quranm◉

Səhifə 280

Range
from 16:111 to 16:118
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

16:111

يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٖ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿111﴾

O gün hər kəs öz ca­nı­nı qurtar­mağa çalışacaq, hər kəsə et­di­yi əməl­lə­rin əvəzi tam verilə­cək və onlara zülm edil­məyə­cəkdir.

16:112

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ﴿112﴾

Allah təhlükəsizlik və əmin-aman­lıq içində olan bir diyarı (Mək­­kə­ni) məsəl çəkir. Ona öz ruzisi hər yer­dən bol-bol gəlirdi. La­kin o diyarın əha­lisi Allahın nemətlərinə nan­korluq etdi, Allah da onları et­dikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.

16:113

وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ ﴿113﴾

Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu ya­lan­çı say­dı­lar. Buna gö­rə də zülm et­dikləri zaman əzab onları ya­xaladı.

16:114

فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ﴿114﴾

Allahın sizə verdiyi ha­lal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsi­nizsə, Onun nemətinə şükür edin.

16:115

إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿115﴾

O sizə ancaq ölü hey­va­nı, qanı, donuz ətini və Allah­dan baş­qa­sı üçün kəsilən hey­vanı haram etmişdir. Hər kəs harama meyl etmə­dən və həd­di aş­madan bun­lardan yemə­yə məcbur olarsa, ona günah gəl­məz. Həqiqətən, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!

16:116

وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٞ وَهَٰذَا حَرَامٞ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ﴿116﴾

Dilinizin uydurduğu ya­lana əsa­sən: “Bu halaldır, o ha­ram­dır!”– demə­yin, çünki Alla­ha qarşı ya­lan uydur­muş olur­sunuz. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar nicat tap­maz­lar.

16:117

مَتَٰعٞ قَلِيلٞ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿117﴾

İndi onlar az bir mən­fə­ət əldə et­mişlər, axirətdə isə on­la­rı ağ­rı­lı-acılı bir əzab göz­ləyir.

16:118

وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿118﴾

Sənə xəbər verdiyimiz şey­ləri da­ha öncə yəhudilərə də ha­ram etmişdik. Biz onlara zülm et­mədik, lakin onlar özləri öz­lə­­rinə zülm edirdilər.