quranm◉

Surə Ar-Ra'd 13:33

أَفَمَنۡ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۗ وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ قُلۡ سَمُّوهُمۡۚ أَمۡ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعۡلَمُ فِي ٱلۡأَرۡضِ أَم بِظَٰهِرٖ مِّنَ ٱلۡقَوۡلِۗ بَلۡ زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ مَكۡرُهُمۡ وَصُدُّواْ عَنِ ٱلسَّبِيلِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ﴿٣٣﴾

◉

Tərcümə

Hər kəsin qazandığını qo­ru­yub saxlayan Allah, buna qa­dir ol­mayan bütlər kimi ola bilər­mi? Müşriklər isə Allaha şə­rik­lər qo­şur­lar. De: “Onların ad­larını söyləyin! Yoxsa siz Allaha yer üzündə bil­mə­diyi şey­ləri ya­xud boş sözlərimi xəbər ve­rir­si­niz?” Doğrusu, ka­firlərə öz hiylələri gözəl göstərildi və on­lar doğru yoldan çı­xa­rıl­dı­­lar. Allah kimi azdırsa, onu doğ­ru yola yönəl­dən olmaz.
— Alikhan Musayev
Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha (cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: “Bunlara bir ad verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz.
— Azerbaijani

◉ Surə · ∞