quranm◉

Səhifə 218

Range
from 10:79 to 10:88
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

10:79

وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ ﴿79﴾

Firon dedi: “Bütün bi­lik­li sehr­baz­ları yanıma gətirin!”

10:80

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ ﴿80﴾

Sehrbazlar gəldikdə Mu­sa onlara dedi: “Nə atacaqsı­nızsa, atın!”

10:81

فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ ﴿81﴾

Onlar əllərindəki ipləri və dəyə­nək­ləri atdıqda Musa dedi: “Si­zin gör­dü­yünüz iş sehrdir. Hə­qiqətən, Allah onu boşa çı­xara­caq. Çünki Allah fitnə-fə­sad törə­dənlərin işini düzəlt­məz”.

10:82

وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ ﴿82﴾

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haq­qı bər­qərar edəcək.

10:83

فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ ﴿83﴾

Firon və onun əyan­ları tə­rə­fin­dən özlərinə işgəncə ve­rilə­cə­yin­dən qor­xa­raq Musaya öz qövmündən yalnız az­saylı bir nəsil iman gətirdi. Həqiqə­tən də, Firon yer üzündə qəd­dar hakim və həd­di aşan­lar­dan idi.

10:84

وَقَالَ مُوسَىٰ يَٰقَوۡمِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيۡهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسۡلِمِينَ ﴿84﴾

Musa dedi: “Ey qöv­müm! Əgər Allaha iman gətirmiş­si­nizsə və mü­səl­man olmuşsu­nuzsa, Ona təvəkkül edin!”

10:85

فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿85﴾

Onlar dedilər: “Biz an­caq Allaha təvəkkül edirik. Ey Rəbbi­miz! Bizi za­lım qövmün əlində sınağa çəkmə!

10:86

وَنَجِّنَا بِرَحۡمَتِكَ مِنَ ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿86﴾

Və bizi Öz mərhəmə­tin­lə kafir qövmün əlindən qur­tar!”

10:87

وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوۡمِكُمَا بِمِصۡرَ بُيُوتٗا وَٱجۡعَلُواْ بُيُوتَكُمۡ قِبۡلَةٗ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ﴿87﴾

Biz Musaya və onun qar­daşına: “Camaatınız üçün Mi­sir­də evlər hazır­layın, evlə­ri­ni­zi na­mazgah edin və na­maz qı­lın. Mö­min­ləri müjdələ!”– deyə vəhy et­dik.

10:88

وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيۡتَ فِرۡعَوۡنَ وَمَلَأَهُۥ زِينَةٗ وَأَمۡوَٰلٗا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطۡمِسۡ عَلَىٰٓ أَمۡوَٰلِهِمۡ وَٱشۡدُدۡ عَلَىٰ قُلُوبِهِمۡ فَلَا يُؤۡمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ﴿88﴾

Musa dedi: “Ey Rəbbi­miz! Sən Firona və onun əyan­larına dün­ya hə­ya­tında zinət və mal-dövlət bəxş etdin. Ey Rəb­bimiz! On­lar insanları Sə­nin yolun­dan sapdırırlar. Ey Rəb­bimiz! Onların mal-döv­lə­tini məhv et, qəlblərini də sərt­ləş­dir ki, ağrılı-acılı əzabı gör­mə­yincə iman gətirməsinlər”.