quranm◉

Səhifə 524

Range
from 52:15 to 52:31
Surahs covered
Tərcümə
17 Tərcümə

◉

52:15

أَفَسِحۡرٌ هَٰذَآ أَمۡ أَنتُمۡ لَا تُبۡصِرُونَ ﴿15﴾

Bəlkə bu da sehrdir, yoxsa görmür­sünüz?

52:16

ٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿16﴾

Yanın orada! Dözsəniz də, döz­məsəniz də sizin üçün ey­ni­dir. Sizə an­caq etdiyiniz əməllərin cəzası verilir”.

52:17

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَنَعِيمٖ ﴿17﴾

Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və nemət içində ya­şa­ya­caqlar.

52:18

فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ ﴿18﴾

Rəbbinin onlara bəxş et­diyinə se­vinəcəklər. Rəbbi on­ları Cə­hən­nəm əza­bından xilas etmişdir.

52:19

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿19﴾

Onlara deyiləcək: “Xe­yir­xah əməl­lərinizin əvəzi ola­raq nuş­can­lıqla ye­yin, için!”

52:20

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ ﴿20﴾

Onlar səflərlə salınmış mütək­kə­lərə dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik.

52:21

وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ ﴿21﴾

Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən nəsillə­ri­ni də Cən­nətdə öz­lərinə qo­vuş­duracağıq. Onların əməllə­rin­dən heç bir şey əskilt­məyə­cə­yik. Hər kəs qazandığının gi­rovudur.

52:22

وَأَمۡدَدۡنَٰهُم بِفَٰكِهَةٖ وَلَحۡمٖ مِّمَّا يَشۡتَهُونَ ﴿22﴾

Onlara istədikləri mey­və­dən və ətdən bol-bol verə­cə­yik.

52:23

يَتَنَٰزَعُونَ فِيهَا كَأۡسٗا لَّا لَغۡوٞ فِيهَا وَلَا تَأۡثِيمٞ ﴿23﴾

Onlar orada bir-birinə şə­­rab dolu badə uzadacaqlar. Bu şərab on­ları nə boşboğaz­lığa, nə də günaha təhrik edəcək.

52:24

وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ ﴿24﴾

Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, qorunub saxla­nılan mir­­vari kimi yeniyetmə oğ­lanlar dolanacaqlar.

52:25

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ﴿25﴾

Onlar bir-birinə üz tu­tub soru­şa­caqlar.

52:26

قَالُوٓاْ إِنَّا كُنَّا قَبۡلُ فِيٓ أَهۡلِنَا مُشۡفِقِينَ ﴿26﴾

Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allah­dan qorxur­duq.

52:27

فَمَنَّ ٱللَّهُ عَلَيۡنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ ﴿27﴾

Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əza­bın­dan qoru­du.

52:28

إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ ﴿28﴾

Biz əvvəllər Ona dua edirdik. Hə­qiqətən, O, yaxşılıq edən­dir, Rəhmli­dir!”

52:29

فَذَكِّرۡ فَمَآ أَنتَ بِنِعۡمَتِ رَبِّكَ بِكَاهِنٖ وَلَا مَجۡنُونٍ ﴿29﴾

Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə ka­hin­sən, nə də dəli!

52:30

أَمۡ يَقُولُونَ شَاعِرٞ نَّتَرَبَّصُ بِهِۦ رَيۡبَ ٱلۡمَنُونِ ﴿30﴾

Yoxsa onlar: “O bir şair­dir. Biz onun ölümünü gözlə­yirik!”– de­yirlər.

52:31

قُلۡ تَرَبَّصُواْ فَإِنِّي مَعَكُم مِّنَ ٱلۡمُتَرَبِّصِينَ ﴿31﴾

De: “Gözləyin, mən də sizinlə bir­likdə gözləyənlər­dənəm!”