quranm◉

Səhifə 168

Range
from 7:144 to 7:149
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

7:144

قَالَ يَٰمُوسَىٰٓ إِنِّي ٱصۡطَفَيۡتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِي وَبِكَلَٰمِي فَخُذۡ مَآ ءَاتَيۡتُكَ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ ﴿144﴾

Allah dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlə­rim­lə və sə­ninlə da­nış­mağımla sə­ni se­çib insanlardan üstün et­dim. Elə isə sə­nə verdiyimi gö­tür və şükür edənlərdən ol!”

7:145

وَكَتَبۡنَا لَهُۥ فِي ٱلۡأَلۡوَاحِ مِن كُلِّ شَيۡءٖ مَّوۡعِظَةٗ وَتَفۡصِيلٗا لِّكُلِّ شَيۡءٖ فَخُذۡهَا بِقُوَّةٖ وَأۡمُرۡ قَوۡمَكَ يَأۡخُذُواْ بِأَحۡسَنِهَاۚ سَأُوْرِيكُمۡ دَارَ ٱلۡفَٰسِقِينَ ﴿145﴾

Biz onun üçün lövhə­lərdə hər şeydən öyüd-nəsihət və hər şeyin təf­si­latını yazdıq və dedik: “Bunları möhkəm tut və xalqına da onun ən yax­şı­sın­dan tutmağı əmr et! Mən sizə fasiq­lərin yur­dunu göstə­rəcəyəm.

7:146

سَأَصۡرِفُ عَنۡ ءَايَٰتِيَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلرُّشۡدِ لَا يَتَّخِذُوهُ سَبِيلٗا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلۡغَيِّ يَتَّخِذُوهُ سَبِيلٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ ﴿146﴾

Haqsız olaraq yer üzün­də tə­kəb­bürlük göstərənləri ayə­lə­rim­dən uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də on­lara inanmazlar. Onlar doğ­ru yolu görsələr, ora yö­nəl­məz, az­ğın­lıq yolunu görsələr, onu özlərinə yol se­çər­lər. Bu ona görədir ki, onlar ayə­lə­ri­mi­zi in­kar edir və onlara məhəl qoy­mur­du­lar”.

7:147

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآءِ ٱلۡأٓخِرَةِ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡۚ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ﴿147﴾

Ayələrimizi və axirətə qo­vuş­ma­ğı yalan sayanların əməl­lə­ri puç ol­du. Məgər on­lar yalnız et­dikləri bu əməllərə görə cəzalan­dı­rıl­mayacaq­lar­mı?

7:148

وَٱتَّخَذَ قَوۡمُ مُوسَىٰ مِنۢ بَعۡدِهِۦ مِنۡ حُلِيِّهِمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٌۚ أَلَمۡ يَرَوۡاْ أَنَّهُۥ لَا يُكَلِّمُهُمۡ وَلَا يَهۡدِيهِمۡ سَبِيلًاۘ ٱتَّخَذُوهُ وَكَانُواْ ظَٰلِمِينَ ﴿148﴾

Musanın ardınca qöv­mü öz zinət əşyalarından bö­yü­rən bir buzov hey­kə­li dü­zəltdi. Məgər bu heykəlin on­larla da­nışmadı­ğı­nı, onlara düz yol gös­tər­mə­di­yini görmür­dü­lərmi? Buna bax­ma­ya­raq ona mə­bud kimi sitayiş edib zalım­lar­dan ol­dular.

7:149

وَلَمَّا سُقِطَ فِيٓ أَيۡدِيهِمۡ وَرَأَوۡاْ أَنَّهُمۡ قَدۡ ضَلُّواْ قَالُواْ لَئِن لَّمۡ يَرۡحَمۡنَا رَبُّنَا وَيَغۡفِرۡ لَنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿149﴾

Onların əlləri yanlarına düş­dük­də (tutduqları işə görə peş­man olduq­da) və haqq yol­dan azdıqlarını gördükdə: “Əgər Rəb­bi­miz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziya­na uğra­yan­lar­dan olarıq”– de­dilər.