quranm◉

Surə Al-Baqarah 2:283

۞وَإِن كُنتُمۡ عَلَىٰ سَفَرٖ وَلَمۡ تَجِدُواْ كَاتِبٗا فَرِهَٰنٞ مَّقۡبُوضَةٞۖ فَإِنۡ أَمِنَ بَعۡضُكُم بَعۡضٗا فَلۡيُؤَدِّ ٱلَّذِي ٱؤۡتُمِنَ أَمَٰنَتَهُۥ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥۗ وَلَا تَكۡتُمُواْ ٱلشَّهَٰدَةَۚ وَمَن يَكۡتُمۡهَا فَإِنَّهُۥٓ ءَاثِمٞ قَلۡبُهُۥۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ﴿٢٨٣﴾

◉

Tərcümə

Əgər səfərdə olduqda katib tapmasanız, borc yiyə­si yanında sax­lanılmış girov yetərlidir. Əgər sizlərdən biri digə­rinə eti­bar edirsə, qoy etibar olun­muş kəs ona verilmiş əmanəti qay­tar­sın və Rəbbi olan Allahdan qorx­sun. Şahidliyi giz­lət­mə­yin! Kim onu giz­lə­dirsə, şübhəsiz ki, onun qəlbi gü­nah­kardır. Allah nə etdik­ləri­nizi bilir.
— Alikhan Musayev
Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə e’tibar edirsinizsə, e’tibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!
— Azerbaijani

◉ Surə · ∞