quranm◉

Səhifə 572

Range
from 72:1 to 72:13
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

72:1

قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا ﴿1﴾

De: “Mənə vəhy olundu ki, cinlər­dən bir dəstə Quranı din­lə­dik­dən sonra öz tayfa­la­rı­na qayıdıb dedilər: “Həqiqə­tən, biz hey­rə­ta­miz bir Quran din­lədik!

72:2

يَهۡدِيٓ إِلَى ٱلرُّشۡدِ فَـَٔامَنَّا بِهِۦۖ وَلَن نُّشۡرِكَ بِرَبِّنَآ أَحَدٗا ﴿2﴾

O, doğru yola yönəldir. Biz ona inandıq və bundan son­ra əsla kim­səni Rəbbimizə şə­rik qoşmayacağıq.

72:3

وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا ﴿3﴾

Doğrudan da, Rəbbi­mi­zin əzəməti çox yüksəkdir. O, nə zöv­cə, nə də öv­lad sahibi ol­mamışdır.

72:4

وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطٗا ﴿4﴾

Bizim səfehimiz İblis Alla­ha qarşı hədsiz yalanlar danı­şır.

72:5

وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَى ٱللَّهِ كَذِبٗا ﴿5﴾

Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Alla­h barəsində əsla yalan söyləməzlər.

72:6

وَأَنَّهُۥ كَانَ رِجَالٞ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٖ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقٗا ﴿6﴾

Həqiqətən, insanlardan bə­ziləri cin­lərin bəzilərinə sı­ğı­nır­dı­lar. Bu isə onla­rın azğın­lığını artırırdı.

72:7

وَأَنَّهُمۡ ظَنُّواْ كَمَا ظَنَنتُمۡ أَن لَّن يَبۡعَثَ ٱللَّهُ أَحَدٗا ﴿7﴾

Onlar da siz zənn etdiyi­niz kimi, elə düşünürdülər ki, Allah ölən­ləri di­riltməyə­cək­.

72:8

وَأَنَّا لَمَسۡنَا ٱلسَّمَآءَ فَوَجَدۡنَٰهَا مُلِئَتۡ حَرَسٗا شَدِيدٗا وَشُهُبٗا ﴿8﴾

Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-ya­xan alov­larla dolu olduğunun şahidi olduq.

72:9

وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا ﴿9﴾

Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otu­rurduq. Amma kim indi onları dinləmək istə­sə, o, pus­quda göz­lə­yən yandırıb-yaxan alova rast gələr.

72:10

وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدٗا ﴿10﴾

Biz bilmirik, bununla yer­dəkilərə pislik etmək qəsd edil­miş­dir, yoxsa Rəbbi onları doğ­ru yola yönəltmək is­tə­mişdir?

72:11

وَأَنَّا مِنَّا ٱلصَّـٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدٗا ﴿11﴾

Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar ki­mi ol­ma­yan­ları da var. Biz ay­rı-ayrı yollar tutmuşuq.

72:12

وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبٗا ﴿12﴾

Biz yəqin etdik ki, yer üzündə Allah­dan yaxa qurtara bil­mə­rik. Göyə qaç­malı olsaq da Onun əzabından yayı­na bil­mə­yə­cə­yik.

72:13

وَأَنَّا لَمَّا سَمِعۡنَا ٱلۡهُدَىٰٓ ءَامَنَّا بِهِۦۖ فَمَن يُؤۡمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخۡسٗا وَلَا رَهَقٗا ﴿13﴾

Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azal­ma­sın­dan, nə də haqsızlığa uğra­maq­dan qorxar.