quranm◉

Səhifə 173

Range
from 7:171 to 7:178
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

7:171

وَإِذۡ نَتَقۡنَا ٱلۡجَبَلَ فَوۡقَهُمۡ كَأَنَّهُۥ ظُلَّةٞ وَظَنُّوٓاْ أَنَّهُۥ وَاقِعُۢ بِهِمۡ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿171﴾

Bir zaman dağı yerin­dən qo­pa­rıb onların başı üstü­nə bu­lud kimi qal­dırmışdıq və onlar da elə zənn etmiş­di­lər ki, dağ on­la­rın üstünə düşə­cək. Biz onlara: “Sizə verdiyimiz­dən möh­kəm ya­pı­şın və için­dəkiləri xa­tırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.

7:172

وَإِذۡ أَخَذَ رَبُّكَ مِنۢ بَنِيٓ ءَادَمَ مِن ظُهُورِهِمۡ ذُرِّيَّتَهُمۡ وَأَشۡهَدَهُمۡ عَلَىٰٓ أَنفُسِهِمۡ أَلَسۡتُ بِرَبِّكُمۡۖ قَالُواْ بَلَىٰ شَهِدۡنَآۚ أَن تَقُولُواْ يَوۡمَ ٱلۡقِيَٰمَةِ إِنَّا كُنَّا عَنۡ هَٰذَا غَٰفِلِينَ ﴿172﴾

Bir zaman Rəbbin Adəm oğul­la­rı­nın bellərindən onların tö­rəmələrini çı­xarmış və: “Mən sizin Rəbbiniz de­yi­ləm­mi?”– de­yə on­ları özlərinin əleyhinə şa­hid tutmuşdu. Onlar: “Bəli, biz şahid ol­­duq!”– demişdilər. Bu ona gö­rədir ki, siz Qiyamət gü­nü: “Biz bun­dan xəbərsiz idik!”– deməyə­siniz.

7:173

أَوۡ تَقُولُوٓاْ إِنَّمَآ أَشۡرَكَ ءَابَآؤُنَا مِن قَبۡلُ وَكُنَّا ذُرِّيَّةٗ مِّنۢ بَعۡدِهِمۡۖ أَفَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلۡمُبۡطِلُونَ ﴿173﴾

Yaxud: “Atalarımız biz­dən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməl­lə­rə görə məhv edəcəksən?”– demə­yə­si­niz.

7:174

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ وَلَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿174﴾

Biz ayələri beləcə izah edi­rik ki, bəlkə haqq yola qa­yıdalar.

7:175

وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱلَّذِيٓ ءَاتَيۡنَٰهُ ءَايَٰتِنَا فَٱنسَلَخَ مِنۡهَا فَأَتۡبَعَهُ ٱلشَّيۡطَٰنُ فَكَانَ مِنَ ٱلۡغَاوِينَ ﴿175﴾

Onlara ayələrimizi ver­di­­yimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıx­dı, şeytanın təqibinə məruz qaldı, axırda da az­mışlardan oldu.

7:176

وَلَوۡ شِئۡنَا لَرَفَعۡنَٰهُ بِهَا وَلَٰكِنَّهُۥٓ أَخۡلَدَ إِلَى ٱلۡأَرۡضِ وَٱتَّبَعَ هَوَىٰهُۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلۡكَلۡبِ إِن تَحۡمِلۡ عَلَيۡهِ يَلۡهَثۡ أَوۡ تَتۡرُكۡهُ يَلۡهَثۚ ذَّـٰلِكَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۚ فَٱقۡصُصِ ٱلۡقَصَصَ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ﴿176﴾

Biz istəsəydik, bu ayə­lə­rin sayə­sində onu ucal­dardıq. La­kin o, dünya­ya meyl saldı və öz istəyi­nə uydu. Onun misalı itin misalına bən­­zə­yir; onu qov­san da dilini çı­xardıb ləh­lə­yər, qovmasan da. Ayələri­mizi ya­lan he­sab edən­lərin məsəli be­lədir. Bu əhva­lat­la­rı onlara da­nış ki, bəlkə fi­kir­lə­şələr.

7:177

سَآءَ مَثَلًا ٱلۡقَوۡمُ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَأَنفُسَهُمۡ كَانُواْ يَظۡلِمُونَ ﴿177﴾

Ayələrimizi yalan sa­yıb özlərinə zülm edən adamlar ba­rə­sin­dəki məsəl necə də pis­dir!

7:178

مَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِيۖ وَمَن يُضۡلِلۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿178﴾

Allah kimə hidayət ve­rirsə, doğ­ru yolda olan da odur. Kim­ləri də az­dı­rırsa, ziyana uğ­rayanlar da məhz onlar­dır.