quranm◉

Səhifə 131

Range
from 6:28 to 6:35
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

6:28

بَلۡ بَدَا لَهُم مَّا كَانُواْ يُخۡفُونَ مِن قَبۡلُۖ وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿28﴾

Xeyr! Əvvəllər gizlət­dik­­­ləri günah­lar onlara aşkar oldu. Əgər onlar geri qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş şeylərə qayıdardılar. Şüb­hə­siz ki, onlar yalançı­dır­lar.

6:29

وَقَالُوٓاْ إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ ﴿29﴾

Onlar dedilər: “Dünya hə­ya­tı­mızdan başqa bir həyat yox­dur və biz diril­dilmə­yə­cə­yik!”

6:30

وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَىٰ رَبِّهِمۡۚ قَالَ أَلَيۡسَ هَٰذَا بِٱلۡحَقِّۚ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ﴿30﴾

Onları Rəbbinin qarşı­sın­da da­yan­dırılarkən bircə gö­rəydin! Allah on­lara de­yəcək­: “Məgər bu dirilmə həqi­qət de­yil­mi?” On­lar: “Əlbəttə, Rəb­­bi­mizə and olsun ki, bu həqi­qət­dir!”– deyə­­cək­lər. O buyu­ra­caq­: “Elə isə inkar etdi­yi­nizə görə dadın əzabı!”

6:31

قَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمُ ٱلسَّاعَةُ بَغۡتَةٗ قَالُواْ يَٰحَسۡرَتَنَا عَلَىٰ مَا فَرَّطۡنَا فِيهَا وَهُمۡ يَحۡمِلُونَ أَوۡزَارَهُمۡ عَلَىٰ ظُهُورِهِمۡۚ أَلَا سَآءَ مَا يَزِرُونَ ﴿31﴾

Allah ilə qarşılaşmağı ya­­lan sa­yanlar artıq ziyana uğ­ramış­lar. O Saat onları qəf­lə­tən haqla­dıqda onlar öz gü­nah yükləri­ni bel­lərində daşıyaraq de­yəcəklər: “Dünyada burax­dığımız əməl­lərə gö­rə vay ha­lımıza!” Onların daşı­dıqları şey necə də pisdir!

6:32

وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَعِبٞ وَلَهۡوٞۖ وَلَلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ ﴿32﴾

Dünya həyatı oyun və əy­lən­cə­dən başqa bir şey de­yil. Müt­təqilər üçün isə axi­rət yurdu daha xeyirlidir. Mə­gər anlamır­sı­nız?

6:33

قَدۡ نَعۡلَمُ إِنَّهُۥ لَيَحۡزُنُكَ ٱلَّذِي يَقُولُونَۖ فَإِنَّهُمۡ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ ﴿33﴾

Biz bilirik ki, onların de­dikləri sə­ni kədərləndirir. Əs­lində onlar səni ya­lançı hesab etmirlər. Lakin zalımlar Alla­­hın ayələrini inadla inkar edirlər.

6:34

وَلَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَ فَصَبَرُواْ عَلَىٰ مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّىٰٓ أَتَىٰهُمۡ نَصۡرُنَاۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ وَلَقَدۡ جَآءَكَ مِن نَّبَإِيْ ٱلۡمُرۡسَلِينَ ﴿34﴾

Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bi­zim köməyimiz on­lara gələ­nə­dək ya­lançı sayılmalarına və on­lara əziy­yət verilməsinə sə­bir et­dilər. Heç kəs Allahın kəl­mələrini də­yi­şə bil­məz. Artıq peyğəmbərlərə aid bə­zi xə­bər­lər sənə gəlib çatdı.

6:35

وَإِن كَانَ كَبُرَ عَلَيۡكَ إِعۡرَاضُهُمۡ فَإِنِ ٱسۡتَطَعۡتَ أَن تَبۡتَغِيَ نَفَقٗا فِي ٱلۡأَرۡضِ أَوۡ سُلَّمٗا فِي ٱلسَّمَآءِ فَتَأۡتِيَهُم بِـَٔايَةٖۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمۡ عَلَى ٱلۡهُدَىٰۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡجَٰهِلِينَ ﴿35﴾

Əgər onların haqdan üz döndər­məsi sənə ağır gəlirsə, on­da ba­carır­san­sa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcə­yin bir nərdivan tap ki, onlara bir möcüzə gətirə­sən. Əgər Allah istə­səy­di on­ları top­layıb doğru yola yö­nəl­dərdi. Elə isə cahillər­dən ol­ma!