quranm◉

Səhifə 462

Range
from 39:32 to 39:40
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

39:32

فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ﴿32﴾

Allaha qarşı yalan uy­du­ran və həqiqət ona bəyan edil­dikdə onu yalan sayan kimsə­dən daha zalım kim ola bi­lər? Məgər Cə­hən­nəmdə kafirlər üçün yer yoxdur?

39:33

وَٱلَّذِي جَآءَ بِٱلصِّدۡقِ وَصَدَّقَ بِهِۦٓ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ ﴿33﴾

Haqqı gətirən və onu təs­diq edən­lər isə əsl müttə­qi­lər­dir.

39:34

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ﴿34﴾

Onlar üçün Rəbbinin ya­nında di­lədikləri hər şey var­dır. Yax­şı işlər gö­rənlərin mükafatı budur.

39:35

لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ﴿35﴾

Beləcə, Allah onların et­dikləri ən pis əməlləri bağış­la­yacaq və etdikləri ən yaxşı əməl­lərə görə mükafatlarını ve­rə­cək­.

39:36

أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ﴿36﴾

Məgər Allah Öz qulunu qane et­mirmi? Onlar isə səni On­dan başqaları ilə qorxu­dur­lar. Allahın zəlalətə sal­dı­ğı kim­səyə isə doğ­ru yol göstərən ol­maz.

39:37

وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ ﴿37﴾

Allahın doğru yola yö­nəltdiyi kim­səni də azdıran ol­maz. Mə­gər Allah Qüdrətli, in­tiqam almağa qadir deyilmi?

39:38

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ ﴿38﴾

Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!”

39:39

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ ﴿39﴾

De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin, mən də edə­cə­yəm. Siz tezliklə biləcəksi­niz ki,

39:40

مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ ﴿40﴾

kimə rüsvayedici əzab gələcək, kim də sürəkli əzaba düçar ola­caq­dır”.