quranm◉

Surah Al-Qalam (68) recited by Abdulbaset Abdulsamad (Murattal)

Listen to Abdulbaset Abdulsamad (Murattal)

Surah ◉

68:1

نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ ﴿1﴾

Nun. And olsun qələmə və qələ­mə alınanlara!

68:2

مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ ﴿2﴾

Məhz Rəbbinin mərhə­mə­ti sayəsində sən dəli deyilsən.

68:3

وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٖ ﴿3﴾

Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazır­lan­mış­dır.

68:4

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ ﴿4﴾

Həqiqətən də, sən böyük əxlaq sa­hibisən!

68:5

فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ ﴿5﴾

Sən də görəcəksən, onlar da –

68:6

بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ ﴿6﴾

hansınızın dəli olduğunu.

68:7

إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ﴿7﴾

Şübhəsiz ki, Rəbbin Onun yolun­dan azanları və haqq yol­da olan­ları daha yaxşı tanıyır.

68:8

فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ ﴿8﴾

Elə isə haqqı yalan sayan­lara gü­zəştə getmə.

68:9

وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ ﴿9﴾

Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə gü­zəşt et­sinlər.

68:10

وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ ﴿10﴾

İtaət etmə hər tez-tez and içənə, alçağa,

68:11

هَمَّازٖ مَّشَّآءِۭ بِنَمِيمٖ ﴿11﴾

qeybət edənə, dedi-qo­du yayana,

68:12

مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ ﴿12﴾

xeyrə mane olana, həddi aşana, günahkara,

68:13

عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ ﴿13﴾

daş ürəkliyə, bunlardan sonra da başqasının adını mə­nim­sə­yən fırıl­daq­çıya –

68:14

أَن كَانَ ذَا مَالٖ وَبَنِينَ ﴿14﴾

o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.

68:15

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿15﴾

Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdəki­lə­rin əsa­tirlərin­dən­dir!”– deyər.

68:16

سَنَسِمُهُۥ عَلَى ٱلۡخُرۡطُومِ ﴿16﴾

Biz onun burnuna dam­ğa vura­cağıq.

68:17

إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ ﴿17﴾

Həqiqətən, Biz bağ sa­hib­lərini sı­nağa çəkdiyimiz kimi on­la­rı da sınağa çəkdik. O za­man bağ sahibləri səhər açı­lan­da bağda olan mey­vələri mütləq dərə­cəklərinə and içmişdilər

68:18

وَلَا يَسۡتَثۡنُونَ ﴿18﴾

və heç bir istisna da et­məmiş­di­lər (“inşallah” demə­miş­di­lər).

68:19

فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ ﴿19﴾

Onlar yuxuda ikən Rəb­binin əzabı o bağı bürüdü.

68:20

فَأَصۡبَحَتۡ كَٱلصَّرِيمِ ﴿20﴾

Bağ yanıb zülmət gecə kimi qap­qara oldu.

68:21

فَتَنَادَوۡاْ مُصۡبِحِينَ ﴿21﴾

Onlar səhər qalxdıqda bir-birlə­rini çağırdılar:

68:22

أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ ﴿22﴾

“Əgər meyvə dərəcək­si­nizsə, ba­ğınıza erkən gedin!”

68:23

فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ ﴿23﴾

Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pı­çıl­da­yır­dılar:

68:24

أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ ﴿24﴾

“Bu gün oraya – yanı­nı­za heç bir kasıb girməsin!”

68:25

وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ ﴿25﴾

Onlar bu məqsədlə ka­sıb­­ları bağa buraxmamağa qa­dir ola­caq­la­rını zənn edib erkən getdi­lər.

68:26

فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ ﴿26﴾

Bağı görəndə isə belə de­dilər: “De­yəsən, biz düz gəl­mə­mi­şik!

68:27

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ ﴿27﴾

Xeyr! Biz bu bağın xey­rindən məh­rum olmuşuq!”

68:28

قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ ﴿28﴾

Onların ən insaflısı de­di: “Məgər mən sizə Allahın şə­ninə tə­rif­lər söyləyin demədimmi?”

68:29

قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿29﴾

Onlar dedilər: “Rəbbi­miz pakdır, müqəddəsdir! Hə­qi­qə­tən də, biz özü­müzə zülm et­mişik!”

68:30

فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ ﴿30﴾

Onlar dönüb bir-birləri­ni qına­mağa başladılar

68:31

قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ ﴿31﴾

və dedilər: “Vay halı­mı­za! Biz həddi aşanlarıq!

68:32

عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ ﴿32﴾

Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yax­şısını ver­sin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.

68:33

كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿33﴾

Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyük­dür! Kaş biləy­dilər!

68:34

إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿34﴾

Şübhəsiz ki, müttəqilər üçün Rəb­bi yanında Nə­im cən­nətləri hazırlan­mışdır.

68:35

أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ ﴿35﴾

Biz heç müsəlmanları gü­nah­kar­lara tay tutarıqmı?

68:36

مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ﴿36﴾

Sizə nə olub, necə hökm verir­siniz?

68:37

أَمۡ لَكُمۡ كِتَٰبٞ فِيهِ تَدۡرُسُونَ ﴿37﴾

Yoxsa sizin elə bir kita­bı­nız var­ ki, üsyankarla itaət­karın ey­ni oldu­ğunu ondan oxu­yursunuz?

68:38

إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ ﴿38﴾

Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı ya­zıl­mış­dır?

68:39

أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ ﴿39﴾

Yaxud Bizimlə Qiyamət günü­nə­dək əhd bağlamısınız ki, is­tə­diyiniz hər şey sizin ola­caq?

68:40

سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ ﴿40﴾

Onlardan soruş ki, kim buna za­min duracaq?

68:41

أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ ﴿41﴾

Yoxsa onların şərikləri var? Əgər doğru danışır­lar­sa, on­da qoy şə­riklərini gətir­sinlər.

68:42

يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ ﴿42﴾

Baldır açılacağı və on­lar səcdə­yə çağırılacaqları, la­kin buna qa­dir ola bilməyə­cək­ləri gün –

68:43

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ ﴿43﴾

onların baxışları yazıq görkəm alacaq­, özlərini də zi­llət bü­rü­yəcək­. Hərçənd ki, onlar dünyada ikən sağ-sala­mat halda səc­də qılmağa dəvət olu­nurdular.

68:44

فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ ﴿44﴾

Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz on­ları bil­mədikləri bir yöndən tədricən əzaba sü­rüklə­yirik.

68:45

وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ ﴿45﴾

Hələlik Mən onlara möh­lət veri­rəm. Şübhəsiz ki, Mə­nim ka­fir­lər üçün qurduğum hiyləm çox güclüdür.

68:46

أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ ﴿46﴾

Yoxsa sən onlardan bir muzd is­təyirsən və onlar da ağır bir borca dü­şüblər?

68:47

أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ ﴿47﴾

Yoxsa qeyb onların əlin­dədir və onlar da ona baxıb is­tə­dik­lə­ri­ni yazırlar?

68:48

فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ ﴿48﴾

Sən öz Rəbbinin hök­mü­nə səbir et və balıq sahibi Yu­nus ki­mi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.

68:49

لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ ﴿49﴾

Əgər Rəbbinin mərhə­məti ona yetişməsəydi, o, qı­nan­mış hal­da heç bir bitki bit­məyən boş yerə atılacaqdı.

68:50

فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿50﴾

Lakin Rəbbi onu seçib əməlisa­lehlərdən etdi.

68:51

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ ﴿51﴾

Həqiqətən, kafirlər bu Zik­ri eşit­dikləri zaman öz ba­xış­la­rı ilə az qala səni gözə gəti­rə­lər. Onlar çarəsizlikdən: “O, də­lidir!”– de­yirlər.

68:52

وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ﴿52﴾

Halbuki bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil.

This surah by other reciters