quranm◉

Səhifə 382

Range
from 27:56 to 27:63
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

27:56

فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٖ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ﴿56﴾

Qövmünün cavabı isə ancaq: “Lu­tun ailəsini kəndi­nizdən çı­xarın. Çün­ki onlar tə­miz qalmaq istəyən adam­lar­dır!”– demələri ol­du.

27:57

فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ ﴿57﴾

Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. Biz onun arva­dının geridə qa­lan­lardan olmasına qərar verdik.

27:58

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ﴿58﴾

Biz onların üstünə daş­lar­dan ya­ğış yağdırdıq. Qorxu­du­lan­la­rın yağışı nə yaman imiş!

27:59

قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ﴿59﴾

De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qul­la­rı­na! Allah yaxşıdır, yoxsa Ona şərik qoş­duq­ları­nız?

27:60

أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ ﴿60﴾

Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur en­dirən Allah?! Biz o yağmurla gözəl bağçalar saldıq. Hal­buki siz on­la­rın ağacla­rını da böyüdə bil­məzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan ya­yınan qövmdürlər.

27:61

أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ﴿61﴾

Bütlər yaxşıdır, yoxsa yeri məskən edən, ara­sından çay­lar axıdan, üzərində möh­kəm duran dağ­lar yara­dan və iki dənizin arasında maneə qoyan Allah?! Heç Allahla ya­naşı başqa bir məbudmu var? Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər.

27:62

أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ﴿62﴾

Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz?

27:63

أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ﴿63﴾

Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır.