quranm◉

Surə Ibrahim 14:21

وَبَرَزُواْ لِلَّهِ جَمِيعٗا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا مِنۡ عَذَابِ ٱللَّهِ مِن شَيۡءٖۚ قَالُواْ لَوۡ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيۡنَٰكُمۡۖ سَوَآءٌ عَلَيۡنَآ أَجَزِعۡنَآ أَمۡ صَبَرۡنَا مَا لَنَا مِن مَّحِيصٖ ﴿٢١﴾

◉

Tərcümə

Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəif­lər tə­kəbbürlük göstərən­lərə de­yə­cək­lər: “Biz sizə tabe idik. İndi siz, Alla­hın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilər­si­nizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəlt­səydi, biz də si­zə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bi­zim üçün eynidir. Çünki bi­zim üçün qur­tuluş yeri yox­dur”.
— Alikhan Musayev
(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!
— Azerbaijani

◉ Surə · ∞