi də yemək ye­yirdi. Bax gör ayə­lərimizi on­lara necə bəyan edi­rik, sonra da gör onlar haq­dan necə döndərilirlər.

5:76

قُلۡ أَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا نَفۡعٗاۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿76﴾

De: “Allahı qoyub sizə nə bir zə­rər, nə də bir fayda ve­rə bil­­məyən şey­lə­rəmi iba­dət edirsi­niz?” Allah Eşidən­dir, Bi­ləndir.