quranm◉

Səhifə 249

Range
from 13:1 to 13:5
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

13:1

الٓمٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِۗ وَٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ ٱلۡحَقُّ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ﴿1﴾

Əlif. Ləm. Mim. Ra. Bun­lar Kitab­ın ayələridir. Rəbbin­dən sə­nə nazil edilən həqi­qət­dir, lakin in­sanların çoxu buna inanmır.

13:2

ٱللَّهُ ٱلَّذِي رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ يُدَبِّرُ ٱلۡأَمۡرَ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمۡ تُوقِنُونَ ﴿2﴾

Gördüyünüz göyləri di­rək­siz yük­səldən, sonra da Ərşə uca­lan, müəyyən vaxta qədər göydə hərə­kət edən günəşi və ayı əmrinə ta­be edən Allahdır. O, iş­ləri yoluna qoyur və ayə­lərini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşaca­ğı­nı­za yə­qinliklə inanasınız.

13:3

وَهُوَ ٱلَّذِي مَدَّ ٱلۡأَرۡضَ وَجَعَلَ فِيهَا رَوَٰسِيَ وَأَنۡهَٰرٗاۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوۡجَيۡنِ ٱثۡنَيۡنِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿3﴾

Yeri döşəyən, orada möh­kəm dağ­lar, çaylar yaradan və bü­tün meyvə­lər­dən cüt-cüt ye­tişdi­rən də Odur. O, gün­düzü gecə ilə ör­tüb bürüyür. Həqi­qə­tən də, bun­da dərin düşü­nən adamlar üçün dəlillər vardır.

13:4

وَفِي ٱلۡأَرۡضِ قِطَعٞ مُّتَجَٰوِرَٰتٞ وَجَنَّـٰتٞ مِّنۡ أَعۡنَٰبٖ وَزَرۡعٞ وَنَخِيلٞ صِنۡوَانٞ وَغَيۡرُ صِنۡوَانٖ يُسۡقَىٰ بِمَآءٖ وَٰحِدٖ وَنُفَضِّلُ بَعۡضَهَا عَلَىٰ بَعۡضٖ فِي ٱلۡأُكُلِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿4﴾

Yer üzündə bir-birinə ya­xın müx­tə­lif münbitli torpaq sa­hələri, üzüm bağ­ları, əkinlər, şa­xəli-şa­xəsiz xurma ağac­ları var­dır. On­lar ey­ni su ilə suva­rılır. Lakin Biz yeyilməsinə görə on­la­rın birini di­gə­rin­dən üstün edi­rik. Doğru­dan da, bun­da ba­şa dü­şən adamlar üçün də­lil­lər var­.

13:5

وَإِن تَعۡجَبۡ فَعَجَبٞ قَوۡلُهُمۡ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدٍۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ وَأُوْلَـٰٓئِكَ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَاقِهِمۡۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿5﴾

Əgər təəccüblənirsənsə, on­ların: “Doğrudanmı biz tor­paq ol­duqdan son­ra yenidən ya­ra­dıla­cağıq?” sözünə tə­əc­cüblən. Onlar Rəbbini inkar edən­lər­dir. Onlar boyunlarında qandallar olan­lar­dır. Onlar Od sakin­ləri­dirlər və onlar ora­da əbədi qala­caq­lar.