quranm◉

Səhifə 274

Range
from 16:65 to 16:72
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

16:65

وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَسۡمَعُونَ ﴿65﴾

Allah göydən yağmur yağ­dırıb onunla ölmüş yeri di­riltdi. Hə­qiqətən, bunda eşi­dən bir qövm üçün dəlillər vardır.

16:66

وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٖ وَدَمٖ لَّبَنًا خَالِصٗا سَآئِغٗا لِّلشَّـٰرِبِينَ ﴿66﴾

Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz si­zə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içən­lə­rin boğazından rahat ke­çən təmiz süd içirdirik.

16:67

وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرٗا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿67﴾

Siz xurma ağacının mey­vələ­rindən və üzümlərdən sər­xoş­edi­ci içki və xe­yir­li ruzi ha­zırla­yırsınız. Həqiqətən, bun­da an­la­yan bir qövm üçün dəlillər var­dır.

16:68

وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ ﴿68﴾

Rəbbin bal arısına belə vəhy et­di: “Dağlarda, ağac­lar­da və in­sanların düzəlt­dik­ləri çardaq­larda özünə pətək­lər hör.

16:69

ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿69﴾

Sonra bütün meyvələr­dən ye və Rəbbinin səndən ötrü asan­laş­dır­dığı yol­larla get”. O arıların qarınlarından tər­ki­bin­də insan­lar üçün şəfa olan müx­tə­lif rəngli bal çıxır. Həqi­qə­tən, bunda dü­şü­nən bir qövm üçün dəlillər vardır.

16:70

وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ ﴿70﴾

Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcək. Siz­lər­dən bəziləri vax­tilə bildiyi şey­ləri unutsun deyə öm­rü­nün ən rəzil ça­ğı­na çatdırılacaq. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hər şeyə qa­dir­dir.

16:71

وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ﴿71﴾

Allah ruzi baxımından biri­nizi di­gərindən üstün et­miş­dir. Üs­tünlük ve­ri­lənlər kölə­lə­­rinə öz ruzilərindən ver­mirlər ki, bu yön­dən bərabər olsun­lar. Belə olduğu təqdirdə onlar Al­lahın ne­mə­tini inkarmı edir­lər?

16:72

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ﴿72﴾

Allah sizin üçün özü­nüz­dən zöv­cələr yaratdı, zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar və nəvələr yaratdı və si­zə pak ruzilər ver­di. İndi onlar ba­tilə ina­nıb Allahın nemətini in­karmı edir­lər?