quranm◉

Səhifə 97

Range
from 4:114 to 4:121
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

4:114

لَّا خَيۡرَ فِي كَثِيرٖ مِّن نَّجۡوَىٰهُمۡ إِلَّا مَنۡ أَمَرَ بِصَدَقَةٍ أَوۡ مَعۡرُوفٍ أَوۡ إِصۡلَٰحِۭ بَيۡنَ ٱلنَّاسِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا ﴿114﴾

Onların pıçıdaşmalarının ço­xunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi ya­xud da insanlar ara­sında sülh ya­rat­mağı əmr edən şəx­sin pıçıl­daması isə istisnadır. Kim bunu Alla­hın razılığını qa­zan­maq üçün edər­sə, Biz ona böyük mükafat ve­rə­rik.

4:115

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُ ٱلۡهُدَىٰ وَيَتَّبِعۡ غَيۡرَ سَبِيلِ ٱلۡمُؤۡمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا ﴿115﴾

Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­ıb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir.

4:116

إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا ﴿116﴾

Allah Özünə şə­rik qoşulmasını əsla bağışla­maz. Bun­­dan baş­qa gü­nah­ları isə istədiyi kimsəyə bağış­lar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğın­lığa düş­müşdür.

4:117

إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا ﴿117﴾

Onlar Allahı qoyub, yal­nız qadın adlarını daşıyan büt­lərə dua edir və yalnız üsyan­kar şeytana sitayiş edir­lər.

4:118

لَّعَنَهُ ٱللَّهُۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنۡ عِبَادِكَ نَصِيبٗا مَّفۡرُوضٗا ﴿118﴾

Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qul­la­rın­dan müəy­yən bir qis­mini hökmən ələ alacağam.

4:119

وَلَأُضِلَّنَّهُمۡ وَلَأُمَنِّيَنَّهُمۡ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلۡأَنۡعَٰمِ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُغَيِّرُنَّ خَلۡقَ ٱللَّهِۚ وَمَن يَتَّخِذِ ٱلشَّيۡطَٰنَ وَلِيّٗا مِّن دُونِ ٱللَّهِ فَقَدۡ خَسِرَ خُسۡرَانٗا مُّبِينٗا ﴿119﴾

Onları mütləq doğ­ru yoldan azdıracaq və xül­ya­lara sa­la­cağam, on­lara heyvanların qu­laqlarını kəsməyi bu­yuracaq və Alla­hın yarat­dıq­la­rına də­yi­şiklik etməyi əmr edə­cəyəm.” Alla­hı qo­yub şey­tanı özünə dost tu­tan kəs açıq-aşkar ziyana uğ­ra­mış­­dır.

4:120

يَعِدُهُمۡ وَيُمَنِّيهِمۡۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا ﴿120﴾

Şeytan onlara vədlər ve­rir və on­ları xülyalara salır. Halbu­ki şeytanın on­lara verdiyi vəd­lər al­­datmaqdan başqa bir şey deyil­dir.

4:121

أُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنۡهَا مَحِيصٗا ﴿121﴾

Onların gedəcəkləri yer Cə­hənnəmdir. Onlar ora­dan xi­las olmağa bir yol tapa bil­məz­lər.