quranm◉

Səhifə 82

Range
from 4:24 to 4:26
Surahs covered
Tərcümə
3 Tərcümə

◉

4:24

وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۖ كِتَٰبَ ٱللَّهِ عَلَيۡكُمۡۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمۡ أَن تَبۡتَغُواْ بِأَمۡوَٰلِكُم مُّحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَۚ فَمَا ٱسۡتَمۡتَعۡتُم بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا تَرَٰضَيۡتُم بِهِۦ مِنۢ بَعۡدِ ٱلۡفَرِيضَةِۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ﴿24﴾

Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hök­mü belə­dir. Bun­lar­dan baş­qası ilə, nikah bağlamaqla, zina­kar­lı­ğa yol ver­mə­dən, malları­nızı sərf edərək (mehrlərini verərək) ev­lənməyiniz si­zə ha­­lal edildi. Evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, vacib bu­yu­rul­muş mehr­lə­ri­ni verin. Bu mehr müəy­yən edil­dik­dən sonra öz aranızda ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

4:25

وَمَن لَّمۡ يَسۡتَطِعۡ مِنكُمۡ طَوۡلًا أَن يَنكِحَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ فَمِن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلۡمُؤۡمِنَٰتِۚ وَٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِكُمۚ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۚ فَٱنكِحُوهُنَّ بِإِذۡنِ أَهۡلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلۡمَعۡرُوفِ مُحۡصَنَٰتٍ غَيۡرَ مُسَٰفِحَٰتٖ وَلَا مُتَّخِذَٰتِ أَخۡدَانٖۚ فَإِذَآ أُحۡصِنَّ فَإِنۡ أَتَيۡنَ بِفَٰحِشَةٖ فَعَلَيۡهِنَّ نِصۡفُ مَا عَلَى ٱلۡمُحۡصَنَٰتِ مِنَ ٱلۡعَذَابِۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ ٱلۡعَنَتَ مِنكُمۡۚ وَأَن تَصۡبِرُواْ خَيۡرٞ لَّكُمۡۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿25﴾

Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olma­yan kimsə əllərinizin altında olan mö­min cariyələrdən alsın. Allah sizin ima­nınıza daha yaxşı bə­ləddir. Hamınız eyni kökdənsiniz. Elə isə na­musunu qo­ru­yan, zinakarlıq et­məyən və aşna saxlama­yan cariyələrlə sa­hib­lərinin icazəsi ilə ev­lənin və mehr­lə­ri­ni şəriətə mü­vafiq qayda­da verin. Əgər ərə get­dik­dən sonra zina et­sə­lər, onlara, azad qadın­lara ve­ri­lən cəzanın ya­rısı tətbiq edilər. Cariyə­lərlə evlənmək izni, günaha batmaqdan qor­xanları­nız üçündür. Əgər sə­bir etsəniz, bu si­zin üçün daha yaxşı olar. Allah bağış­la­yandır, rəhmlidir.

4:26

يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمۡ وَيَهۡدِيَكُمۡ سُنَنَ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ وَيَتُوبَ عَلَيۡكُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿26﴾

Allah sizə şəriət hökmlə­rini bəyan etmək, sizi özünüz­dən əv­vəl­kilərin yol­la­rına yö­nəltmək və tövbələrinizi qəbul etmək is­tə­yir. Allah hər şeyi biləndir, hikmət sahibidir.