quranm◉

Surah As-Sajdah (32) recited by Abu Bakr al Shatri

Listen to Abu Bakr al Shatri

Surah ◉

32:1

الٓمٓ ﴿1﴾

Əlif. Ləm. Mim.

32:2

تَنزِيلُ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿2﴾

Şübhə yoxdur ki, bu Ki­tabı aləm­lərin Rəbbi olan Allah nazil et­mişdir.

32:3

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۚ بَلۡ هُوَ ٱلۡحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ﴿3﴾

Yoxsa onlar: “Muhəmməd bunu özün­­dən uy­­durmuş­dur!”– de­yirlər. Xeyr, o, Rəb­bin­dən nazil olan bir haqdır ki, sən­dən öncə xə­bərdar edən peyğəmbər gəl­mə­­miş bir xalqı xə­bər­dar edə­sən. Bəlkə də, on­lar doğru yola yönələlər.

32:4

ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا شَفِيعٍۚ أَفَلَا تَتَذَكَّرُونَ ﴿4﴾

Göyləri, yeri və onların arasın­da­kıları altı gündə yara­dan, son­ra da Ər­şə ucalan Allah­dır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaət­çiniz var. Məgər düşünüb ibrət götür­mə­yə­cək­si­niz?

32:5

يُدَبِّرُ ٱلۡأَمۡرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلۡأَرۡضِ ثُمَّ يَعۡرُجُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥٓ أَلۡفَ سَنَةٖ مِّمَّا تَعُدُّونَ ﴿5﴾

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız il­lərdən min ilə bərabər olan bir gündə Ona doğ­ru yüksəlir.

32:6

ذَٰلِكَ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿6﴾

Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.

32:7

ٱلَّذِيٓ أَحۡسَنَ كُلَّ شَيۡءٍ خَلَقَهُۥۖ وَبَدَأَ خَلۡقَ ٱلۡإِنسَٰنِ مِن طِينٖ ﴿7﴾

Hansı ki, yaratdığı hər şe­yi gözəl biçimdə yaratmış, in­sanı ilk ola­raq pal­çıqdan xəlq etmiş,

32:8

ثُمَّ جَعَلَ نَسۡلَهُۥ مِن سُلَٰلَةٖ مِّن مَّآءٖ مَّهِينٖ ﴿8﴾

sonra onun nəslini bir damla də­yərsiz sudan əmələ gətirmiş,

32:9

ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ﴿9﴾

sonra onu düzəldib müəy­yən şəklə salmış və ona Öz ru­hun­dan üfürmüş, sizə qulaq­lar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!

32:10

وَقَالُوٓاْ أَءِذَا ضَلَلۡنَا فِي ٱلۡأَرۡضِ أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدِۭۚ بَلۡ هُم بِلِقَآءِ رَبِّهِمۡ كَٰفِرُونَ ﴿10﴾

Onlar deyirlər: “Biz tor­pağın için­də yox olandan son­ra ye­ni­dən­mi yara­dı­lacağıq?” Doğ­rusu, onlar öz Rəbbi ilə qarşı­la­şa­caq­la­rını inkar edirlər.

32:11

قُلۡ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلۡمَوۡتِ ٱلَّذِي وُكِّلَ بِكُمۡ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ﴿11﴾

De: “Sizə müvəkkil olan ölüm mə­ləyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarıla­caqsınız!”

32:12

وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ﴿12﴾

Kaş ki, günahkarları öz Rəbbi qar­­şısında başlarını aşa­ğı di­kə­rək: “Ey Rəb­bimiz! Biz gördük və eşitdik. Bizi ge­ri qay­tar ki, yax­şı işlər görək. Hə­qi­qətən də, biz qətiyyətlə inan­dıq!”– deyəndə gö­rəydin!

32:13

وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿13﴾

Əgər Biz istəsəydik, hər kəsi doğ­ru yola yönəldərdik. La­kin Mə­­nim: “Cə­hənnəmi müt­ləq bütün günahkar cin və in­san­larla dol­du­racağam!” Sö­züm yeri­nə yetəcək.

32:14

فَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿14﴾

Bu gününüzlə qarşıla­şa­cağınızı unut­duğunuza görə dadın əza­bı! Doğ­rusu, Biz də sizi unutduq. Etdiyiniz əməl­lərə görə dadın əbə­di əzabı!

32:15

إِنَّمَا يُؤۡمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِهَا خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ۩ ﴿15﴾

Ayələrimizə ancaq o kəs­lər iman gətirirlər ki, ayələri­miz on­lara xatır­la­narkən təkəb­bür göstərmədən səcdəyə qa­panır, Rəb­bi­nə həmd-səna ilə təriflər deyirlər.

32:16

تَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿16﴾

Onlar gecə namazını qıl­maq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər.

32:17

فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿17﴾

Etdikləri əməllərin mü­kafatı ki­mi onlar üçün gözlə­ri­nə se­vinc gəti­rə­cək nələr sax­landığını heç kəs bilmir.

32:18

أَفَمَن كَانَ مُؤۡمِنٗا كَمَن كَانَ فَاسِقٗاۚ لَّا يَسۡتَوُۥنَ ﴿18﴾

Məgər möminlə fasiq ey­nidirmi? Onlar eyni ola bil­məz­lər!

32:19

أَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَلَهُمۡ جَنَّـٰتُ ٱلۡمَأۡوَىٰ نُزُلَۢا بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿19﴾

İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Mə­va cən­nətlərində əbədi ziyafət gözləyir.

32:20

وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿20﴾

Fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə on­lar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onla­ra: “Yalan say­dığınız odun əzabını da­dın!”– deyilə­cəkdir.

32:21

وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿21﴾

Ən böyük əzabdan əv­vəl Biz on­lara mütləq kiçik əzab­dan – dün­ya əza­bından dad­dıra­ca­ğıq ki, bəlkə doğru yola qa­yıt­sınlar.

32:22

وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ ﴿22﴾

Rəbbinin ayələri yadına salın­dıq­dan sonra onlardan üz dön­dərən kəs­dən daha zalım kim ola bilər? Şübhə­siz ki, Biz gü­nah­karlardan intiqam ala­­ca­ğıq.

32:23

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿23﴾

Biz Musaya Kitab ver­mişdik. Sən onunla görüşə­cə­yinə şüb­hə etmə. Biz onu İsrail oğullarına doğru yol gös­tə­rən rəhbər et­miş­dik.

32:24

وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ﴿24﴾

Səbir etdiklərinə və ayə­lərimizə yəqinliklə inandıqla­rı­na gö­rə Biz əmri­mizlə onlar­dan doğru yolu göstərən rəh­bərlər təyin et­miş­dik.

32:25

إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿25﴾

Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər ba­rə­sin­də Qi­ya­mət günü onla­rın arasında hökm verə­cək­dir.

32:26

أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ ﴿26﴾

Yurdlarında gəzib-do­laş­dıqları əv­vəlki neçə-neçə nə­sli məhv etmə­yi­miz onları doğru yola gətirmədimi? Hə­qiqətən, bun­da ibrətlər var. Mə­gər onlar qulaq asmırlar?

32:27

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ ﴿27﴾

Məgər onlar quru yerə su axıdıb onunla həm hey­van­ları­nın, həm də öz­lərinin ye­dikləri nemətlər yetiş­dirdi­yi­mizi gör­mürlər? Hə­lə də bunu gör­mür­lər?

32:28

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿28﴾

Onlar: “Əgər doğru da­nışanlar­dansınızsa, deyin görək bu hökm nə vaxt olacaq?”– deyirlər.

32:29

قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ﴿29﴾

De: “Hökm günü kafir­lərə iman­ları fayda verməyə­cək və on­lara möh­lət də veril­məyəcəkdir”.

32:30

فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ ﴿30﴾

Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da göz­lə­yir­lər.

This surah by other reciters