quranm◉

Surə Al-Jathiyah الجاثية

#
45
↓
M
Ayə
37
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

45:1

حمٓ ﴿١﴾

Ha. Mim.

45:2

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ﴿٢﴾

Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir.

45:3

إِنَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّلۡمُؤۡمِنِينَ ﴿٣﴾

Həqiqətən, göylərdə və yerdə mö­minlər üçün dəlillər var.

45:4

وَفِي خَلۡقِكُمۡ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٞ لِّقَوۡمٖ يُوقِنُونَ ﴿٤﴾

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı can­lılarda qə­ti iman gə­tirmiş in­sanlar üçün neçə-neçə dəlil var.

45:5

وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزۡقٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٞ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿٥﴾

Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göy­dən yağmur en­dirib onun vasitəsilə yeri ölümündən son­ra di­rilt­mə­sin­də və küləkləri istə­diyi səmtə yönəltməsində dü­şüncəli insanlar üçün də dəlil­lər var.

45:6

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤۡمِنُونَ ﴿٦﴾

Bunlar Allahın ayələridir. Biz on­ları sənə bir həqiqət ki­mi oxu­yuruq. On­lar Allaha və Onun dəlillərinə dair sözə inan­ma­dıq­dan sonra daha hansı sözə inana­caqlar?!

45:7

وَيۡلٞ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٖ ﴿٧﴾

Vay halına iftiraçının və günah­ka­rın!

45:8

يَسۡمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتۡلَىٰ عَلَيۡهِ ثُمَّ يُصِرُّ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٖ ﴿٨﴾

O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşit­məmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Be­lə­sini ağ­rı­lı-acılı bir əzabla müj­dələ.

45:9

وَإِذَا عَلِمَ مِنۡ ءَايَٰتِنَا شَيۡـًٔا ٱتَّخَذَهَا هُزُوًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ﴿٩﴾

O, ayələrimizdən bir şey öy­rəndi­yi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab var.

45:10

مِّن وَرَآئِهِمۡ جَهَنَّمُۖ وَلَا يُغۡنِي عَنۡهُم مَّا كَسَبُواْ شَيۡـٔٗا وَلَا مَا ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ﴿١٠﴾

Qarşıda onları Cəhən­nəm göz­lə­yir. Nə qazandıqları şey­lər, nə də Allah­dan başqa tut­duqları hima­yə­çi­lər onla­rı əzab­dan qur­ta­ra bilməyəcək­lər. On­ları böyük bir əzab gözləyir.

45:11

هَٰذَا هُدٗىۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٌ ﴿١١﴾

Bu Quran doğru yol gös­təricisidir. Rəbbinin ayə­lərini inkar edən­lə­ri ən pis cəza – ağ­rılı-acılı əzab gözləyir.

45:12

۞ٱللَّهُ ٱلَّذِي سَخَّرَ لَكُمُ ٱلۡبَحۡرَ لِتَجۡرِيَ ٱلۡفُلۡكُ فِيهِ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿١٢﴾

Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən ax­tarmanız üçün dənizi sizin xidmətinizə verən Allah­dır. Bəlkə, şükür edəsiniz.

45:13

وَسَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مِّنۡهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿١٣﴾

Göylərdə və yerdə olan­ların ha­mısını O, sizin xid­mə­tinizə ver­mişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər var­.

45:14

قُل لِّلَّذِينَ ءَامَنُواْ يَغۡفِرُواْ لِلَّذِينَ لَا يَرۡجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجۡزِيَ قَوۡمَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿١٤﴾

İman gətirənlərə de ki, Allah, qa­zandıqları günahlara görə hər hansı bir tayfanın cə­zasını versin deyə, Allahın əzab günlərini göz­ləməyən­ləri ba­ğış­la­sın­lar.

45:15

مَنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۖ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ﴿١٥﴾

Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zə­rə­ri öz əleyhinə olar. Son­ra siz Rəbbi­nizə qaytarılacaqsınız.

45:16

وَلَقَدۡ ءَاتَيۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿١٦﴾

Biz İsrail oğullarına Ki­tab, hökm­ranlıq və peyğəm­bər­lik bəxş etmiş, on­lara pak ne­mətlərdən ruzi vermiş və on­la­rı aləmlərdən üs­tün etmiş­dik.

45:17

وَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٖ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿١٧﴾

Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm on­la­ra gəldik­dən sonra ara­la­rın­dakı paxıllıq üzün­dən ix­ti­la­fa düş­dü­lər. Şübhəsiz ki, sə­nin Rəb­bin ixtilafa düşdükləri mə­sələ­lər ba­rə­sin­də Qiyamət gü­nü onların arasında hökm ve­rə­cək.

45:18

ثُمَّ جَعَلۡنَٰكَ عَلَىٰ شَرِيعَةٖ مِّنَ ٱلۡأَمۡرِ فَٱتَّبِعۡهَا وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ﴿١٨﴾

Sonra sənə də dində şə­riət yolu göstərdik. Sən ona ta­be ol və haqqı bil­məyənlərin is­təklərinə tabe olma!

45:19

إِنَّهُمۡ لَن يُغۡنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيۡـٔٗاۚ وَإِنَّ ٱلظَّـٰلِمِينَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۖ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُتَّقِينَ ﴿١٩﴾

Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bil­məz­lər. Şüb­həsiz ki, zalımlar bir-bi­rinin himayədarı­dır­lar, Allah isə müt­tə­qilərin Himayə­da­rı­dır.

45:20

هَٰذَا بَصَـٰٓئِرُ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٞ لِّقَوۡمٖ يُوقِنُونَ ﴿٢٠﴾

Bu Quran insanlar üçün açıq-ay­dın bir dəlil, qəti ina­nanlar üçün isə doğru yol gös­təricisi və mər­hə­mətdir.

45:21

أَمۡ حَسِبَ ٱلَّذِينَ ٱجۡتَرَحُواْ ٱلسَّيِّـَٔاتِ أَن نَّجۡعَلَهُمۡ كَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَوَآءٗ مَّحۡيَاهُمۡ وَمَمَاتُهُمۡۚ سَآءَ مَا يَحۡكُمُونَ ﴿٢١﴾

Yoxsa günah qazananlar onları, həyatda olduğu kimi, ölüm­­lə­­rindən son­ra da iman gə­tirib yaxşı işlər gö­rən­lərlə eyni tuta­ca­ğı­mı­zı güman edir­lər? Nə pis mühakimə yürü­dür­lər!

45:22

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿٢٢﴾

Allah göyləri və yeri əda­lətlə ya­ratmışdır ki, hər kəs qa­zan­dı­ğının əvə­zini alsın. Belə ki, onlara heç bir haq­sız­lıq edil­mə­yə­cək.

45:23

أَفَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلۡمٖ وَخَتَمَ عَلَىٰ سَمۡعِهِۦ وَقَلۡبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةٗ فَمَن يَهۡدِيهِ مِنۢ بَعۡدِ ٱللَّهِۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٢٣﴾

Nəfsinin istəyini ilahi­ləş­dirən şəx­si gördünmü? Allah əzəli el­mi sayə­sində onu azğın­lığa saldı, qulağı­nı və qəlbini möhürlədi, gö­zünə də pərdə çəkdi. Allah­dan başqa kim onu doğru yola yö­nəl­də bilər? Mə­gər düşünüb anla­mırsınız?

45:24

وَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ﴿٢٤﴾

Onlar dedilər: “Həyat an­caq bi­zim dünya həyatımız­dır. Ki­mi­­miz ölür, ki­mi­miz də do­ğu­lur. Bizi öldürən ancaq za­man­dır”. Bu haq­da onların heç bir bili­yi yoxdur. Onlar an­caq zən­nə qapılır­lar.

45:25

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿٢٥﴾

Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onla­rın də­li­li: “Əgər doğru deyirsi­nizsə, atalarımızı dirildib gəti­rin!”– de­mək­­dən başqa bir şey de­yi.

45:26

قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿٢٦﴾

De: “Allah sizə həyat ve­rir, sonra öldürür, sonra da si­zi gə­lə­cə­yinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü di­ril­dib bir yerə top­laya­caq­”. La­kin in­sanların çoxu bunu bil­mir.

45:27

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ ﴿٢٧﴾

Göylərin və yerin hök­m­ranlığı ancaq Allaha məx­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o gün yalan danı­şan­lar ziyana uğ­ra­ya­caq­lar.

45:28

وَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٢٨﴾

Sən həmin gün bütün mil­lətləri diz çökmüş görəcək­sən. Hər millət öz əməl kita­bına tə­rəf çağırılacaq. “Bu gün si­zə etdiyiniz əməl­lərin əvəzi veri­ləcək­!

45:29

هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٢٩﴾

Bu, Bizim sizin əley­hi­ni­zə həqi­qə­ti söyləyən kitabı­mız­dır. Şübhəsiz ki, Biz sizin et­di­yiniz əməlləri yazdırmışıq!”

45:30

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ﴿٣٠﴾

İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mər­həmətinə qovuş­dura­caq. Bu, açıq-aşkar müvəf­­fə­qiyyətdir.

45:31

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ ﴿٣١﴾

Kafir olanlara gəldikdə isə, onlara deyiləcək: “Məgər ayələ­rim sizə oxun­murdumu? Siz isə təkəbbür göstə­rir­di­niz və gü­nah­kar adamlar idiniz.

45:32

وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ ﴿٣٢﴾

Sizə: “Allahın vədi haq­dır və o Saata (Qiyamətin qopacağına) heç bir şəkk-şüb­hə yox­dur!”– de­yildiyi za­man: “Biz o Saatın nə oldu­ğu­nu bil­mirik! Onun an­caq bir zənn ol­du­ğunu güman edirik. Biz buna əmin de­yilik!”– de­yir­di­niz”.

45:33

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿٣٣﴾

Onların etdikləri pis əməl­lər öz­lərinin qarşısına çı­xacaq, is­teh­za etdik­ləri əzab onları bü­rüyəcək

45:34

وَقِيلَ ٱلۡيَوۡمَ نَنسَىٰكُمۡ كَمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ ﴿٣٤﴾

və onlara deyiləcək: “Siz bu gününüzlə qarşıla­şa­ca­ğınızı unutduğu­nuz kimi, Biz də bu gün sizi unu­da­ca­ğıq. Si­zin gedəcə­yiniz yer Cəhən­nəm­dir. Sizin köməkçiləriniz də ol­maya­caq­.

45:35

ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗا وَغَرَّتۡكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ لَا يُخۡرَجُونَ مِنۡهَا وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ﴿٣٥﴾

Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyur­du­nuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxa­rıl­ma­ya­caq və on­lar­dan töv­bə etmələri tələb olunma­yacaq­.

45:36

فَلِلَّهِ ٱلۡحَمۡدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿٣٦﴾

Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur!

45:37

وَلَهُ ٱلۡكِبۡرِيَآءُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿٣٧﴾

Göylərdə və yerdə bö­yüklük yal­nız Ona məx­sus­dur. O, Qüd­rət­lidir, Hikmət sahibidir.