quranm◉

Surah Muhammad (47) recited by Abdulbaset Abdulsamad (Mujawwad)

Listen to Abdulbaset Abdulsamad (Mujawwad)

Surah ◉

47:1

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ ﴿1﴾

Kafirlərin və insanları Alla­hın yo­lundan sapdıranların əməl­lə­­rini Allah puça çıxar­mış­dır.

47:2

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٖ وَهُوَ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡ كَفَّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَأَصۡلَحَ بَالَهُمۡ ﴿2﴾

İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən ger­çək hə­qi­qət kimi Mu­həmmədə nazil edilənə inananların isə Allah gü­nah­la­rından keç­miş və onların vəziyyətini yaxşılaş­dır­mışdır.

47:3

ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلۡبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلۡحَقَّ مِن رَّبِّهِمۡۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمۡثَٰلَهُمۡ ﴿3﴾

Bu ona görədir ki, kafir­lər batilə uymuş, iman gəti­rən­lər isə öz Rəb­bin­dən gələn hə­qi­qə­tə bağlanmışlar. Belə­cə, Allah in­sanlara on­lara aid misallar çəkir.

47:4

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ ﴿4﴾

Döyüşdə kafirlərlə qarşı-qarşıya gəl­diyiniz zaman bo­yun­la­rı­nı vurun. Nə­ha­yət, on­ları qırıb zəiflətdikdə əsirlərə bağ­­la­dığınız kən­dirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyə­siz, ya da fid­yə alıb azad edin. Müharibəyə son qo­yula­nadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah is­təsəydi, onlardan dö­yüş­süz də intiqam alar­dı. Lakin O sizi biri-biri­niz­lə sınağa çəkmək üçün belə etdi. Allah Öz yo­lunda öldürülən­lə­rin əməllərini heç vaxt boşa çı­xart­maz.

47:5

سَيَهۡدِيهِمۡ وَيُصۡلِحُ بَالَهُمۡ ﴿5﴾

Allah onları doğru yola yönəl­də­cək, onların halını yax­şı­laş­dı­ra­­caq

47:6

وَيُدۡخِلُهُمُ ٱلۡجَنَّةَ عَرَّفَهَا لَهُمۡ ﴿6﴾

və onları özlərinə tanıt­mış olduğu Cənnətə daxil edəcək­.

47:7

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ ﴿7﴾

Ey iman gətirənlər! Əgər siz Alla­ha (Onun dininə) kö­mək gös­tər­səniz, O da sizə kö­mək göstərər və ayaq­ları­nızı möh­kəm­lə­dər.

47:8

وَٱلَّذِينَ كَفَرُواْ فَتَعۡسٗا لَّهُمۡ وَأَضَلَّ أَعۡمَٰلَهُمۡ ﴿8﴾

Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxar­dar.

47:9

ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ﴿9﴾

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət et­dilər, O da onla­rın əməllərini puça çıxartdı.

47:10

أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ دَمَّرَ ٱللَّهُ عَلَيۡهِمۡۖ وَلِلۡكَٰفِرِينَ أَمۡثَٰلُهَا ﴿10﴾

Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əv­vəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? Allah on­ları yerli-dib­li yox etmişdir. Kafir­ləri də buna bənzərləri gözlə­yir.

47:11

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوۡلَى ٱلَّذِينَ ءَامَنُواْ وَأَنَّ ٱلۡكَٰفِرِينَ لَا مَوۡلَىٰ لَهُمۡ ﴿11﴾

Bu ona görədir ki, Allah mö­min­lərin Himayəçisidir. Ka­fir­lə­rin isə heç bir himayəçisi yoxdur.

47:12

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ ﴿12﴾

Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərdə yerləşdirər. Kafirlər isə mü­vəq­qəti ola­raq kef çəkər, heyvan ki­mi yeyib-içərlər. On­ların yeri Oddur!

47:13

وَكَأَيِّن مِّن قَرۡيَةٍ هِيَ أَشَدُّ قُوَّةٗ مِّن قَرۡيَتِكَ ٱلَّتِيٓ أَخۡرَجَتۡكَ أَهۡلَكۡنَٰهُمۡ فَلَا نَاصِرَ لَهُمۡ ﴿13﴾

Səni qovub çıxaran məm­ləkətindən daha qüvvətli neçə-ne­çə məmləkət var idi ki, Biz onları məhv etdik və on­lara bir kö­mək edən də olmadı.

47:14

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُم ﴿14﴾

Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə isti­nad edən kim­sə pis əməli özü­nə gözəl gös­tərilən və öz nəfs­lərinə uyan kim­sə­lər kimi ola bi­lər­mi?!

47:15

مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّـٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ ﴿15﴾

Müttəqilərə vəd olunan Cən­nə­tin vəsfi belədir; orada xa­rab ol­mayan sudan çaylar, dadı dəyişməyən süd­dən çay­lar, içənlərə ləz­zət verən şə­rab­dan çaylar və süzülmüş bal­dan çaylar var­dır. Ora­da onları hər cür meyvə və Rəb­bi tərəfindən bağışlanma göz­lə­yir. Mə­gər on­lar od içində əbədi qalan və ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içir­diləcək kimsələr kimi ola bilər­lər­mi?

47:16

وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ ﴿16﴾

Onların arasında səni din­lə­yən­lər də var. Nəhayət sə­nin ya­nın­dan çıxdıq­da özlərinə elm verilmiş kimsələrə is­tehza ilə de­yər­lər: “O, bayaq nə de­yir­di?” Bunlar o kəslərdir ki, Allah onların qəl­binə möhür vurmuş, özləri də nəfs­lərinə tabe ol­muş­lar.

47:17

وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ ﴿17﴾

Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hi­dayətini ar­tırar və on­ları təq­valı olmağa müvəffəq edər.

47:18

فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ ﴿18﴾

Məgər kafirlər o Saatın (Qiyamətin) qəfildən onlara gəlmə­sin­dən başqa bir şeymi göz­ləyirlər? Artıq onun əlamətləri gəl­miş­dir. O Saat on­la­ra gəlib yetiş­diyi za­man ibrət almaları nəyə yara­yar?

47:19

فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ ﴿19﴾

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Sən həm öz günah­la­rının, həm də mö­min kişilərlə mömin qa­dın­ların bağışlan­ma­sını dilə. Allah gə­zib-dolaş­dı­ğınız yeri də, ge­cə­­ləyəcəyiniz məskəni də bilir.

47:20

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوۡلَا نُزِّلَتۡ سُورَةٞۖ فَإِذَآ أُنزِلَتۡ سُورَةٞ مُّحۡكَمَةٞ وَذُكِرَ فِيهَا ٱلۡقِتَالُ رَأَيۡتَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يَنظُرُونَ إِلَيۡكَ نَظَرَ ٱلۡمَغۡشِيِّ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَأَوۡلَىٰ لَهُمۡ ﴿20﴾

Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- de­yirlər. Hök­mü bəlli bir surə na­zil olub orada döyüş yada salı­nan kimi qəl­bində xəstəlik olan­ların sənə ölüm ayağında ba­yı­lan kimsənin ba­xışı ilə bax­dıqlarını gö­rər­sən. Onlar üçün da­ha yaxşı olardı ki,

47:21

طَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ ﴿21﴾

itaət etsinlər və xoş söz söy­ləsin­lər. Cihada qəti əmr ve­rildiyi za­man Allaha sadiq qal­saydılar, əlbəttə ki, on­lar üçün daha yaxşı olar­dı.

47:22

فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ ﴿22﴾

Əgər haqdan üz çevir­sə­niz, ola bil­sin ki, yer üzündə fitnə-fə­sad törə­də­si­niz və qo­humluq əlaqələrini kəsə­siniz.

47:23

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ ﴿23﴾

Onlar Allahın lənətlə­di­yi, qulaq­larını kar, gözlərini də kor et­diyi kimsə­lərdir.

47:24

أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ ﴿24﴾

Məgər onlar Quran haq­qında dü­şünmürlərmi? Yoxsa qəlb­lə­ri qıfıllıdır?

47:25

إِنَّ ٱلَّذِينَ ٱرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَٰرِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَى ٱلشَّيۡطَٰنُ سَوَّلَ لَهُمۡ وَأَمۡلَىٰ لَهُمۡ ﴿25﴾

Hidayət yolunu tanıdıq­dan sonra haqdan dönüb geriyə üz tu­tanlara şeytan günah iş­ləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi.

47:26

ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ ﴿26﴾

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edən­lə­rə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sir­lərini bilir.

47:27

فَكَيۡفَ إِذَا تَوَفَّتۡهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ ﴿27﴾

Bəs mələklər onların üz­lərinə və arxalarına vura-vura can­la­rını alanda onların halı necə olacaq?

47:28

ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ﴿28﴾

Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şe­yə uy­dular və Onun razı qal­dığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllə­rini boşa çıxartdı.

47:29

أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ ﴿29﴾

Yoxsa qəlblərində xəs­tə­lik olan­lar elə hesab edirdilər ki, Allah onların kin-küdurə­tini üzə çıxarmayacaq?

47:30

وَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ ﴿30﴾

Əgər Biz istəsəydik, on­ları sənə göstərərdik, sən də onları üz­lərin­dəki əlamət­lər­dən tanıyardın. Sən onları da­nışıq tərz­lə­rin­dən mütləq tanıyacaq­san. Allah sizin əməllərinizi bilir.

47:31

وَلَنَبۡلُوَنَّكُمۡ حَتَّىٰ نَعۡلَمَ ٱلۡمُجَٰهِدِينَ مِنكُمۡ وَٱلصَّـٰبِرِينَ وَنَبۡلُوَاْ أَخۡبَارَكُمۡ ﴿31﴾

Biz aranızdakı mücahid­ləri və sə­bir edənləri ayırd edib üzə çı­xar­maq üçün sizi mütləq sınayacaq və barə­niz­dəki xə­bər­ləri də yox­layaca­ğıq.

47:32

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ ﴿32﴾

Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sap­dı­ran­lar və hidayət yolunu ta­nı­dıqdan sonra Peyğəmbərə qar­şı çıxanlar Alla­ha heç bir zərər vura bilməzlər. Allah onların bü­tün əməl­ləri­ni pu­ça çıxa­ra­caq­.

47:33

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ ﴿33﴾

Ey iman gətirənlər! Alla­ha və Pey­ğəmbərə itaət edin və əməl­lərinizi puç etməyin!

47:34

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡ ﴿34﴾

Şübhəsiz ki, kafir olan­ları, insan­ları Allah yolundan sap­dı­ran­ları, sonra da kafir ki­mi ölənləri, Allah heç vaxt ba­ğış­la­ma­ya­caq­.

47:35

فَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ ﴿35﴾

Siz də cihadda zəiflik gös­tər­mə­yin və üstün olduğu­nuz hal­da kafirləri sül­hə ça­ğır­ma­yın! Allah sizinlədir. O si­zin əməllərinizi əs­la əskiltməz.

47:36

إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ ﴿36﴾

Həqiqətən, dünya həya­tı oyun və əyləncədən başqa bir şey de­yil. Əgər iman gə­tirib Allahdan qorxsanız, O sizə mü­ka­fat­la­rı­nızı verər və siz­dən mal-dövlətinizi istəməz.

47:37

إِن يَسۡـَٔلۡكُمُوهَا فَيُحۡفِكُمۡ تَبۡخَلُواْ وَيُخۡرِجۡ أَضۡغَٰنَكُمۡ ﴿37﴾

Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi hal­da, siz xə­sislik gös­tərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.

47:38

هَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم ﴿38﴾

Budur, siz Allah yolun­da malı­nız­dan xərcləməyə də­vət edi­lir­siniz. Ara­nızda isə xəsislik edənlər də tapılır. Kim xəsislik etsə, an­caq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsə­niz, yerinizə sizin ta­yı­nız ol­mayan başqa insanlar gə­ti­rər.

This surah by other reciters