quranm◉

Surah Ghafir (40) recited by Abdur Rahman as Sudais

Listen to Abdur Rahman as Sudais

Surah ◉

40:1

حمٓ ﴿1﴾

Ha. Mim.

40:2

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ﴿2﴾

Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir.

40:3

غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ ﴿3﴾

Bu, günahları Bağışlayan, tövbə­lə­ri qəbul edən, cəzası şid­dət­li olan lütf sa­hibindəndir! Ondan başqa ibadə­tə layiq olan məbud yox­­dur. Dö­nüş də Ona­dır.

40:4

مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ ﴿4﴾

Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edər­lər. On­ların şə­hərlərdə gəzib-dolaşmaları səni aldat­masın.

40:5

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ ﴿5﴾

Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da el­çi­lə­ri ya­lançı saydılar. Hər ümmət öz elçisini yaxa­la­ma­ğı qəsd edir­di. Onlar həq­iqətin yalan olduğunu sübuta yetir­mək üçün ba­til sözlərlə müba­hisə aparırdılar. Mən də onları yaxaladım. Gö­rəy­din Mə­nim cəzam necə oldu!

40:6

وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ﴿6﴾

Kafirlərin od sakinləri ola­cağı ba­rədə Rəbbinin Sözü be­ləcə hə­qiqətə çevrildi.

40:7

ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ ﴿7﴾

Ərşi daşıyanlar və onun ətra­fın­da­kılar öz Rəbbinə həmd edə­rək onu tə­rif­ləyir, Ona iman gətirir və möminlər üçün ba­ğış­lan­ma dilə­yirlər: “Ey Rəbbi­miz! Sən mərhəmətin və el­min­lə hər şe­yi əhatə edirsən. Töv­bə edib Sənin yo­lunla ge­dən­lə­ri bağışla, on­ları Cə­hən­nəm əza­bından qoru!

40:8

رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّـٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّـٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿8﴾

Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələ­rin­dən və nə­sillərin­dən olan əmə­lisalehləri də onlara vəd etdi­yin Ədn cən­nətlərinə daxil et. Hə­qi­qə­tən, Sən Qüdrətlisən, Müd­riksən.

40:9

وَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿9﴾

Onları günahlarının cəza­sını çək­məkdən azad et. O gün Sən ki­mi gü­nahlarının cəzasını çəkməkdən azad et­sən, ona rəhm etmiş olar­san. Məhz bu, böyük uğur­dur”.

40:10

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوۡنَ لَمَقۡتُ ٱللَّهِ أَكۡبَرُ مِن مَّقۡتِكُمۡ أَنفُسَكُمۡ إِذۡ تُدۡعَوۡنَ إِلَى ٱلۡإِيمَٰنِ فَتَكۡفُرُونَ ﴿10﴾

Kafirlərə belə xitab olu­nacaq: “Siz imana dəvət olu­nar­kən küf­rünüzdə is­rar etdi­yiniz zaman Allahın sizə olan nifrəti indi si­zin özünü­zə olan nif­rəti­nizdən daha böyük idi”.

40:11

قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٖ مِّن سَبِيلٖ ﴿11﴾

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öl­dürüb, iki dəfə di­rilt­din. Biz öz günahlarımızı etiraf etdik. Od­dan çıxmağa bir yol varmı?”

40:12

ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ ﴿12﴾

Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağı­rıl­dı­ğı zaman siz inkar edir­di­niz. Ona şərik qoşulduq­da isə ina­nır­dı­nız. Artıq hökm Uca və Bö­yük Allahındır”.

40:13

هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ﴿13﴾

Sizə Öz dəlillərini gös­tə­rən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar!

40:14

فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ﴿14﴾

Kafirlərin xoşuna gəl­mə­sə də, di­ni məhz Allaha aid sa­yıb, Ona dua edin!

40:15

رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلۡعَرۡشِ يُلۡقِي ٱلرُّوحَ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ لِيُنذِرَ يَوۡمَ ٱلتَّلَاقِ ﴿15﴾

Ən yüksək dərəcələrin və Ərşin sa­hibi Odur. O Öz əmri ilə vəh­yi qul­la­rından istə­di­yi­nə nazil edir ki, o, insan­ları gö­rüş günü ilə qorxutsun.

40:16

يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ ﴿16﴾

O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allah­dan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məx­susdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”

40:17

ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿17﴾

Bu gün hər kəsə qazan­dı­ğının əvə­zi veriləcək. Bu gün haq­sız­lıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çə­kən­dir.

40:18

وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّـٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ ﴿18﴾

Onları ürəklərin xirtdəyə çata­ca­ğı, özləri də qəm-qüssə için­də olacaqları ya­xınlaşan günlə qorxut. O gün zalım­la­rın nə bir ya­xın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.

40:19

يَعۡلَمُ خَآئِنَةَ ٱلۡأَعۡيُنِ وَمَا تُخۡفِي ٱلصُّدُورُ ﴿19﴾

Allah gözlərin xaincə­si­nə baxışını və kökslərin nələr giz­lət­di­yi­ni bilir.

40:20

وَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ﴿20﴾

Allah ədalətlə hökm ve­rər. On­dan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm ve­rə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Gö­rəndir!

40:21

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ ﴿21﴾

Məgər onlar yer üzündə gəzib-do­laşıb özlərindən əv­vəl­ki­lə­rin aqi­bə­ti­nin necə oldu­ğu­nu görmədilərmi? On­lar bun­lardan da­ha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Allah on­ları gü­nah­larına görə əzabla yaxaladı və on­ları Allahdan qo­ru­yan ol­ma­dı.

40:22

ذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ ﴿22﴾

Bu ona görə idi ki, elçi­ləri onlara açıq-aydın dəlillər gə­tir­dik­ləri halda, on­lar inkar edir­dilər. Buna görə də Allah onla­rı əzab­la yaxaladı. Həqi­qətən, O, Qüvvətlidir, cəzası da şiddətli­dir.

40:23

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ﴿23﴾

Biz Musanı möcüzələ­ri­mizlə və aşkar bir dəlillə gön­dərdik –

40:24

إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٞ كَذَّابٞ ﴿24﴾

Fironun, Hamanın və Qa­runun ya­nına. Onlar isə: “Bu, ya­lan­çı bir sehr­baz­dır!”– de­di­lər.

40:25

فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ ﴿25﴾

Musa onlara Bizim dər­gahı­mız­dan həqiqəti bəyan et­dikdə on­lar dedi­lər: “Onunla bir­likdə iman gətirənlərin oğul­larını öl­dü­rün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, ka­firlərin hiy­ləsi bo­şa çıxar.

40:26

وَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ ﴿26﴾

Firon dedi: “Buraxın mə­ni Mu­sa­nı öldürüm! Qoy o da Rəb­bi­nə yalvarsın. Çünki mən onun sizin dininizi dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzün­də fə­sad tö­rədəcəyindən qor­xuram”.

40:27

وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ ﴿27﴾

Musa dedi: “Mən he­sab­laşma gü­nünə inanmayan hər bir tə­kəb­bürlüdən həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­ram!”

40:28

وَقَالَ رَجُلٞ مُّؤۡمِنٞ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبٗا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقٗا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ ﴿28﴾

Firon ailəsindən olub ima­nını giz­lədən mömin bir kişi dedi: “Siz bir ada­mı: “Rəbbim Allahdır!”– dediyinə görə öl­dü­rə­cək­si­niz­mi? Hal­buki o, Rəb­bi­niz­dən sizə açıq-aydın dəlil­lər gətirdi. Əgər o, yalan danı­şır­sa, onun yalanı ancaq öz əley­hi­nə­dir. Yox, əgər doğru da­nı­şırsa, onun vəd etdiyinin bəzi­si sizə toxunar. Hə­qi­qətən, Allah həddi aşanı, yalançını doğru yola yö­nəltməz.

40:29

يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ﴿29﴾

Ey qövmüm! Bu gün yer üzündə hakim şəxslər kimi hökm­ran­lıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşün­düyümü bil­dirirəm, mən sizə ancaq doğru yolu göstə­ri­rəm”.

40:30

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ ﴿30﴾

Mömin kişi dedi: “Ey qövmüm! Mən o toplumların ba­şı­na gəlmiş dəhşətli gü­nün bənzərinin sizin də başı­nıza gəl­mə­sin­dən qorxuram.

40:31

مِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعِبَادِ ﴿31﴾

Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan son­rakıların düçar olduğu bəlanın bənzərinin gəlmə­sindən qorxuram. Allah bəndələrinə zülm edilməsini is­tə­məz.

40:32

وَيَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ يَوۡمَ ٱلتَّنَادِ ﴿32﴾

Ey qömüm! Mən başı­nı­za gələcək fəryad qopara­cağı­nız gün­dən qorxu­ram.

40:33

يَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ﴿33﴾

Geriyə dönüb qaçacağı­nız gün si­zi Allahdan qoruyan ta­pıl­maz. Alla­hın azğınlığa sal­­dığı kimsəyə isə yol gös­tə­rən olmaz”.

40:34

وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ ﴿34﴾

Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­məkdə davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah ondan sonra elçi gön­dər­məyəcək!” Allah həd­di aşan, şübhə edən kimsəni beləcə az­ğınlığa salar.

40:35

ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ ﴿35﴾

Özlərinə bir dəlil gəlmə­dən Alla­hın ayələri barəsində mü­ba­hisə edənlər həm Allah yanında, həm də iman gə­ti­rən­lərin ya­nın­da ancaq böyük bir nifrət artırır. Allah hər bir tə­kəbbürlü zülm­karın qəlbini be­lə möhürləyir.

40:36

وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ ﴿36﴾

Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəl­kə yollara –

40:37

أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ ﴿37﴾

göylərin yollarına çatım və Mu­sanın İlahını gö­rüm. Həqiqə­tən, mən Musanı yalançı sa­yı­ram!” Firona pis əməli belə­cə gö­zəl göstərildi və o, yol­dan çı­xarıldı. Fironun hiyləsi uğur­suz oldu.

40:38

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ ﴿38﴾

O mömin kişi dedi: “Ey qöv­müm! Mənim ardımca gə­lin, si­zi doğru yola çıxardım.

40:39

يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ ﴿39﴾

Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axi­rət isə qərar tutacağınız yurd­dur.

40:40

مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ ﴿40﴾

Kim pis bir iş tutsa, o an­caq işi­nin həddi qədər cəza alar. Mö­min olmaqla bərabər, yaxşı iş görən kişilər və qa­dın­lar Cən­nə­tə daxil olub orada hesabsız ruziyə nail olarlar.

40:41

وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ ﴿41﴾

Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırı­ram, siz isə məni oda çağırır­sı­nız?

40:42

تَدۡعُونَنِي لِأَكۡفُرَ بِٱللَّهِ وَأُشۡرِكَ بِهِۦ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞ وَأَنَا۠ أَدۡعُوكُمۡ إِلَى ٱلۡعَزِيزِ ٱلۡغَفَّـٰرِ ﴿42﴾

Siz məni Allahı inkar et­məyə, bilmədiyim bir şeyi Ona şərik qoş­mağa çağırırsınız, mən isə sizi Qüdrətli və Ba­ğışlayan Allaha ça­ğı­rıram.

40:43

لَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٞ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ﴿43﴾

Heç şübhəsiz ki, sizin məni ça­ğırdıqlarınızın nə dün­yada, nə də axi­rətdə çağırıl­ma­ğa haqqı yoxdur. Bizim dö­nü­şümüz Alla­ha­dır. Həddi aşan­lar isə od sakinləridirlər.

40:44

فَسَتَذۡكُرُونَ مَآ أَقُولُ لَكُمۡۚ وَأُفَوِّضُ أَمۡرِيٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلۡعِبَادِ ﴿44﴾

Sizə dediklərimi mütləq xatır­la­yacaqsınız. Mən öz işi­mi Alla­ha həvalə edirəm. Həqiqə­tən, Allah qullarını gö­rəndir.”

40:45

فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ ﴿45﴾

Allah Musanı onların qur­duğu hiylələrin şərindən qo­ru­du. Fi­ron nəs­li­ni isə dəhşətli əzab bürüdü.

40:46

ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ ﴿46﴾

Onları səhər və axşam­üstü oda salırlar. O Saat (Qiyamət) gələ­cəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!

40:47

وَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبٗا مِّنَ ٱلنَّارِ ﴿47﴾

O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər tə­kəb­bür gös­tə­rənlərə: “Biz si­zin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qur­tara bilərsinizmi?”– deyəcəklər.

40:48

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلّٞ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ ﴿48﴾

Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Ar­tıq Allah qullar ara­sında hök­münü vermişdir”– deyəcək­lər.

40:49

وَقَالَ ٱلَّذِينَ فِي ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدۡعُواْ رَبَّكُمۡ يُخَفِّفۡ عَنَّا يَوۡمٗا مِّنَ ٱلۡعَذَابِ ﴿49﴾

Odda olanlar Cəhən­nəm gözət­çi­lərinə deyəcəklər: “Rəb­bi­ni­zə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngül­ləş­dir­sin!”

40:50

قَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَـٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ ﴿50﴾

Gözətçilər deyəcəklər: “Mə­gər el­çi­ləriniz açıq-aydın də­lil­lər gə­tirmə­miş­dilər?” On­lar: “Əlbəttə gətirmişdilər!”– deyə­cəklər. Gö­zət­çi­lər də: “Elə isə özü­nüz yalvarın!”– deyə­cəklər. Ka­firlərin yal­var­ma­sı isə əbəsdir.

40:51

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ ﴿51﴾

Şübhəsiz ki, Biz Öz el­çi­lərimizə və möminlərə həm dünya hə­ya­tında, həm də şa­hidlərin şəhadət verəcəyi gün yardım edə­cə­yik.

40:52

يَوۡمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعۡذِرَتُهُمۡۖ وَلَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ ﴿52﴾

O gün zalımlara üzr di­lə­mələri heç bir fayda ver­mə­yə­cək­. Onları həm lənət, həm də pis yurd gözləyir.

40:53

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ ﴿53﴾

Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğul­larını Ki­ta­ba varis etdik –

40:54

هُدٗى وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ﴿54﴾

ağıl sahiblərinə doğru yol gös­tə­ricisi və öyüd-nəsihət ki­mi.

40:55

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ ﴿55﴾

Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Günahının ba­ğış­lan­ması­nı di­lə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə tə­riflə.

40:56

إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٞ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ﴿56﴾

Həqiqətən, özlərinə bir dəlil gəl­mədən Allahın ayələri ba­rə­sin­də mü­bahisə edənlərin ürəklərində böyüklük iddia­sın­dan baş­qa bir şey yoxdur. On­lar heç vaxt buna çatmaya­caq­lar. Sən Alla­ha sı­ğın! Həqi­qə­tən, O, Eşidəndir, Gö­rəndir.

40:57

لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿57﴾

Həqiqətən, göylərin və yerin ya­radılması insanların ya­ra­dıl­masın­dan daha böyük şeydir. Lakin insanların çoxu bunu bil­mir.

40:58

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلٗا مَّا تَتَذَكَّرُونَ ﴿58﴾

Korla görən, iman gəti­rib yaxşı iş­lər görənlərlə pislik edən­lər eyni de­yil. Necə də az düşünüb daşınır­sı­nız!

40:59

إِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ﴿59﴾

O Saat mütləq gələcək­, buna heç bir şübhə yox­dur. La­kin insanların əksəriy­yəti buna inanmır.

40:60

وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ﴿60﴾

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər”.

40:61

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ﴿61﴾

Gecəni rahatlanmanız üçün ya­ra­dan, gündüzü ruzi qazan­ma­nız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, la­kin in­sanların ço­xu şü­kür etmir.

40:62

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿62﴾

Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur! Siz necə də haqqa qarşı dö­nük çı­xırsınız!

40:63

كَذَٰلِكَ يُؤۡفَكُ ٱلَّذِينَ كَانُواْ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ ﴿63﴾

Allahın ayələrini inkar edənlər beləcə dönük çıxır­lar.

40:64

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿64﴾

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət ve­rib surət­ləri­ni­zi gözəl şəklə salan, sizə pak nemət­lər­dən ru­zi verən Allahdır. Budur si­zin Rəbbiniz olan Allah. Aləm­lə­rin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır!

40:65

هُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿65﴾

O, əbədi Yaşayandır, On­dan başqa ibadə­tə layiq olan mə­bud yox­dur. Allaha, dini yalnız Ona məxsus edə­rək, dua edin. Həmd, Aləm­lə­rin Rəbbi Allaha məxsusdur!

40:66

قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِيَ ٱلۡبَيِّنَٰتُ مِن رَّبِّي وَأُمِرۡتُ أَنۡ أُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿66﴾

De: “Rəbbimdən mənə açıq-ay­dın dəlillər gəldiyi za­man si­zin Allahdan başqa yal­vardıqlarınıza ibadət etmək mə­nə qadağan edilmiş və mənə aləm­lə­rin Rəbbinə təslim olmaq əmr olun­muş­dur”.

40:67

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿67﴾

Sizi torpaqdan, sonra nüt­fədən, sonra laxtalanmış qan­dan ya­ra­dan, son­ra sizi, bö­yü­yüb yetkinlik yaşına çatası­nız, daha son­ra da qocalasınız de­yə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. Hər­çənd ki, içə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, müəy­yən olunmuş vaxta yeti­şəsiniz və bəlkə, dü­şü­nüb da­şınasınız.

40:68

هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿68﴾

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını is­tə­dik­də ona ancaq: “Ol”– de­yir, o da olur.

40:69

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصۡرَفُونَ ﴿69﴾

Allahın ayələri barə­sin­də müba­hisə edənləri görmür­sən­mi? Onlar necə də haqqa qar­şı dönük çıxırlar!

40:70

ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿70﴾

Onlar Kitabı və elçiləri­mizə gön­dərdiklərimizi yalan say­dı­lar. Onlar tezliklə bilə­cək­lər;

40:71

إِذِ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَٰقِهِمۡ وَٱلسَّلَٰسِلُ يُسۡحَبُونَ ﴿71﴾

o zaman ki, boyunla­rın­da dəmir halqalar və zəncirlər ol­du­ğu halda sü­rüklənəcəklər –

40:72

فِي ٱلۡحَمِيمِ ثُمَّ فِي ٱلنَّارِ يُسۡجَرُونَ ﴿72﴾

qaynar suya tərəf; sonra odda yandırılacaqlar.

40:73

ثُمَّ قِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تُشۡرِكُونَ ﴿73﴾

Sonra da onlara deyilə­cək: “Haradadır şərik qoş­duq­la­rı­nız –

40:74

مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـٔٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ ﴿74﴾

Allahdan başqa ibadət et­diklə­ri­niz?” Onlar deyəcək­lər: “On­lar bizi qo­yub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət et­mir­dik!” Allah kafir­ləri belə­cə azğınlığa salar.

40:75

ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ ﴿75﴾

“Bu, sizin yer üzündə na­haq yerə sevinməyinizə və qür­rə­lən­məyi­nizə gö­rədir!

40:76

ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ﴿76﴾

İçində əbədi qalacağınız Cəhən­nəmin qapı­larına girin!” Tə­kəb­bürlü­lə­rin yeri necə də pisdir!

40:77

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ ﴿77﴾

Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Ya onlara vəd et­di­yimi­zin bir qis­mini sənə gös­tərəcək, ya da daha öncə sənin ca­nı­nı alacağıq. Onlar axırda Bi­zə qaytarılacaqlar.

40:78

وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ ﴿78﴾

Biz səndən əvvəl də el­çi­lər gön­dər­mişdik. Onlardan bə­ziləri haq­qında sənə danış­mış, bəziləri haqqında isə da­nış­ma­mışıq. Heç bir elçi Alla­hın izni olmadan hər hansı bir ayə gə­tirə bil­məzdi. Alla­hın əmri gəl­dikdə isə əda­lətlə hökm veri­lər və yalan da­nı­şan­lar orada ziyana uğrayarlar.

40:79

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ ﴿79﴾

Bəzilərini minəsiniz, bə­zilərin­dən də yeyəsiniz deyə, hey­van­ları sizin üçün yaradan Allahdır.

40:80

وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةٗ فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ﴿80﴾

Siz onlardan başqa mən­fəətlər də əldə edirsiniz. Siz on­ları mi­nərək ürə­yi­nizdən ke­çən yerlərə gedib çatırsınız. Siz həm on­la­rın üstündə, həm də gə­mi­lərdə daşınırsınız.

40:81

وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَأَيَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ ﴿81﴾

Allah sizə Öz möcü­zə­lə­rini göstə­rir. Allahın hansı də­lillə­rini in­kar edə bi­lər­si­niz?

40:82

أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ﴿82﴾

Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əv­vəl­ki­lərin aqi­bətinin necə ol­du­ğunu görmə­di­lərmi? Onlar bun­lardan say­ca daha çox, daha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Mü­vəffəq olduqları on­lara bir fay­da vermədi.

40:83

فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿83﴾

Elçiləri onlara açıq-ay­dın ayələr gətirdikdə, ancaq özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə də, onları istehza etdik­ləri şey əzab­la çulğaladı.

40:84

فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ ﴿84﴾

Onlar əzabımızı dad­dıq­da: “Biz tək Allaha iman gə­tir­dik və Ona şərik qoşduqla­rı­mı­zı inkar etdik!”– dedilər.

40:85

فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ ﴿85﴾

Lakin o zaman əzabı­mı­zı gördük­də iman gətirmələri on­lara heç bir fay­da vermədi. Bu, Allahın Öz qulları ba­rəsində əzəldən bə­ri qüvvədə olan qa­nu­nudur. Onda kafirlər ziyana uğra­dı­lar.

This surah by other reciters