quranm◉

Səhifə 321

Range
from 20:126 to 20:135
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

20:126

قَالَ كَذَٰلِكَ أَتَتۡكَ ءَايَٰتُنَا فَنَسِيتَهَاۖ وَكَذَٰلِكَ ٱلۡيَوۡمَ تُنسَىٰ ﴿126﴾

Allah deyəcək: “Elədir! Çünki sə­nə ayələrimiz gəldi, sən isə onları unut­dun. Bu gün də sən beləcə unudu­la­caq­san!”

20:127

وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ ﴿127﴾

Biz həddi aşanı və Rəb­bi­nin ayələrinə inanmayanı be­lə cə­za­lan­dırı­rıq. Axirət əzabı isə, daha şiddətli və daha sürək­li­dir.

20:128

أَفَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ ﴿128﴾

Onlardan əvvəl öz məs­kənlə­rin­də gəzib dolaşan ne­çə-neçə nə­sli məhv etmə­yi­miz onlara dərs olma­dı­mı? Həqi­qə­­tən, bun­da ağıl sahibləri üçün ibrətlər vardır.

20:129

وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَكَانَ لِزَامٗا وَأَجَلٞ مُّسَمّٗى ﴿129﴾

Əgər Rəbbin tərəfin­dən əvvəl­cə­dən vəd edilmiş Söz və mü­əyyən edil­miş bir vaxt ol­ma­saydı, əzab onları dər­hal ya­xala­yar­dı.

20:130

فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ غُرُوبِهَاۖ وَمِنۡ ءَانَآيِٕ ٱلَّيۡلِ فَسَبِّحۡ وَأَطۡرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرۡضَىٰ ﴿130﴾

Onların dediklərinə sə­bir et. Gü­nəş doğmamışdan və bat­ma­mış­dan əv­vəl Rəbbini həmd-səna ilə təriflə, gecə­nin bəzi saat­la­rında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qa­la­san.

20:131

وَلَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ زَهۡرَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا لِنَفۡتِنَهُمۡ فِيهِۚ وَرِزۡقُ رَبِّكَ خَيۡرٞ وَأَبۡقَىٰ ﴿131﴾

Kafirlərdən bəzisini sı­na­­maq üçün onlara dünya hə­ya­tının bərbəzəyi kimi ver­di­yi­miz şey­lərə gözünü dikmə. Rəb­bi­nin verdiyi ruzi daha xeyirli və daha sürəklidir.

20:132

وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ ﴿132﴾

Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə ye­ri­nə ye­tir. Biz sən­dən ruzi istə­mi­rik, əksinə sənə ruzi verən Bi­zik. Gözəl aqi­bət təqvaya bağ­lı­dır.

20:133

وَقَالُواْ لَوۡلَا يَأۡتِينَا بِـَٔايَةٖ مِّن رَّبِّهِۦٓۚ أَوَلَمۡ تَأۡتِهِم بَيِّنَةُ مَا فِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ﴿133﴾

Kafirlər: “Nə üçün o, Rəb­bindən bizə bir dəlil gətir­mir?”– de­dilər. Mə­gər onlara əvvəlki səhifələrdə olanların açıq-ay­dın də­li­li çatmadımı?

20:134

وَلَوۡ أَنَّآ أَهۡلَكۡنَٰهُم بِعَذَابٖ مِّن قَبۡلِهِۦ لَقَالُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبۡلِ أَن نَّذِلَّ وَنَخۡزَىٰ ﴿134﴾

Əgər Biz onları bun­dan əvvəl (Muhəmməd pey­ğəmbər və Quran gəl­məzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəb­bimiz! Nə üçün bi­zə bir pey­ğəmbər gön­dərmədin ki, biz də zə­lil və rüsvay ol­mazdan əvvəl Sə­nin ayələrinə tabe olaq?”

20:135

قُلۡ كُلّٞ مُّتَرَبِّصٞ فَتَرَبَّصُواْۖ فَسَتَعۡلَمُونَ مَنۡ أَصۡحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِيِّ وَمَنِ ٱهۡتَدَىٰ ﴿135﴾

De: “Hamı gözləyir, siz də göz­lə­yin. Tezliklə siz kimin doğ­ru yol sahibi olduğunu və kimin haqq yola yönəl­di­yini bilə­cək­siniz!”