quranm◉

Surah Qaf (50) recited by Abu Bakr al Shatri

Listen to Abu Bakr al Shatri

Surah ◉

50:1

قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ ﴿1﴾

Qaf. Şərəfli Qurana and olsun!

50:2

بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ ﴿2﴾

Onlara öz aralarından xə­bərdarlıq edən bir peyğəmbər gəl­mə­si­nə təəccüb edən kafir­lər dedilər: “Bu çox qəribə bir şeydir.

50:3

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ ﴿3﴾

Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən di­ri­ləcəyik? Bu, əlçat­maz bir qa­yı­dışdır!”

50:4

قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ ﴿4﴾

Həqiqətən, Biz yerin on­lardan nə­yi alıb əskiltdiyini bi­lirik. Biz­də hər şeyi qo­ruyan bir Kitab var­dır.

50:5

بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ ﴿5﴾

Lakin haqq onlara yetişdikdə onu yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər.

50:6

أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّـٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ ﴿6﴾

Məgər onlar başları üs­tün­dəki gö­yə baxıb onu necə ya­rat­dı­ğı­mızı və necə bəzədi­yi­mizi görmürlərmi? Orada heç bir yarıq da yox­dur.

50:7

وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ﴿7﴾

Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz ox­şayan bit­ki­lərin hər nö­vündən yetişdirdik.

50:8

تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ ﴿8﴾

Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət ol­sun deyə belə etdik.

50:9

وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّـٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ ﴿9﴾

Biz göydən bərəkətli su endirdik, onunla bağlar və bi­çilən ta­xıl dənələri bitirdik.

50:10

وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ ﴿10﴾

Eləcə də meyvələri sal­xım-sal­xım asılmış hündür xur­ma ağac­ları bitirdik.

50:11

رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ ﴿11﴾

Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məm­lə­kə­ti diriltdik. Dirilib qə­birdən çıxmaq da belədir.

50:12

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ ﴿12﴾

Onlardan əvvəl Nuh qöv­mü, Rəss əhli, Səmud tayfası elçiləri ya­lançı saydı.

50:13

وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ ﴿13﴾

Ad qövmü, Firon xalqı, Lut tayfa­sı,

50:14

وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ ﴿14﴾

Əykə əhli və Tubba qöv­mü – bun­ların hamısı elçiləri ya­lan­çı saydı və Mənim təh­di­dim gerçəkləşdi.

50:15

أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ ﴿15﴾

Məgər Biz ilk yaradılış­dan zəif­lə­dikmi? Xeyr! Onlar yeni ya­ra­dılış olan dirilmə ba­rə­sində şübhə içindədirlər.

50:16

وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ ﴿16﴾

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdi­yini də bi­li­rik. Biz ona şah da­marından da yaxınıq.

50:17

إِذۡ يَتَلَقَّى ٱلۡمُتَلَقِّيَانِ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٞ ﴿17﴾

Sağında və solunda iki mələk otu­rub onun əməllərini qey­də alır.

50:18

مَّا يَلۡفِظُ مِن قَوۡلٍ إِلَّا لَدَيۡهِ رَقِيبٌ عَتِيدٞ ﴿18﴾

Dediyi elə bir söz yox­dur ki, onu yazmaq üçün ya­nında hazır dur­muş gö­zətçi olmasın.

50:19

وَجَآءَتۡ سَكۡرَةُ ٱلۡمَوۡتِ بِٱلۡحَقِّۖ ذَٰلِكَ مَا كُنتَ مِنۡهُ تَحِيدُ ﴿19﴾

Ölüm bihuşluğu həqiqə­tən gələ­cək. Ey insan! Bu, sənin uzaq qaç­dı­ğın şeydir.

50:20

وَنُفِخَ فِي ٱلصُّورِۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡوَعِيدِ ﴿20﴾

Sur üfürüləcək. Bu, vəd olun­muş təhdid günüdür.

50:21

وَجَآءَتۡ كُلُّ نَفۡسٖ مَّعَهَا سَآئِقٞ وَشَهِيدٞ ﴿21﴾

Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməl­lərinə şa­hidlik edənlə bir­likdə gələcək.

50:22

لَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ ﴿22﴾

Sən bu günün haq­qında qəflət için­də idin. Amma Biz pər­də­ni sənin üzün­dən qal­dır­dıq. Sən bu gün çox yaxşı gö­rürsən!”

50:23

وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ ﴿23﴾

Yoldaşı (şahid mələk) de­yəcək­: “Bu yanımdakı ha­zır­dır!”

50:24

أَلۡقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٖ ﴿24﴾

Allah buyuracaq: “Atın Cə­hənnəmə hər bir inad­cıl kafi­ri,

50:25

مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٖ مُّرِيبٍ ﴿25﴾

xeyrə mane olanı, az­ğın­laşıb həd­di aşanı, şübhə edəni,

50:26

ٱلَّذِي جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلۡقِيَاهُ فِي ٱلۡعَذَابِ ٱلشَّدِيدِ ﴿26﴾

başqa bir məbudu Alla­ha tay tu­ta­nı. Atın onu şiddətli əza­bın içinə!”

50:27

قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطۡغَيۡتُهُۥ وَلَٰكِن كَانَ فِي ضَلَٰلِۭ بَعِيدٖ ﴿27﴾

Dostu şeytan deyə­cək­: “Ey Rəbbimiz! Onu mən yol­dan çı­xart­­ma­dım, əksinə, o özü dərin azğınlıq içində idi!”

50:28

قَالَ لَا تَخۡتَصِمُواْ لَدَيَّ وَقَدۡ قَدَّمۡتُ إِلَيۡكُم بِٱلۡوَعِيدِ ﴿28﴾

Allah deyəcək: “Mə­nim hüzu­rumda höcətləşməyin. Mən əv­vəlcədən sizi xəbərdar etmişdim.

50:29

مَا يُبَدَّلُ ٱلۡقَوۡلُ لَدَيَّ وَمَآ أَنَا۠ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ ﴿29﴾

Mənim Sözüm dəyiş­məz­dir. Mən bəndələrə zülm edən de­yi­ləm!”

50:30

يَوۡمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمۡتَلَأۡتِ وَتَقُولُ هَلۡ مِن مَّزِيدٖ ﴿30﴾

O gün Biz Cəhənnəmə: “Dol­dun­mu?”– deyəcəyik. O isə: “Ye­nə varmı?”– deyəcək­.

50:31

وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ غَيۡرَ بَعِيدٍ ﴿31﴾

Cənnət müttəqilərə ya­xın­laş­dırı­lacaq, onlardan uzaq­da ol­ma­ya­­caq.

50:32

هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٖ ﴿32﴾

Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Alla­ha üz tu­tan, Onun əmrinə riayət edən,

50:33

مَّنۡ خَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِ وَجَآءَ بِقَلۡبٖ مُّنِيبٍ ﴿33﴾

Mərhəmətli Allahdan Onu gör­mə­dən qorxan və Allaha yö­nəl­miş qəlblə gələn kimsələr üçün­dür.

50:34

ٱدۡخُلُوهَا بِسَلَٰمٖۖ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُلُودِ ﴿34﴾

Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.

50:35

لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيۡنَا مَزِيدٞ ﴿35﴾

Orada onlar üçün istə­dik­ləri hər şey hazırlanmışdır. Üs­təlik hü­zuru­muz­da bundan da artığı – Allahı gör­mək var­.

50:36

وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَشَدُّ مِنۡهُم بَطۡشٗا فَنَقَّبُواْ فِي ٱلۡبِلَٰدِ هَلۡ مِن مَّحِيصٍ ﴿36﴾

Biz onlardan əvvəl özlə­rindən daha qüvvətli neçə-ne­çə nəsli məhv etdik. Onlar di­yarbədiyar gəzib dola­şır­dı­lar. Məgər əzab­dan qaçıb qurtara bil­dilərmi?”

50:37

إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِمَن كَانَ لَهُۥ قَلۡبٌ أَوۡ أَلۡقَى ٱلسَّمۡعَ وَهُوَ شَهِيدٞ ﴿37﴾

Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qu­laq asan kimsə üçün ibrət var.

50:38

وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ ﴿38﴾

Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları altı gün­də ya­rat­dıq və Bizə heç bir yor­ğun­luq üz vermədi.

50:39

فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ ﴿39﴾

Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əv­vəl və batma­mış­dan əvvəl Rəb­bini həmd ilə təriflə!

50:40

وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَأَدۡبَٰرَ ٱلسُّجُودِ ﴿40﴾

Gecənin bir vaxtında və səc­də­lər­dən sonra Onun şə­ni­nə tə­rif­lər de!

50:41

وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ ﴿41﴾

Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən ça­ğı­ra­caq.

50:42

يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ ﴿42﴾

O gün onlar bu səsi ger­çəkdən eşidəcəklər. Bu, qəbir­lərdən çıx­ma günü­dür.

50:43

إِنَّا نَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَإِلَيۡنَا ٱلۡمَصِيرُ ﴿43﴾

Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bi­zədir.

50:44

يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ ﴿44﴾

O gün yer onlardan ötrü ya­rı­la­caq, onlar sürətlə carçıya doğ­ru çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır.

50:45

نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِجَبَّارٖۖ فَذَكِّرۡ بِٱلۡقُرۡءَانِ مَن يَخَافُ وَعِيدِ ﴿45﴾

Biz onların nə dediklə­rini yaxşı bi­lirik. Sən onları məc­bur edən deyilsən. Sən Mənim təhdidimdən qorxan­lara Quranla öyüd-nəsihət ver!

This surah by other reciters