quranm◉

Səhifə 137

Range
from 6:74 to 6:81
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

6:74

وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصۡنَامًا ءَالِهَةً إِنِّيٓ أَرَىٰكَ وَقَوۡمَكَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿74﴾

Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri mə­bud­lar­mı qə­bul edirsən? Mən səni və sənin qövmü­nü açıq-aydın azğın­lıq için­də görü­rəm”.

6:75

وَكَذَٰلِكَ نُرِيٓ إِبۡرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلِيَكُونَ مِنَ ٱلۡمُوقِنِينَ ﴿75﴾

Beləcə, Biz, İbrahimə göy­­lərin və yerin səltənətini gös­tərdik ki, yəqin­lik­lə inanan­lar­dan olsun.

6:76

فَلَمَّا جَنَّ عَلَيۡهِ ٱلَّيۡلُ رَءَا كَوۡكَبٗاۖ قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلۡأٓفِلِينَ ﴿76﴾

Gecənin qaranlığı onu bü­rü­dük­də o, ulduz görüb: “Bu mə­nim Rəbbim­dir!”– dedi. O bat­dıqda isə: “Mən ba­tanları sevmi­rəm!”– dedi.

6:77

فَلَمَّا رَءَا ٱلۡقَمَرَ بَازِغٗا قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمۡ يَهۡدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ ٱلۡقَوۡمِ ٱلضَّآلِّينَ ﴿77﴾

Doğan ayı gördükdə: “Bu mənim Rəbbim­dir!”– dedi. O bat­dıqda isə: “Əgər Rəbbim məni doğru yola yö­nəlt­mə­səy­di, mən az­mış adamlardan olar­dım”– dedi.

6:78

فَلَمَّا رَءَا ٱلشَّمۡسَ بَازِغَةٗ قَالَ هَٰذَا رَبِّي هَٰذَآ أَكۡبَرُۖ فَلَمَّآ أَفَلَتۡ قَالَ يَٰقَوۡمِ إِنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ ﴿78﴾

Doğan günəşi gördük­də: “Bu mə­nim Rəbbim­dir, bu da­ha bö­yükdür!”– dedi. O bat­dıq­da isə dedi: “Ey qöv­müm! Hə­qiqətən, mən sizin Allaha şərik qoşduq­larınızdan uzağam!

6:79

إِنِّي وَجَّهۡتُ وَجۡهِيَ لِلَّذِي فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ حَنِيفٗاۖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿79﴾

Doğrudan da mən, hə­nif olaraq üzümü göyləri və yeri ya­radana çe­vir­dim. Mən müş­riklər­dən deyiləm”.

6:80

وَحَآجَّهُۥ قَوۡمُهُۥۚ قَالَ أَتُحَـٰٓجُّوٓنِّي فِي ٱللَّهِ وَقَدۡ هَدَىٰنِۚ وَلَآ أَخَافُ مَا تُشۡرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّي شَيۡـٔٗاۚ وَسِعَ رَبِّي كُلَّ شَيۡءٍ عِلۡمًاۚ أَفَلَا تَتَذَكَّرُونَ ﴿80﴾

Qövmü onunla höcət­ləş­di. O de­di: “Allah məni doğru yola yönəlt­diyi halda, siz Onun barə­sində mənimlə hö­cət­ləşir­siniz? Rəb­bimin istə­diyi şey­lər­­dən başqa mən, sizin Ona şə­rik qoşduq­la­rı­nızdan qorx­mu­ram. Rəb­bim el­mi ilə hər şeyi əhatə etmiş­dir. Mə­gər düşü­nüb ibrət alma­ya­caqsınız?

6:81

وَكَيۡفَ أَخَافُ مَآ أَشۡرَكۡتُمۡ وَلَا تَخَافُونَ أَنَّكُمۡ أَشۡرَكۡتُم بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ عَلَيۡكُمۡ سُلۡطَٰنٗاۚ فَأَيُّ ٱلۡفَرِيقَيۡنِ أَحَقُّ بِٱلۡأَمۡنِۖ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿81﴾

Siz, Allahın sizə, haq­qın­da heç bir dəlil nazil etmə­diyi şey­lə­ri Ona şə­rik qoşmaqdan qorxmursu­nuz­sa, mən sizin şə­rik qoş­duq­ları­nızdan necə qor­xa bilə­rəm? Əgər bilirsinizsə, deyin gö­rüm iki dəstədən hansı əmin-aman­lıq­da olmağa daha haq­lıdır?”