quranm◉

Surə Al-Haqqah الحاقة

#
69
↓
M
Ayə
52
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

69:1

ٱلۡحَآقَّةُ ﴿١﴾

Haqq olan Qiyamət!

69:2

مَا ٱلۡحَآقَّةُ ﴿٢﴾

Nədir haqq olan Qiya­mət?

69:3

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ ﴿٣﴾

Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?

69:4

كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ ﴿٤﴾

Səmud və Ad tayfaları qəl­bləri qor­xuya salan Qiya­məti ya­lan say­dılar.

69:5

فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ ﴿٥﴾

Səmud tayfası qorxunc bir səslə məhv edildi.

69:6

وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ ﴿٦﴾

Ad tayfası isə hədsiz so­yuq və şid­dətli küləklə yox edildi.

69:7

سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ ﴿٧﴾

Allah onu yeddi gecə, sək­kiz gün fasilə vermədən onla­rın üs­tün­də əsdir­di. Sən orada olsaydın, o tayfanı xurma ağa­cının yıxılmış çü­rük gövdələri kimi yerə sərilmiş görər­din.

69:8

فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ ﴿٨﴾

Sən onlardan qalan bir kim­səyə heç rast gəlmisənmi?

69:9

وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ ﴿٩﴾

Firon da, ondan əvvəl­ki­lər də, alt-üst olmuş kəndlər (Lut qöv­mü) də günah işlətmişdi­lər.

69:10

فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً ﴿١٠﴾

Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı.

69:11

إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ ﴿١١﴾

Su aşıb-daşdıqda Biz si­zi üzən gə­midə daşıdıq.

69:12

لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ ﴿١٢﴾

Sizə bir xatırlatma olsun və yad­da saxlayan qulaqlar onu yad­da saxlasın deyə belə etdik.

69:13

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ ﴿١٣﴾

Sur bircə dəfə üfürülə­cə­yi,

69:14

وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ ﴿١٤﴾

yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man –

69:15

فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ ﴿١٥﴾

həmin gün Vaqiə qopa­caq.

69:16

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ ﴿١٦﴾

Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

69:17

وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ ﴿١٧﴾

Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq.

69:18

يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ ﴿١٨﴾

O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək.

69:19

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ ﴿١٩﴾

Kitabı sağ əlinə verilən deyəcək­: “Budur, oxuyun ki­ta­bı­mı!

69:20

إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ ﴿٢٠﴾

Mən bilirdim ki, etdik­lə­rimin he­sabına qovuşaca­ğam”.

69:21

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ ﴿٢١﴾

O, xoşbəxt həyat sürə­cək­ –

69:22

فِي جَنَّةٍ عَالِيَةٖ ﴿٢٢﴾

uca bir Cənnətdə –

69:23

قُطُوفُهَا دَانِيَةٞ ﴿٢٣﴾

elə bir Cənnətdə ki, onun meyvə­ləri lap yaxınlıqda ola­caq.

69:24

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ ﴿٢٤﴾

Onlara: “Keçmiş gün­lər­də etdiyi­niz əməllərə görə nuş­can­lıq­la yeyin-için!”– deyi­ləcək­.

69:25

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ ﴿٢٥﴾

Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş ki­tabım mə­nə veril­mə­yəydi!

69:26

وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ ﴿٢٦﴾

Hesabımdan da xəbərim olma­yaydı!

69:27

يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ ﴿٢٧﴾

Kaş ilk ölümüm həmi­şəlik olaydı!

69:28

مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ ﴿٢٨﴾

Var-dövlətim məni əzab­dan qur­tarmadı.

69:29

هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ ﴿٢٩﴾

Hökmranlığım da məhv olub getdi”.

69:30

خُذُوهُ فَغُلُّوهُ ﴿٣٠﴾

Mələklərə deyiləcək: “Onu yaxa­la­yıb zəncirləyin!

69:31

ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ ﴿٣١﴾

Sonra da Cəhənnəmə atın!

69:32

ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ ﴿٣٢﴾

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

69:33

إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ ﴿٣٣﴾

Çünki o, Böyük Allaha iman gətirmirdi

69:34

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ﴿٣٤﴾

və heç kəsi kasıbı yedirt­məyə rəğ­bətləndirmirdi.

69:35

فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ ﴿٣٥﴾

Bu gün burada onun üçün bir dost tapılmaz.

69:36

وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ ﴿٣٦﴾

Qanlı irindən başqa ye­məyi də yoxdur.

69:37

لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ ﴿٣٧﴾

Onu ancaq günahkarlar yeyər”.

69:38

فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ ﴿٣٨﴾

And içirəm həm gör­dük­lərinizə,

69:39

وَمَا لَا تُبۡصِرُونَ ﴿٣٩﴾

həm də görmədiklə­ri­ni­zə!

69:40

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ ﴿٤٠﴾

Bu, möhtərəm bir Elçi­nin sözü­dür.

69:41

وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ ﴿٤١﴾

O, şair sözü deyil! Ne­cə də az inanırsınız!

69:42

وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ﴿٤٢﴾

O, kahin sözü də deyil­! Necə də az düşünürsü­nüz!

69:43

تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿٤٣﴾

O, aləmlərin Rəbbi tərə­findən vəhy edilmişdir!

69:44

وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ ﴿٤٤﴾

Əgər Muhəmməd bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di,

69:45

لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ ﴿٤٥﴾

Biz onu sağ əlindən ya­xalayar,

69:46

ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ ﴿٤٦﴾

sonra da şah damarını kəsərdik.

69:47

فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ ﴿٤٧﴾

İçərinizdən heç kəs buna mane ola bilməzdi.

69:48

وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ ﴿٤٨﴾

Həqiqətən, bu Quran müt­təqilər üçün bir nəsihətdir.

69:49

وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ﴿٤٩﴾

Aranızdan Quranı yalan sayan­lar olduğunu da bilirik!

69:50

وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ ﴿٥٠﴾

Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.

69:51

وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ ﴿٥١﴾

Sözsüz ki, bu Quran əsl həqi­qətdir.

69:52

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ﴿٥٢﴾

Elə isə Böyük Rəbbinin adına tə­riflər de!