quranm◉

Surah Nuh (71) recited by Saud ash Shuraym

Listen to Saud ash Shuraym

Surah ◉

71:1

إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿1﴾

Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağ­rı­lı-acılı bir əzab gəlməmiş­dən əvvəl xə­bər­dar et!”

71:2

قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ ﴿2﴾

O dedi: “Ey qövmüm! Şüb­həsiz ki, mən sizi açıq-aydın xə­bərdar edənəm!

71:3

أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ﴿3﴾

Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

71:4

يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ ﴿4﴾

Belə etsəniz, O sizin gü­nah­larınız­dan keçər və sizə mü­əy­yən vax­tadək möhlət ve­rər. Hə­qiqətən, Allahın müəy­yən etdiyi vaxt gə­lib çatdıqda əsla təxirə salınmaz. Kaş biləy­diniz!”

71:5

قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا ﴿5﴾

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə-gündüz də­vət et­dim.

71:6

فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا ﴿6﴾

Amma dəvətim onların haqdan qaç­malarını daha da ar­tırdı.

71:7

وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا ﴿7﴾

Sən onları bağışlayasan de­yə, mən hər dəfə onları imana də­vət etdikdə, on­lar barmaqla­rını qulaq­larına tıxayır, pal­tar­larına bü­rünür, küfrlərində is­rar edir və ötkəm-ötkəm təkəb­bür­lənir­dilər.

71:8

ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا ﴿8﴾

Sonra mən onları aşkar­ca­sına də­vət etdim.

71:9

ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا ﴿9﴾

Sonra mən onlara həm uca səslə, həm də gizlicə bil­dirib

71:10

فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا ﴿10﴾

dedim: “Rəbbinizdən ba­ğışlan­ma­ğınızı diləyin! Həqi­qə­tən, O, çox Bağış­layandır!

71:11

يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا ﴿11﴾

O, sizin üzərinizə bol-bol yağış gön­dərər,

71:12

وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّـٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا ﴿12﴾

var-dövlət və oğul-uşaq­la sizin im­dadınıza çatar, sizin üçün bağ­lar sa­lar və çaylar ya­radar.

71:13

مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا ﴿13﴾

Necə olub ki, siz Allahın böyük­lüyünü layiqincə uca tut­mur­sunuz?

71:14

وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا ﴿14﴾

Axı O sizi mərhələlərlə yaratdı.

71:15

أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا ﴿15﴾

Məgər Allahın yeddi gö­yü tə­bə­qə-təbəqə necə yarat­dı­ğını gör­mür­sü­nüz?

71:16

وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا ﴿16﴾

Orada ayı bir nur, günə­şi də çıraq et­mişdir.

71:17

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا ﴿17﴾

Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.

71:18

ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا ﴿18﴾

Sonra O sizi ora qayta­ra­caq və yenidən çıxarda­caq­.

71:19

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا ﴿19﴾

Allah yeri sizin üçün xalı təki dö­şədi.

71:20

لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا ﴿20﴾

Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.

71:21

قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا ﴿21﴾

Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-döv­lə­ti, övladı özünə zərərdən başqa bir şey artırma­yan bir adama ta­be oldular.

71:22

وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا ﴿22﴾

Onlar mənə qarşı böyük bir hiylə işlətdilər

71:23

وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا ﴿23﴾

və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvanı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!”

71:24

وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا ضَلَٰلٗا ﴿24﴾

Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma”.

71:25

مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا ﴿25﴾

Onlar öz günahlarına gö­rə suya qərq edildilər və oda atıl­dı­lar. Onlar özlərinə Allah­dan savayı köməkçilər tapma­dılar.

71:26

وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا ﴿26﴾

Nuh dedi: “Ey Rəbbim, kafirlər­dən yer üzündə bir nə­fəri be­lə sağ qoyma!

71:27

إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا ﴿27﴾

Əgər Sən onları sağ qoy­san, onlar Sənin qullarını azdıracaq və yal­nız günahkar, kafir öv­ladlar doğub-törədəcəklər.

71:28

رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا تَبَارَۢا ﴿28﴾

Ey Rəbbim! Məni, vali­deynlə­ri­mi, evimə mömin ki­mi daxil olan­ları və bütün mömin kişi və qadınları bağışla! Zülm­karların isə ancaq həlakını ar­tır”.

This surah by other reciters