quranm◉

Səhifə 268

Range
from 16:7 to 16:14
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

16:7

وَتَحۡمِلُ أَثۡقَالَكُمۡ إِلَىٰ بَلَدٖ لَّمۡ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلۡأَنفُسِۚ إِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ ﴿7﴾

Onlar yüklərinizi, özünü­zün çə­tin­liklə apara biləcə­yi­niz bir öl­kəyə da­şıyırlar. Həqi­qə­tən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir.

16:8

وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةٗۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ ﴿8﴾

Atları, qatırları və uzun­qu­laqları sizə həm minik, həm də zi­nət olsun de­yə Allah ya­ratdı. O, sizin hələ bilmədiyi­niz bir çox şey­lə­ri də yaradır.

16:9

وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٞۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ﴿9﴾

Doğru yol göstərmək Al­laha aid­dir. Əyri yollar da var­dır. Əgər O is­tə­səydi, sizin ha­mınızı doğru yola yö­nəl­dərdi.

16:10

هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗۖ لَّكُم مِّنۡهُ شَرَابٞ وَمِنۡهُ شَجَرٞ فِيهِ تُسِيمُونَ ﴿10﴾

Göydən su endirən Odur. Bu, həm sizin içməyi­niz, həm də içində mal-qaranızı otar­dığınız otların bitməsi üçün­dür.

16:11

يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿11﴾

Allah onunla sizin üçün dənli bit­kilər, zeytun, xurma, üzüm və başqa mey­vələr­in ha­mısından yetişdirir. Həqi­qə­tən, bunda düşünən bir qövm üçün də­lil­lər vardır.

16:12

وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿12﴾

O, gecəni və gündüzü, gü­nəşi və ayı sizə xidmət et­mə­yə yö­nəlt­di. Ul­duz­lar da Onun əm­ri ilə ram edilmişdir. Sözsüz ki, bun­lar­da anlayan insanlar üçün əla­mətlər vardır.

16:13

وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَذَّكَّرُونَ ﴿13﴾

Yer üzündə sizin üçün ya­ratdığı müxtəlif rəngli şey­ləri də si­zə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün də­lillər vardır.

16:14

وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿14﴾

O, dənizi də sizin xid­mə­ti­nizə ver­di ki, ondan yemək üçün tə­zə balıq və taxmaq üçün bəzək şeyləri əldə edə­si­niz. Sən gəmi­lə­rin dənizi yara-yara üz­­dü­yü­nü görürsən. Bütün bun­lar Alla­hın lüt­fün­dən sizə nəsib olan­ları axta­rıb tapmağı­nız və şü­kür etməyiniz üçün­dür.