quranm◉

Səhifə 200

Range
from 9:80 to 9:86
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

9:80

ٱسۡتَغۡفِرۡ لَهُمۡ أَوۡ لَا تَسۡتَغۡفِرۡ لَهُمۡ إِن تَسۡتَغۡفِرۡ لَهُمۡ سَبۡعِينَ مَرَّةٗ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿80﴾

Onların bağışlanması üçün dua et­sən də, etməsən də, hətta on­lar üçün yet­miş dəfə bağış­lan­ma diləsən belə, Allah on­la­rı əsla bağışlamayacaqdır. Çün­ki on­lar Allahı və Onun Elçisini inkar et­di­lər. Allah günahkar insanları doğru yo­la yö­nəlt­məz.

9:81

فَرِحَ ٱلۡمُخَلَّفُونَ بِمَقۡعَدِهِمۡ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓاْ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَقَالُواْ لَا تَنفِرُواْ فِي ٱلۡحَرِّۗ قُلۡ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرّٗاۚ لَّوۡ كَانُواْ يَفۡقَهُونَ ﴿81﴾

Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əley­hinə çı­xaraq evdə qalmalarına se­vindilər. Onlar Allah yo­lun­da öz mal­la­rı və canları ilə ci­had et­mək istəmədilər və: “Bu istidə döyüşə çıx­mayın!”– de­dilər. De: “Cəhən­nəm odu bun­dan da hərarət­li­dir!” Kaş an­la­yaydılar.

9:82

فَلۡيَضۡحَكُواْ قَلِيلٗا وَلۡيَبۡكُواْ كَثِيرٗا جَزَآءَۢ بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿82﴾

Qoy onlar etdikləri gü­nah­ların cə­zası olaraq az gü­lüb çox ağ­lasınlar.

9:83

فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٖ مِّنۡهُمۡ فَٱسۡتَـٔۡذَنُوكَ لِلۡخُرُوجِ فَقُل لَّن تَخۡرُجُواْ مَعِيَ أَبَدٗا وَلَن تُقَٰتِلُواْ مَعِيَ عَدُوًّاۖ إِنَّكُمۡ رَضِيتُم بِٱلۡقُعُودِ أَوَّلَ مَرَّةٖ فَٱقۡعُدُواْ مَعَ ٱلۡخَٰلِفِينَ ﴿83﴾

Əgər Allah səni onlar­dan bir züm­rənin yanına gön­dərsə və on­lar dö­yüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mə­nimlə döyüşə çıx­maya­caq və mənimlə birlik­də heç bir düş­­mən­lə vuruşma­ya­caqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı ol­du­­nuz. Elə isə arxada qalanlarla bə­ra­bər, siz də ev­də oturun!”

9:84

وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٖ مِّنۡهُم مَّاتَ أَبَدٗا وَلَا تَقُمۡ عَلَىٰ قَبۡرِهِۦٓۖ إِنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُواْ وَهُمۡ فَٰسِقُونَ ﴿84﴾

Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qıl­ma, qəbrinin başında da dur­ma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günah­kar ola­raq öldülər.

9:85

وَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَأَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ ﴿85﴾

Onların nə malları, nə də övladları səni təəccüblən­dir­mə­sin. Allah bunlarla, bu dün­ya­da onlara əzab vermək və on­la­rın kafir ola­raq canlarının çıx­ma­sını istəyir.

9:86

وَإِذَآ أُنزِلَتۡ سُورَةٌ أَنۡ ءَامِنُواْ بِٱللَّهِ وَجَٰهِدُواْ مَعَ رَسُولِهِ ٱسۡتَـٔۡذَنَكَ أُوْلُواْ ٱلطَّوۡلِ مِنۡهُمۡ وَقَالُواْ ذَرۡنَا نَكُن مَّعَ ٱلۡقَٰعِدِينَ ﴿86﴾

“Allaha iman gətirin və Onun El­çisi ilə birlikdə cihad edin!”– deyə bir su­rə nazil edil­dikdə onların var-dövlətə ma­lik olanları sən­dən icazə istə­yib de­dilər: “Bizi burax evdə otu­ranlarla bir­likdə qa­laq!”