quranm◉

Surah Al-Layl (92) recited by Mishari Rashid al Afasy

Listen to Mishari Rashid al Afasy

Surah ◉

92:1

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ ﴿1﴾

And olsun yer üzünü zül­mətə bü­rü­məkdə olan gecəyə!

92:2

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿2﴾

And olsun günəşin çıx­ma­sı ilə ay­dınlaşan gün­düzə!

92:3

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ﴿3﴾

And olsun kişini və qa­dı­nı yara­dana!

92:4

إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ ﴿4﴾

Sizin can atdıqlarınız baş­qa-baş­qadır.

92:5

فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ ﴿5﴾

Kim haqqını verir və Al­lah­dan qor­xursa,

92:6

وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ ﴿6﴾

və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini təsdiq edirsə,

92:7

فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ ﴿7﴾

Biz onu ən asan olana na­il edə­cəyik.

92:8

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ ﴿8﴾

Kim də xə­sislik edərək Rəb­binə eh­tiyacı olmadığını gü­man edir­sə

92:9

وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ ﴿9﴾

və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini yalan hesab edir­sə,

92:10

فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ ﴿10﴾

Biz onun üstünə ən çə­tin olanı yükləyəcəyik.

92:11

وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ﴿11﴾

Cəhənnəmə düşdükdə var-dövləti ona fayda ver­məyəcək.

92:12

إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ ﴿12﴾

Şübhəsiz ki, doğru yola yönəlt­mək Bizə aiddir.

92:13

وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ ﴿13﴾

Sözsüz ki, Axirət də, dün­ya hə­yatı da Bizimdir.

92:14

فَأَنذَرۡتُكُمۡ نَارٗا تَلَظَّىٰ ﴿14﴾

Mən sizi alov saçan bir odla qor­xutdum.

92:15

لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى ﴿15﴾

Ona ancaq ən bədbəxt kimsə girər.

92:16

ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ ﴿16﴾

O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.

92:17

وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى ﴿17﴾

Allahdan ən çox qorxan isə o Od­dan uzaqlaşdırılar.

92:18

ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ ﴿18﴾

O kimsə ki, malını Allah yolunda verir, günahlardan tə­miz­lə­nir.

92:19

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٖ تُجۡزَىٰٓ ﴿19﴾

Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti ol­maz.

92:20

إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ ﴿20﴾

O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər.

92:21

وَلَسَوۡفَ يَرۡضَىٰ ﴿21﴾

O, mütləq razı qalacaq­dır!

This surah by other reciters