quranm◉

Səhifə 278

Range
from 16:94 to 16:102
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

16:94

وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٞ ﴿94﴾

Andlarınızı aranızda hiy­lə vasi­tə­si­nə çevirməyin. Yox­sa aya­ğınız möh­kəm dayanmış ikən sü­rüşər və insanları Allah yolun­dan döndərdiyinizə görə əzabı dadar­sınız. Sizin üçün axirətdə də böyük bir əzab ha­zırlanar.

16:95

وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿95﴾

Allahla bağladığınız əh­di ucuz qiy­mətə satmayın. Əgər bi­lir­­sinizsə, Allah yanında olan savab sizin üçün daha xe­yir­li­dir.

16:96

مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٖۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿96﴾

Sizdə olan nemətlər tü­kə­nəcək, Allah yanında olan nemət­lər isə daim qala­caq­dır. Sə­birli olanlara etdik­ləri yaxşı əməl­lərə gö­rə müka­fatlarını ve­rə­cəyik.

16:97

مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿97﴾

Mömin olaraq yaxşı iş gö­rən kişi və qadınlara, əl­bət­tə, gözəl həyat bəxş edəcək və et­dikləri ən yaxşı əməllərə gö­rə onları müt­ləq mükafatlan­dıra­ca­ğıq.

16:98

فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ﴿98﴾

Quran oxuduqda qo­vul­muş şey­tan­dan Allaha sı­ğın!

16:99

إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ﴿99﴾

Şübhəsiz ki, şeytanın, iman gə­ti­rib yalnız öz Rəbbinə təvək­kül edənlər üzərində heç bir hökm­ranlığı yoxdur.

16:100

إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ﴿100﴾

Onun hakimiyyəti yal­nız onu özünə dost tutanlar və Alla­ha şərik qo­şanlar üzərin­də­dir.

16:101

وَإِذَا بَدَّلۡنَآ ءَايَةٗ مَّكَانَ ءَايَةٖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ﴿101﴾

Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən an­caq bir ifti­ra­çısan!”– deyir­lər. Halbuki Allah nə na­zil et­diyini daha yaxşı bilir. Xeyr! On­la­rın çoxu bunu bilmir.

16:102

قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ﴿102﴾

De: “Müqəddəs Ruh Cəb­rail onu sənin Rəbbindən iman gə­ti­rənləri sa­bit­qədəm et­­mək üçün, həm də mü­səlman­lara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək ola­raq na­zil etmişdir”.