quranm◉

Surah Al-Inshiqaq (84) recited by Hani ar Rifai

Listen to Hani ar Rifai

Surah ◉

84:1

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ ﴿1﴾

Göy yarılacağı

84:2

وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ﴿2﴾

və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı zaman;

84:3

وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ ﴿3﴾

Yer dümdüz ediləcəyi,

84:4

وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ ﴿4﴾

içindəkiləri kənara atıb bo­şalacağı

84:5

وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ﴿5﴾

və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı za­man;

84:6

يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ ﴿6﴾

Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atır­san. Sən Onunla qarşı­laşacaqsan!

84:7

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ ﴿7﴾

Kimin kitabı sağ əlinə ve­riləcəksə,

84:8

فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا ﴿8﴾

o, yüngül sorğu-suala tu­tulacaq

84:9

وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا ﴿9﴾

və sevincək öz ailəsinə qa­yıda­caq!

84:10

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ ﴿10﴾

Kimin kitabı arxa tərə­fin­dən ve­riləcəksə,

84:11

فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا ﴿11﴾

o özünə ölüm diləyəcək

84:12

وَيَصۡلَىٰ سَعِيرًا ﴿12﴾

və alovlu oda atılacaq­!

84:13

إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا ﴿13﴾

Sözsüz ki, o, dünyada ikən öz ailə­sində sevinc içində idi

84:14

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ﴿14﴾

və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmaya­caq.

84:15

بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا ﴿15﴾

Xeyr! Sözsüz ki, Rəbbi onu gö­rürdü.

84:16

فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ ﴿16﴾

And içirəm şəfəqə,

84:17

وَٱلَّيۡلِ وَمَا وَسَقَ ﴿17﴾

gecəyə və onun ağuşuna aldıq­larına,

84:18

وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ ﴿18﴾

bədirlənmiş on dörd ge­cə­lik aya!

84:19

لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ ﴿19﴾

Siz mütləq haldan-hala keçib də­yişəcəksiniz.

84:20

فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿20﴾

Onlara nə olub ki, iman gətir­mirlər

84:21

وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩ ﴿21﴾

və onlara Quran oxun­duqda səcdə etmirlər?

84:22

بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ ﴿22﴾

Əksinə, küfr edənlər haq­qı yalan sayırlar.

84:23

وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ ﴿23﴾

Allah onların nəyi giz­lət­diklərini çox yaxşı bilir!

84:24

فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ ﴿24﴾

Elə isə onları ağrılı-acılı bir əzab­la müjdələ,

84:25

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ ﴿25﴾

iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! On­lar üçün tü­kənməz mükafatlar ha­zırlanmışdır.

This surah by other reciters