quranm◉

Surah Al-Insan (76) recited by Hani ar Rifai

Listen to Hani ar Rifai

Surah ◉

76:1

هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا ﴿1﴾

Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?

76:2

إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا ﴿2﴾

İnsanı qarışdırılmış nüt­fə­dən ya­ra­daraq onu sınaqdan ke­çir­mək məqsə­dilə eşidən və gö­rən etdik.

76:3

إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا ﴿3﴾

Şübhəsiz ki, Biz ona yol göstər­dik! Fərqi yoxdur, ya şü­kür et­sin, ya da na­şükür olsun.

76:4

إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا ﴿4﴾

Doğrudan da, kafirlərdən ötrü zən­cirlər, buxovlar və alovlu bir atəş hazır­la­mışıq.

76:5

إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا ﴿5﴾

Sözsüz ki, yaxşılar ka­fur qatıl­mış şərabla dolu badə­dən içəcəklər.

76:6

عَيۡنٗا يَشۡرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفۡجِيرٗا ﴿6﴾

Bu elə bir bulaqdır ki, Allahın qul­ları ondan doyunca içər və onun mənsə­bini istə­dik­ləri səmtə yönəldərlər.

76:7

يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمٗا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرٗا ﴿7﴾

Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsı­dacaq gün­dən qor­xarlar.

76:8

وَيُطۡعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسۡكِينٗا وَيَتِيمٗا وَأَسِيرًا ﴿8﴾

Onlar özlərinin istə­dikləri şeylər­dən kasıba, yetimə, əsi­rə verər

76:9

إِنَّمَا نُطۡعِمُكُمۡ لِوَجۡهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمۡ جَزَآءٗ وَلَا شُكُورًا ﴿9﴾

və deyərlər: “Biz sizi yal­nız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedir­di­rik və siz­dən nə əvə­zini, nə də minnətdarlıq gözləyirik!

76:10

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوۡمًا عَبُوسٗا قَمۡطَرِيرٗا ﴿10﴾

Əslində, biz, Rəbbimiz­dən gələ bilən çox kəskin və ağır bir gün­dən eh­tiyat edirik!”

76:11

فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلۡيَوۡمِ وَلَقَّىٰهُمۡ نَضۡرَةٗ وَسُرُورٗا ﴿11﴾

Bunun əvəzində Allah da onları həmin günün şərindən qo­ru­yar və on­lara gözəllik və sevinc nəsib edər;

76:12

وَجَزَىٰهُم بِمَا صَبَرُواْ جَنَّةٗ وَحَرِيرٗا ﴿12﴾

onlara səbir etdiklə­rinə gö­rə Cən­nəti bəxş edər və onları ora­da ge­yə­cəkləri ipəklə mü­ka­fat­lan­dırar.

76:13

مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسٗا وَلَا زَمۡهَرِيرٗا ﴿13﴾

Onlar orada taxtlar üzə­rində mü­təkkələrə dirsəklənə­cək və ora­da nə gü­nəş, nə də şaxta görməyəcəklər.

76:14

وَدَانِيَةً عَلَيۡهِمۡ ظِلَٰلُهَا وَذُلِّلَتۡ قُطُوفُهَا تَذۡلِيلٗا ﴿14﴾

Cənnət ağaclarının köl­gə­ləri özləri onlara yaxınlaşa­caq, mey­və­ləri də tam onların ixti­yarına veriləcək.

76:15

وَيُطَافُ عَلَيۡهِم بِـَٔانِيَةٖ مِّن فِضَّةٖ وَأَكۡوَابٖ كَانَتۡ قَوَارِيرَا۠ ﴿15﴾

Onların ətrafına təam­lar­la dolu gü­müşdən hazırlan­mış qab­lar və büllur qədəhlər do­landı­rılacaq.

76:16

قَوَارِيرَاْ مِن فِضَّةٖ قَدَّرُوهَا تَقۡدِيرٗا ﴿16﴾

Gümüşdən olan elə bül­lur qə­dəh­lər ki, xidmətçilər on­ları cən­nətdə­kilə­rin içmək istə­dikləri həcmdə hazırla­mışlar.

76:17

وَيُسۡقَوۡنَ فِيهَا كَأۡسٗا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا ﴿17﴾

Orada onlara zəncəfil qa­­tılmış şərab badəsi də içir­di­lə­cək.

76:18

عَيۡنٗا فِيهَا تُسَمَّىٰ سَلۡسَبِيلٗا ﴿18﴾

Bu elə bir bulaqdandır ki, o, Cən­nətdə Səlsəbil adla­nır.

76:19

وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا ﴿19﴾

Onların ətrafında həmi­şə gənc olan xidmətçi cavanlar do­la­na­caq­lar. On­ları gördükdə sə­pələn­miş mirvari dənə­ləri ol­duq­la­rı­nı sanarsan.

76:20

وَإِذَا رَأَيۡتَ ثَمَّ رَأَيۡتَ نَعِيمٗا وَمُلۡكٗا كَبِيرًا ﴿20﴾

Cənnətdə hara baxsan ne­mət və əzəmətli səltənət ni­şa­nəsi gö­rər­sən.

76:21

عَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٞ وَإِسۡتَبۡرَقٞۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٖ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابٗا طَهُورًا ﴿21﴾

Onlar əyinlərinə taftadan və at­lazdan yaşıl paltarlar ge­yə­cək­lər. Onla­rın qoluna gü­müş bilərzik­lər bağlana­caq. On­la­rın Rəb­bi onlara tərtəmiz şərab içir­dəcək­.

76:22

إِنَّ هَٰذَا كَانَ لَكُمۡ جَزَآءٗ وَكَانَ سَعۡيُكُم مَّشۡكُورًا ﴿22﴾

Onlara deyiləcək: “Hə­qiqətən, bu sizə bir hədiy­yədir və sə­yi­niz təşək­kürə la­yiqdir”.

76:23

إِنَّا نَحۡنُ نَزَّلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ تَنزِيلٗا ﴿23﴾

Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

76:24

فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورٗا ﴿24﴾

Belə ki, Rəbbinin qərar verəcə­yinə qədər səbir et və on­lar­dan heç bir günah­kara və ya nankora itaət etmə!

76:25

وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ بُكۡرَةٗ وَأَصِيلٗا ﴿25﴾

Səhər-axşam Rəbbinin adını zikr et!

76:26

وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلٗا طَوِيلًا ﴿26﴾

Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müd­dət Onun şəninə təriflər de!

76:27

إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمٗا ثَقِيلٗا ﴿27﴾

Həqiqətən, bunlar ötə­ri dün­yanı üstün tutaraq qar­şı­la­rın­da­kı ağır günə etinasız yanaşırlar.

76:28

نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا ﴿28﴾

Biz onları yaratdıq və xil­qətini möhkəmlətdik. Əgər is­təsək, on­ları öz­lərinə bən­zər­lə­ri ilə dəyiş­dirərik.

76:29

إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا ﴿29﴾

Həqiqətən, bu bir ibrət­dir. İstə­yən, Rəbbinə doğru apa­ran bir yol tu­tar.

76:30

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ﴿30﴾

Amma Allah istəmə­yin­cə, siz istəyə bilməzsiniz! Hə­qiqə­tən, Allah hər şeyi biləndir, hikmət sahibidir!

76:31

يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا ﴿31﴾

O, istədiyini Öz mərhə­mə­tinə qovuşdurar. Zalımlara isə, O, ağ­rılı-acılı əzab hazır­la­mış­dır.

This surah by other reciters