quranm◉

Səhifə 513

Range
from 48:16 to 48:23
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

48:16

قُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسٖ شَدِيدٖ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنٗاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا ﴿16﴾

Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı dö­yüşməyə ça­ğırılacaqsı­nız. Siz ya onlarla döyüşə­cək­­si­niz, ya da on­lar müsəlman ola­caq­lar. Əgər itaət etsəniz, Allah si­zə gözəl bir mü­kafat verər. Yox, əgər daha əvvəl üz döndər­di­yiniz kimi üz dön­dər­səniz, O sizə ağrılı-acılı bir əzab verər”.

48:17

لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَمَن يَتَوَلَّ يُعَذِّبۡهُ عَذَابًا أَلِيمٗا ﴿17﴾

Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yox­dur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağac­ları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Kim də üz dön­dər­sə, ona ağ­rı­lı-acılı bir əzab verər.

48:18

لَّقَدۡ رَضِيَ ٱللَّهُ عَنِ ٱلۡمُؤۡمِنِينَ إِذۡ يُبَايِعُونَكَ تَحۡتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمۡ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيۡهِمۡ وَأَثَٰبَهُمۡ فَتۡحٗا قَرِيبٗا ﴿18﴾

Möminlər Hüdeybiyyədə ağac al­tın­da sənə beyət edər­kən Allah on­lar­dan razı qaldı. Allah onların qəlbində olanı bil­di, on­la­ra mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə müka­fatlan­dır­dı.

48:19

وَمَغَانِمَ كَثِيرَةٗ يَأۡخُذُونَهَاۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا ﴿19﴾

Üstəlik alacaqları çoxlu qənimətə də müvəffəq etdi. Allah Qüd­rətlidir, Hikmət sahibidir.

48:20

وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةٗ تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةٗ لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ﴿20﴾

Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. O, bun­ları si­zə tez­liklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, mö­minlərə bir ib­rət olsun və sizi doğru yola yö­nəltsin.

48:21

وَأُخۡرَىٰ لَمۡ تَقۡدِرُواْ عَلَيۡهَا قَدۡ أَحَاطَ ٱللَّهُ بِهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا ﴿21﴾

Ələ keçirə bilmədiyiniz baş­qa qənimətlər də var. Ar­tıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.

48:22

وَلَوۡ قَٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُواْ لَوَلَّوُاْ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا ﴿22﴾

Əgər kafirlər sizinlə vu­ruşsalar, mütləq arxaya dönüb qa­çar­lar. Sonra da onlar özlə­ri­nə nə bir hima­yədar, nə də bir yar­dım­çı taparlar.

48:23

سُنَّةَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا ﴿23﴾

Allahın əzəldən müəy­yənləş­dir­di­yi qayda-qanun belədir. Sən Alla­hın qoyduğu qay­da-qanununda heç vaxt bir dəyişiklik ta­pa bil­məzsən.