quranm◉

Surə Al-Baqarah 2:220

فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۗ وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡيَتَٰمَىٰۖ قُلۡ إِصۡلَاحٞ لَّهُمۡ خَيۡرٞۖ وَإِن تُخَالِطُوهُمۡ فَإِخۡوَٰنُكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ ٱلۡمُفۡسِدَ مِنَ ٱلۡمُصۡلِحِۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَعۡنَتَكُمۡۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ﴿٢٢٠﴾

◉

Tərcümə

dünya və axirət barə­sin­də. Sən­dən yetimlər haq­qın­da so­ru­­şurlar. De: “Onlara yax­şı­lıq et­mək daha xeyirlidir. Əgər on­ları öz işi­ni­zə qatırsınızsa, bilin ki, onlar sizin qardaşları­nız­dır.” Allah fə­sad tö­rə­dəni yax­şı­lıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, si­zi çə­tin və­ziyyətə salar­dı. Şübhəsiz ki, Allah qüd­rətli­dir, hikmət sahibidir.
— Alikhan Musayev
Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞