quranm◉

Səhifə 30

Range
from 2:191 to 2:196
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

2:191

وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡ وَأَخۡرِجُوهُم مِّنۡ حَيۡثُ أَخۡرَجُوكُمۡۚ وَٱلۡفِتۡنَةُ أَشَدُّ مِنَ ٱلۡقَتۡلِۚ وَلَا تُقَٰتِلُوهُمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمۡ فِيهِۖ فَإِن قَٰتَلُوكُمۡ فَٱقۡتُلُوهُمۡۗ كَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ ﴿191﴾

Müşrikləri harada yaxa­la­sanız öldürün və sizi çıxart­dıq­la­rı yerdən siz də onları çı­xa­rdın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidul­hara­mın ya­nın­da vuruşmayın­ca, siz də on­la­ra qarşı ora­da vuruş­mayın. Əgər si­zinlə vu­ruş­salar, siz də onları öl­dürün. Kafir­lərin cəzası belədir.

2:192

فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿192﴾

Əgər onlar bu savaşa son qoy­salar, əlbəttə ki, Allah çox ba­ğış­layandır, rəhmlidir!

2:193

وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِۖ فَإِنِ ٱنتَهَوۡاْ فَلَا عُدۡوَٰنَ إِلَّا عَلَى ٱلظَّـٰلِمِينَ ﴿193﴾

Fitnə aradan qalxana qə­dər və din ancaq Allaha məx­­sus edilənədək on­lara qarşı vu­ru­şun! Əgər bu savaşa son qoysalar, bilin ki, düş­mənçi­lik ancaq zalım­la­ra qarşı olur.

2:194

ٱلشَّهۡرُ ٱلۡحَرَامُ بِٱلشَّهۡرِ ٱلۡحَرَامِ وَٱلۡحُرُمَٰتُ قِصَاصٞۚ فَمَنِ ٱعۡتَدَىٰ عَلَيۡكُمۡ فَٱعۡتَدُواْ عَلَيۡهِ بِمِثۡلِ مَا ٱعۡتَدَىٰ عَلَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ﴿194﴾

Haram ay haram ay qarşılığındadır. Toxunulmazlığı poz­ma­ğın cə­za­sı qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müt­təqilər­lədir.

2:195

وَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ﴿195﴾

Malınızdan Allah yo­lun­da xərc­ləyin və öz əlləri­nizlə özü­nü­zü təhlü­kəyə atma­yın. Yaxşı­lıq edin! Həqiqə­tən, Allah yaxşı­lıq edənləri sevir.

2:196

وَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذٗى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٞ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٖۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٞ كَامِلَةٞۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿196﴾

Allah üçün həcc və üm­rə­ni tam yerinə yetirin. Əgər si­zin qarşınızı kəs­sələr, mü­yəs­­sər olan bir qurban kəsin. Qur­banlıq hey­van öz yerinə çatana qə­dər başınızı qırx­mayın. Siz­lər­dən kim xəstə olarsa və ya başın­da­ ona əziyyət verən bir şey var­sa, fid­yə olaraq, ya oruc tut­ma­­lı, ya sə­dəqə verməli, ya da qur­ban kəs­məli­dir. Əminlik içində oldu­ğu­nuz təqdirdə isə həcc vaxtına qədər üm­rədən faydalanan kəs müyəssər olan bir qurban kəsməli­dir. Qur­ban­lıq heyvan tap­ma­yan­lar isə həcc əsna­sında üç gün, və­tə­ni­nə qa­yıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulha­ram­da yaşamayan­lara aid­dir. Allah­dan qor­xun və bilin ki, Allah şiddətli cəza verəndir.