quranm◉

Səhifə 163

Range
from 7:96 to 7:104
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

7:96

وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿96﴾

Əgər o ölkələrin əhalisi iman gə­tirib Allahdan qorxsay­dı, əl­bət­tə, Biz on­ların üstünə göy­dən və yerdən bə­rə­kət qa­pı­­larını açar­dıq. Lakin onlar pey­ğəm­bər­ləri yalançı hesab et­di­lər. Biz də on­ları qa­zandıq­ları gü­nahlara görə əzab­la yaxa­ladıq.

7:97

أَفَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا بَيَٰتٗا وَهُمۡ نَآئِمُونَ ﴿97﴾

Məgər o ölkələrin əha­li­si əza­bı­mı­zın onlara gecə vaxtı, on­lar yatar­kən gəl­məyəcə­yin­dən əmin idilərmi?

7:98

أَوَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا ضُحٗى وَهُمۡ يَلۡعَبُونَ ﴿98﴾

Ya da o ölkələrin əhalisi əza­bı­mı­zın onlara səhər-səhər, on­lar əylənər­kən gəlməyəcə­yin­dən əmin idilərmi?

7:99

أَفَأَمِنُواْ مَكۡرَ ٱللَّهِۚ فَلَا يَأۡمَنُ مَكۡرَ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡخَٰسِرُونَ ﴿99﴾

Yaxud onlar Allahın hiy­­lə­sindən ehtiyat etmirdilərmi? Alla­hın hiy­lə­sin­dən yalnız zi­yana uğ­rayanlar ehtiyat et­məz­lər.

7:100

أَوَلَمۡ يَهۡدِ لِلَّذِينَ يَرِثُونَ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ أَهۡلِهَآ أَن لَّوۡ نَشَآءُ أَصَبۡنَٰهُم بِذُنُوبِهِمۡۚ وَنَطۡبَعُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ﴿100﴾

Məgər yer üzünün keç­miş sakin­lərindən sonra ona va­ris olan­lara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da gü­nah­la­rı üzündən müsibətə dü­çar edər, qəlblərinə möhür vurar­dıq və on­lar da eşitməz­dilər?

7:101

تِلۡكَ ٱلۡقُرَىٰ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآئِهَاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ مِن قَبۡلُۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلۡكَٰفِرِينَ ﴿101﴾

Bu, o ölkələrdir ki, on­ların əh­valatlarından bəzisini sənə söy­ləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gə­tir­dilər. Onlar isə da­ha öncə yalan he­sab et­diklərinə görə iman gə­tir­mədilər. Allah ka­firlə­rin qəlb­lərini beləcə möhürləyir.

7:102

وَمَا وَجَدۡنَا لِأَكۡثَرِهِم مِّنۡ عَهۡدٖۖ وَإِن وَجَدۡنَآ أَكۡثَرَهُمۡ لَفَٰسِقِينَ ﴿102﴾

Onların əksəriyyətini və­­də xi­laf çıxan gördük. On­ların ço­xu­­nu gü­nahkar gördük.

7:103

ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَظَلَمُواْ بِهَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ﴿103﴾

Onlardan sonra Musa­nı möcü­zələrimizlə Firon və onun əyan­larına elçi göndər­dik. On­lar isə bunu inkar et­di­lər. Bir gör fə­sad törədənlərin aqibəti necə oldu.

7:104

وَقَالَ مُوسَىٰ يَٰفِرۡعَوۡنُ إِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿104﴾

Musa dedi: “Ey Firon! Həqi­qə­tən, mən aləmlərin Rəb­bi tə­rə­findən göndərilmiş bir el­çi­yəm.