quranm◉

Səhifə 360

Range
from 25:3 to 25:11
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

25:3

وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا ﴿3﴾

Kafirlər isə Onun əvə­zinə heç nəyə fayda verməyən, həm də öz­ləri yara­dı­lan, özlərinə nə bir zərər, nə də bir xe­yir ver­məyə qa­dir olmayan, öldür­mə­yə, hə­yat verməyə və yenidən diriltməyə qüd­rəti olmayan­la­rı özlərinə məbud gö­türdü­lər.

25:4

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ إِفۡكٌ ٱفۡتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيۡهِ قَوۡمٌ ءَاخَرُونَۖ فَقَدۡ جَآءُو ظُلۡمٗا وَزُورٗا ﴿4﴾

Kafirlər: “Bu, Muhəmmə­din uydur­duğu yalandan başqa bir şey deyil. Ona bu işdə baş­qa adamlar da kömək et­miş­lər”– de­di­lər. Beləcə, onlar haq­sız­lı­ğa və iftiraya yol ver­dilər.

25:5

وَقَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٱكۡتَتَبَهَا فَهِيَ تُمۡلَىٰ عَلَيۡهِ بُكۡرَةٗ وَأَصِيلٗا ﴿5﴾

Onlar: “Bu, keçmişdəki­lə­rin nağıl­la­rıdır. O bunları baş­qasına yaz­dır­mış­dır. Bunlar sə­hər-axşam onun özünə oxu­­nur”– dedilər.

25:6

قُلۡ أَنزَلَهُ ٱلَّذِي يَعۡلَمُ ٱلسِّرَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ غَفُورٗا رَّحِيمٗا ﴿6﴾

De: “Onu göylərdə və yer­də olan sirləri bilən Allah nazil et­miş­dir. Həqi­qətən, O, Ba­ğış­layandır, Rəhmlidir!”

25:7

وَقَالُواْ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأۡكُلُ ٱلطَّعَامَ وَيَمۡشِي فِي ٱلۡأَسۡوَاقِ لَوۡلَآ أُنزِلَ إِلَيۡهِ مَلَكٞ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ﴿7﴾

Onlar dedilər: “Bu necə el­çidir ki, yemək yeyir, bazar­ları gə­zib do­laşır? Nə üçün ona özü ilə birlikdə xəbər­dar­lıq edən bir mə­lək göndərilmədi?

25:8

أَوۡ يُلۡقَىٰٓ إِلَيۡهِ كَنزٌ أَوۡ تَكُونُ لَهُۥ جَنَّةٞ يَأۡكُلُ مِنۡهَاۚ وَقَالَ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ﴿8﴾

Niyə ona bir xəzinə veril­mədi? Ni­yə meyvəsindən ye­yib do­lan­masından ötrü bir ba­ğı olmadı?” Zalımlar: “Siz an­caq sehr­lən­miş bir adamın ar­dınca gedirsiniz”– dedilər.

25:9

ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَٰلَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا ﴿9﴾

Gör sənə aid hansı məsəl­ləri çək­dilər! Onlar haqq yol­dan az­dı­lar və bir daha o yolu tapa bilməyəcəklər!

25:10

تَبَارَكَ ٱلَّذِيٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيۡرٗا مِّن ذَٰلِكَ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَيَجۡعَل لَّكَ قُصُورَۢا ﴿10﴾

İstəsə, sənin üçün onla­rın dedik­lərindən daha xeyirli­sini, ağac­ları altın­dan çaylar axan cən­nətlər yara­dan, sə­nin üçün qəsrlər inşa edə bilən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!

25:11

بَلۡ كَذَّبُواْ بِٱلسَّاعَةِۖ وَأَعۡتَدۡنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا ﴿11﴾

Lakin onlar Qiyamət Sa­atını da ya­lan saydılar. Biz də onu ya­lan sayan­lar­dan ötrü yan­dırıb-yaxan bir od ha­zırladıq.