quranm◉

Surə Ibrahim 14:22

وَقَالَ ٱلشَّيۡطَٰنُ لَمَّا قُضِيَ ٱلۡأَمۡرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمۡ وَعۡدَ ٱلۡحَقِّ وَوَعَدتُّكُمۡ فَأَخۡلَفۡتُكُمۡۖ وَمَا كَانَ لِيَ عَلَيۡكُم مِّن سُلۡطَٰنٍ إِلَّآ أَن دَعَوۡتُكُمۡ فَٱسۡتَجَبۡتُمۡ لِيۖ فَلَا تَلُومُونِي وَلُومُوٓاْ أَنفُسَكُمۖ مَّآ أَنَا۠ بِمُصۡرِخِكُمۡ وَمَآ أَنتُم بِمُصۡرِخِيَّ إِنِّي كَفَرۡتُ بِمَآ أَشۡرَكۡتُمُونِ مِن قَبۡلُۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿٢٢﴾

◉

Tərcümə

İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.
— Alikhan Musayev
İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və’d vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və’d vermişdim, amma sonra və’dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞