quranm◉

Surə Yunus 10:24

إِنَّمَا مَثَلُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ مِمَّا يَأۡكُلُ ٱلنَّاسُ وَٱلۡأَنۡعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلۡأَرۡضُ زُخۡرُفَهَا وَٱزَّيَّنَتۡ وَظَنَّ أَهۡلُهَآ أَنَّهُمۡ قَٰدِرُونَ عَلَيۡهَآ أَتَىٰهَآ أَمۡرُنَا لَيۡلًا أَوۡ نَهَارٗا فَجَعَلۡنَٰهَا حَصِيدٗا كَأَن لَّمۡ تَغۡنَ بِٱلۡأَمۡسِۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿٢٤﴾

◉

Tərcümə

Dünya həyatının misalı göy­dən endirdiyimiz suyun misalına bənzəyir ki, onun sa­yə­sində insanların və hey­van­ların yediyi yer bitkiləri bir-bi­rinə qatışır. Nə­hayət, yer öz bərbə­zəyinə bürü­nüb rövnəq­ləndiyi və onun sakin­ləri onun məh­sulunu yığma­ğa qa­dir ol­duq­larını güman et­dikləri za­man gecə yaxud gündüz əm­ri­miz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndə­rərik ki, san­ki dünən heç bol məh­­sulu olmamışdı. Biz ayələri düşü­nən bir qövm üçün belə­cə izah edirik.
— Alikhan Musayev
Həqiqətən, (ne’mətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!
— Azerbaijani

◉ Surə · ∞