quranm◉

Səhifə 428

Range
from 34:1 to 34:7
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

34:1

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأٓخِرَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ﴿1﴾

Həmd, göylərdəkilərin və yer­də­kilərin ha­mısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsus­dur. O, Hikmət sahibidir, Xə­bərdardır.

34:2

يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلۡغَفُورُ ﴿2﴾

O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, ora­ya qal­xanı da bilir. O, Rəhm­lidir, Bağışlayandır.

34:3

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَأۡتِينَا ٱلسَّاعَةُۖ قُلۡ بَلَىٰ وَرَبِّي لَتَأۡتِيَنَّكُمۡ عَٰلِمِ ٱلۡغَيۡبِۖ لَا يَعۡزُبُ عَنۡهُ مِثۡقَالُ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَلَآ أَصۡغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرُ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ﴿3﴾

Kafirlər: “O Saat (Qiyamət günü) bizə gəl­məyə­cək­!”– dedilər. De: “Xeyr, qey­bi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haq­­la­ya­caqdır. Göy­lərdə və yerdə zərrə qədər olan bir şey də On­dan gizli qal­maz. Bun­dan da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın Ya­zı­da olmasın”.

34:4

لِّيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۚ أُوْلَـٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴿4﴾

Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görən­ləri mü­ka­fat­landırsın. Məhz on­lar üçün bağış­lan­ma və bollu­ca ruzi var­dır.

34:5

وَٱلَّذِينَ سَعَوۡ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٞ ﴿5﴾

Ayələrimizi qüvvədən sal­mağa cəhd göstərənləri isə ən pis, ağ­rılı-acılı əzab gözləyir.

34:6

وَيَرَى ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ ٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ هُوَ ٱلۡحَقَّ وَيَهۡدِيٓ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ﴿6﴾

Elm verilmiş insanlar Rəb­bindən sənə nazil edilənin haqq ol­du­ğunu, onun Qüdrətli, Tə­ri­fəlayiq Allahın yo­lunu gös­tər­diyini gö­rürlər.

34:7

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ هَلۡ نَدُلُّكُمۡ عَلَىٰ رَجُلٖ يُنَبِّئُكُمۡ إِذَا مُزِّقۡتُمۡ كُلَّ مُمَزَّقٍ إِنَّكُمۡ لَفِي خَلۡقٖ جَدِيدٍ ﴿7﴾

Kafirlər dedilər: “Çürü­yüb parça-parça olduqdan sonra ye­ni­dən yara­dı­lacağınızı xəbər verən bir kişini sizə gös­tə­rək­mi?