quranm◉

Surah Al-Ma'arij (70) recited by Hani ar Rifai

Listen to Hani ar Rifai

Surah ◉

70:1

سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ ﴿1﴾

İstəyən kimsə baş verə­cək əzabı istədi –

70:2

لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ ﴿2﴾

bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapıl­ma­ya­caq.

70:3

مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ ﴿3﴾

O, dərəcələr sahibi olan Allah­dandır.

70:4

تَعۡرُجُ ٱلۡمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ ﴿4﴾

Mələklər və Ruh Cəbrail Allaha doğ­ru sayı əlli min ilə bə­rabər bir gün ər­zində qalxırlar.

70:5

فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا ﴿5﴾

Sən təmkinlə səbir et!

70:6

إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا ﴿6﴾

Doğrusu, kafirlər o əzabın uzaq ol­du­ğunu güman edirlər.

70:7

وَنَرَىٰهُ قَرِيبٗا ﴿7﴾

Biz isə onun yaxın oldu­ğunu gö­rürük.

70:8

يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ ﴿8﴾

O gün göy əridilmiş me­tal kimi olacaq.

70:9

وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ﴿9﴾

Dağlar da didilmiş yuna bənzəyə­cək.

70:10

وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا ﴿10﴾

Dost dostun halını xə­bər almaya­caq.

70:11

يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ ﴿11﴾

Halbuki onlar bir-birini görəcək­lər. Günahkar o günün əza­bın­dan qur­tarmaq üçün fid­yə vermək istəyər – öz oğul­la­rını,

70:12

وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ ﴿12﴾

həyat yoldaşını və qar­daşını,

70:13

وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ ﴿13﴾

ona sığınacaq vermiş nəs­lini

70:14

وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ ﴿14﴾

və yer üzündə olanların hamısını – təki bu onu xilas et­sin.

70:15

كَلَّآۖ إِنَّهَا لَظَىٰ ﴿15﴾

Xeyr! Bu, alovu şölələ­nən Oddur –

70:16

نَزَّاعَةٗ لِّلشَّوَىٰ ﴿16﴾

başın dərisini sıyırıb çı­xaran bir od.

70:17

تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ ﴿17﴾

O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

70:18

وَجَمَعَ فَأَوۡعَىٰٓ ﴿18﴾

və mal-dövlət yığıb sax­la­yanı.

70:19

إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا ﴿19﴾

Həqiqətən, insan kəm­hövsələ ya­radılmışdır.

70:20

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا ﴿20﴾

Ona bir pislik toxun­duqda özün­dən çıxır,

70:21

وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا ﴿21﴾

bir xeyir nəsib olduqda isə xəsis­lik edir.

70:22

إِلَّا ٱلۡمُصَلِّينَ ﴿22﴾

Namaz qılanlar istis­na­dır.

70:23

ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ ﴿23﴾

O kəslər ki, namazlarını həmişə qılırlar.

70:24

وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ ﴿24﴾

O kəslər ki, onların mal­larında bəlli bir haqq var­ –

70:25

لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ﴿25﴾

dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün.

70:26

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ ﴿26﴾

O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

70:27

وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ ﴿27﴾

O kəslər ki, Rəbbinin əza­bından qorxurlar.

70:28

إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ ﴿28﴾

Axı Rəbbinin əzabı on­lar üçün də təhlükəsiz deyil.

70:29

وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ ﴿29﴾

O kəslər ki, tənasül üzv­lərini zi­nadan qoruyurlar –

70:30

إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ﴿30﴾

zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna gö­rə onlar əsla qınan­maz­lar.

70:31

فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ﴿31﴾

Bundan artığını istəyən­lər isə həddi aşanlardır.

70:32

وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ﴿32﴾

O kəslər ki, əmanəti dan­mır və əhdlərini pozmurlar.

70:33

وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ ﴿33﴾

O kəslər ki, şahidliklə­rin­də mə­tindirlər.

70:34

وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ﴿34﴾

Bir də o kəslər ki, na­maz­larını dəqiqliklə qılırlar.

70:35

أُوْلَـٰٓئِكَ فِي جَنَّـٰتٖ مُّكۡرَمُونَ ﴿35﴾

Cən­nətlərdə hör­mət göstə­riləcək insanlar da elə onlar ola­caq.

70:36

فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ ﴿36﴾

Sənə doğru tələsən ka­firlərə nə olub belə –

70:37

عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ﴿37﴾

sağdan-soldan dəstələr­lə ətrafına yığışırlar?

70:38

أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ ﴿38﴾

Yoxsa onların hər biri Nəim cən­nətinə girə bilə­cəyinə ümid edir?

70:39

كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ ﴿39﴾

Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq et­mi­şik.

70:40

فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ ﴿40﴾

And içirəm məşriqlərin və məğ­riblərin Rəbbinə! Biz doğ­ru­dan da, elə bir qüdrətə malikik ki, –

70:41

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرٗا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ﴿41﴾

onları daha yaxşıları ilə əvəz edə bi­lərik. Bunda qarşı­mıza çı­xa bilən ta­pılmaz.

70:42

فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ ﴿42﴾

Vədə verilmiş günə ça­tanadək on­larla daha işin ol­masın, qoy boş-boş da­nışsınlar və əylənsinlər.

70:43

يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعٗا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٖ يُوفِضُونَ ﴿43﴾

O gün, məbudlarına iba­­dətə can atırmışlar kimi onlar qə­bir­lər­dən çıxa­caqlar.

70:44

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ ﴿44﴾

O gün onların baxışları yerə diki­ləcək, özlərini də zil­lət bü­rü­yəcək. Budur onla­rın xəbərdar edildikləri gün!

This surah by other reciters