quranm◉

Səhifə 357

Range
from 24:54 to 24:58
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

24:54

قُلۡ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۖ فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡهِ مَا حُمِّلَ وَعَلَيۡكُم مَّا حُمِّلۡتُمۡۖ وَإِن تُطِيعُوهُ تَهۡتَدُواْۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿54﴾

De: “Allaha və Peyğəm­bərə itaət edin”. Əgər üz çe­vir­sə­niz, bi­lin ki, o, an­caq özünə hə­valə edilənə cavab­dehdir, siz də ancaq özü­nüzə həvalə edi­lənə cavab­dehsiniz. Əgər ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız. Pey­ğəm­bərin öh­də­si­nə düşən isə an­caq açıq-aş­kar təbliğ etməkdir.

24:55

وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَيَسۡتَخۡلِفَنَّهُمۡ فِي ٱلۡأَرۡضِ كَمَا ٱسۡتَخۡلَفَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَلَيُمَكِّنَنَّ لَهُمۡ دِينَهُمُ ٱلَّذِي ٱرۡتَضَىٰ لَهُمۡ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعۡدِ خَوۡفِهِمۡ أَمۡنٗاۚ يَعۡبُدُونَنِي لَا يُشۡرِكُونَ بِي شَيۡـٔٗاۚ وَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ﴿55﴾

Allah sizlərdən iman gə­ti­rib yax­şı işlər görənlərə vəd et­miş­dir ki, özlə­rindən əvvəl­ki­ləri varislər etdiyi kimi on­la­rı da yer üzü­nün varisləri edə­cək, mömin­lər üçün Özü­nün bəyən­di­yi dinini möh­kəm­lən­dirəcək və onla­rın qor­xu­sunu sonra əminliklə əvəz edə­cəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mə­nə şə­rik qoş­mur­lar. Bun­dan son­ra küfr edənlər – məhz onlar fa­siq­­lərdir.

24:56

وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَطِيعُواْ ٱلرَّسُولَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿56﴾

Namaz qılın, zəkat ve­rin və Pey­ğəmbərə itaət edin ki, sizə rəhm edil­sin.

24:57

لَا تَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ مُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۚ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَلَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿57﴾

Kafirlərin yer üzündə Allah­dan yaxa qurtara bilə­cək­lərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş ye­ri­dir!

24:58

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِيَسۡتَـٔۡذِنكُمُ ٱلَّذِينَ مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ وَٱلَّذِينَ لَمۡ يَبۡلُغُواْ ٱلۡحُلُمَ مِنكُمۡ ثَلَٰثَ مَرَّـٰتٖۚ مِّن قَبۡلِ صَلَوٰةِ ٱلۡفَجۡرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعۡدِ صَلَوٰةِ ٱلۡعِشَآءِۚ ثَلَٰثُ عَوۡرَٰتٖ لَّكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ وَلَا عَلَيۡهِمۡ جُنَاحُۢ بَعۡدَهُنَّۚ طَوَّـٰفُونَ عَلَيۡكُم بَعۡضُكُمۡ عَلَىٰ بَعۡضٖۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿58﴾

Ey iman gətirənlər! Sa­hib oldu­ğunuz kölələr və həddi-bu­lu­ğa çatma­yanlar ya­nınıza gir­mək istədikdə qoy üç vaxtda siz­dən izin is­tə­sinlər: sübh na­ma­zından əvvəl, gü­norta palta­rı­nızı çı­xartdı­ğı­nız za­man və ge­cə namazından sonra. Bu sizin çılpaq ola bilə­cə­yi­niz üç vaxt­dır. Qalan vaxt­larda bir-biri­ni­zin yanına ica­zəsiz gir­mək­də nə sizə, nə də onlara heç bir gü­nah gəlməz. Allah ayələri si­zə belə izah edir. Allah hər şeyi bilən­dir, hikmət sahibidir.