quranm◉

Səhifə 384

Range
from 27:77 to 27:88
Surahs covered
Tərcümə
12 Tərcümə

◉

27:77

وَإِنَّهُۥ لَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ ﴿77﴾

Həqiqətən, o, mömin­lə­rə doğru yol göstəricisi və bir mər­hə­­mət­dir.

27:78

إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ﴿78﴾

Şübhəsiz ki, sənin Rəb­bin onların arasında Öz hök­münü ve­rə­cək­. O, Qüdrət­li­dir, Biləndir!

27:79

فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ ﴿79﴾

Sən yalnız Allaha təvək­kül et! Çünki sən açıq-aydın haqq yol­dasan.

27:80

إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ﴿80﴾

Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dö­nüb gedən karlara çağırışı çatdıra bilərsən.

27:81

وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ﴿81﴾

Sən korları düşdükləri az­ğın­lıq­dan doğru yola çıxara bil­məz­sən. Sən haqqı yalnız mü­səlman ikən ayələrimizə ina­nanlara eşit­dirə bi­lərsən.

27:82

وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةٗ مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ ﴿82﴾

O söz (Qiyamət) onların başla­rı­nın üstünü aldığı za­man on­lar üçün yer­dən elə bir hey­van çıxardarıq ki, on­lar­la danı­şıb in­san­ların ayələ­rimizə yə­qin­lik­lə inanmadıqlarını söy­lə­yər.

27:83

وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ ﴿83﴾

Həmin gün hər ümmə­tin ayələ­ri­mizi yalan sayan­la­rın­dan bir dəstə top­layarıq. Sonra da onlar bir yerdə məh­şərə sü­rük­lə­nər­lər.

27:84

حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿84﴾

Nəhayət haqq-hesab ye­ri­nə gəl­dik­ləri zaman Allah de­yər: “Ayə­lərimi ba­şa düşmədi­yiniz halda, onları yalanmı say­dınız? Bəs siz nə iş görür­dü­nüz?”

27:85

وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ ﴿85﴾

Zülm etdiklərinə görə o söz on­la­rı haqlayacaq və onlar da­nı­şa bilmə­yə­cəklər.

27:86

أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿86﴾

Məgər onlar görmür­lər­mi ki, Biz gecəni onların hə­min vaxt is­tirahət et­məsi üçün ya­rat­mış, gündüzü isə işıqlı et­mi­şik? Şüb­hə­siz ki, bunda iman gə­ti­rən adamlar üçün dəlillər var­dır.

27:87

وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ ﴿87﴾

Sur üfürüləcəyi gün Alla­hın istə­diklərindən başqa, göy­lər­də və yerdə olan­lar dəhşətə düşəcək və hamısı Onun hü­zu­runa baş əyə­rək gələcəkdir.

27:88

وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةٗ وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ ﴿88﴾

Sən dağlara baxıb onları hərə­kət­siz durmuş güman edər­sən, hal­buki on­lar bulud keç­diyi kimi keçib gedərlər. Bu, hər şeyi ka­mil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xə­bər­dardır.